Valentin Sidrov - Himalayda yeddi gün - Семь дней в Гималаях - Валентин Сидоров

 Valentin Sidrov (Валентин Митрофанович Сидоров) kimdir?: Yazıçı 1932-ci ildə Rusiyanın Varonij şəhərində anadan olmuşdur. Rusiyanın öndə gedən şair, yazıçı və alimlərindən olmuşdur. SSRİ yazıçıları ittifaqının üzvü (1966), fəlsəfə elmləri namizədi (1978), Qorki Ədəbiyyat İnstitunun professoru və məşhur “Mədəniyyətdən keçən dünya” (Мир через Культуру) assosiyasının əsasını qoyan bir şəxsiyyət olmuşdur. Daha ətraflı: burada


Coğrafi məkan olaraq Himalay dağları: Həmişə Himalay dağları diqqətimi cəlb edib. Ümumiyyətlə dağlar, coğrafi element olaraq insan həyatında çox mühüm rola sahib olub. Peyğəmbərlərin dağlarla əlaqəsini xatırlamaq bəs edər.

Yazıçının uğuru: Bu başlıq altında onu qeyd etmək istərdim ki, yazıçının bədii ifadə vasitələrindən yüksək səviyyəli istifadəsi, mənə onun yaradıcıllıq imkanlarının zəngin olduğunu deməyə əsas verir. Kitabı oxuduqca sanki oxucu özü təsvir olunanları yaşayır.  Bu da kitab oxuma prosesini maksimum zövqlü edir.

Valentin Sidrov
Qəribədir....: Kitabda Hindistanla Sovet hökümətinin dostluğu çox qabardılıb. Hindistanda day demə Leninə maxatma deyirlərmiş. Maxatmalar ruhi inkişaf cəhətdən müəyyən səviyyəyə çatmış olanlara verilən addır. Bəli mən bununla razıyam amma Lenindən sonrakılar konkret olaraq  diktator olmuş və nəinki müəyyən ruhi inkişafa nail olmamış, ümumiyyətlə ruhsuz olmuşlar.

Gözləntilərim doğrulmadı: Belə ki, kitabın adını görəndə və haqqında bir az məlumat toplayanda elə hesab etdim ki, bu kitab Himalay dağına səyahət etmiş, çox istedadlı və bacarıqlı şairin gözəl xatirələri olacaq. Daha çox coğrafi təsvirlər və yazarın keçirdiyi hisslər gözləntisində olsam da, bu gözləntilərim çox da doğrulmadı. Belə ki, kitab əsasən Hind fəlsəfəsi, Hindistanda yaşayan məşhur Rerixlər ailəsi, Hindistan – Sovet dostluq əlaqələri və dünya görüşünü artırıcı məlumatlarla zəngin oldu. Təssüf ki, qeyd etdiyim kimi coğrafi təsvir çox az oldu. Mistika az oldu. Kitaba qarşı münasibətim normaldı. Belə ki, kitab motivləri etibariylə çox dəyərli və maraqlıdır. Sadəcə gözləntilərim doğrulmadı. 

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə  


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi