Sevgi romanları oxuyan qoca - The Old Man Who Read Love Stories
Antonio Bolivar cəngəlliklərdə ilk məskunlaşanlardandır. Cəngəllikdə
40 il yaşamasına baxmayaraq yenicə oxumaq bacarığını kəşf edir. O, savadı, təhsili
olmayan insanlarla birlikdə yaşayır. Qiraət Antonionu daha xoşbəxt edir və onu
Cozefina ilə tanış edir.
Antonio çox ləng oxuyur. Bəzən bir sözün üzərində saatlarca düşünür və
onun mənasını dərk etməyə çalışır. Hərdən bunu niyə etdiyini öz-özünə sual
verir. Qiraət Antonionu qeyri-insani mühitdə, cəngəllikdə, insan kimi olmağa
köməklik edir. Hərgah qeyri-insani mühit sadəcə cəngəlliyə aid deyil elə
deyilmi?
Pis və yaxşı ölüm: Müasir insanın ovçuluğu haqqında düşünürsüz heç? Biz insanları
heyvanlardan ayıran ən əsas fərq bizim çox vaxt öldürmək xatirinə
öldürdüyümüzü, heyvanların isə sağ qalmaq və qidalanmaq xatirinə öldürdükləridir.
Vəhşi heyvan əyləncə xatirinə ya da qurbanının üzərində tam hakimlik hissi
xatirinə öldürmür. O (heyvan ya da digər
canlılar) nifrət etməyi bacarmır. Biz isə bacarırıq. Antonionun yaşadığı aborigen
qəbiləsində pis ölüm odlu silahdan olan ölümdür. Çünki o qorxunu təmsil edir.
Yaxşı ölüm isə qurbanına meydan oxuyaraq onu zəhərli oxla öldürmüəkdir (heyvan
ovçuluğu nəzərdə tutulur).
"Antonio Bolivar, sən bizə oxşarsan, amma sən yad birisisən." |
Xatirələr: Film
boyunca gördüyümüz xatirələr bizə Antonionun dünyanı necə dərk etdiyini, bizlərə
onun pis, yaxşı, sevinc, kədər, sevgi və dostluq haqqında anlayışlarını çatdırır.
Nəticə və qiymətləndirmə: Film kifayət qədər fəlsəfi və bioqrafikdir. İzləməyə dəyərli və
faydalıdır.
Onlayn izləmək üçün: TIKLA
Onlayn izləmək üçün: TIKLA
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment