Lev Tolstoy - Uşaqlıq - Детство

İnsan hissləri universaldır. Yəni dilindən, dinindən və irqindən aslı olmayaraq, bu planetdə yaşayan bütün insanlar eyni hissləri yaşayırlar. Bu hissləri müxtəlif yaş dövrləri üçün müxtəlif cür olur. Hamımızın yaxşı tanıdığı yazıçı olan Lev Tolstoyun “Uşaqlıq” əsərini oxumazdan qabaq, sizə məsləhət görərdim ki, bir neçə dəqiqəliyə gözlərinizi yumun və uşaqkən nələrə sevindiyinizi, nələrə kədərləndiyinizi və böyüklər haqqında nələr düşündüyünüzü xatırlayın. Lev Tolstoy, triologiyasının bu ilk əsəri ilə bizə, 10 yaşlı uşağın nələr hiss etdiyini, nələr yaşadığını, səmimi, təmiz və canlı dillə çatdırır. Daha ilk səhifələrdən oxucu əsərin baş obrazının psixologiyasını və ruhunun hərəkətini (dialektik mənada ruh) sezə bilir.

Bu yaradıcıllıq nümunəsində çox mühüm məsələ - şəxsiyyətin formalaşması məsələsinə aydınlıq gətirlir. Əsərin baş obrazı Nikolenka İrtenyovun şüurunda çox zəngin bir dünya əks olunur: oğlan çox yaradıcı və həssasdır, o, öz kiçik qəlbinin hər bir hərəkətini izləyir, ətrafında olan insanlara qarşı münasibətinə aydınlıq gətirmək istəyir. Mütəmmadi olaraq o, öz təəssüratlarını sanki emal edir, hansı ki, nəticədə qəhrəmanımızın şüuru dəyişir. Ətrafında dayanmadan hərəkətdə olan və dəyişən dünya kimi, o da dəyişir.

Uşaqlıq illərinin gözəl poeziyası, ailənin işıq və istiliyi, rus ədəbiyyatına yetkin və original yazıçı kimi daxil olan Lev Tolstoy tərəfindən çox gözəl təsvir olunub. Tolstoy və onun kimi yazıçılar məktəbdir. Ümumiyyətlə rus ədəbiyyatı məktəbdir və bu məktəb oxucularına çox şey qazandırır.

Əsəri oxumaq üçün: TIKLA

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi