Bu yazımda sizlərə yapon və dünya ədəbiyyatına yeni nəfəs gətirmiş,
dünyaca məşhur yapon yazıçısı Haruki Murakami haqqında qısaca məlumat verəcəm.
Bir çox Murakami oxumuş insanlar özlərində baş vermiş dəyişikliklərdən bəhs edirlər ki, mən
də bunlardan birisiyəm. Belə ki, Haruki Murakami insanın zaman-məkan
anlayışına, düşüncələrinə təsir etmə qabiliyyətinə malik bir yazıçıdır. Bir
çoxları Murakami romanlarından sonra beyinlərinin onlara müxtəlif oyunlar
oynadıqlarını deyirlər. Murakami romanları oxuduqdan sonra insanın beynində
yeni qapılar açılır. Əvvəllər yanaşdığı mövzulara daha fərqli yanaşır.
“Bəzən bu gəlir bəzənsə gəlmir. Bilmirəm niyə. Roman yazmaq qaranlıq
yerdə lazımi hissələri axtarmaq kimidir. Sənə edilə biləcək bütün köməklərə
ehtiyacın var. Qaranlıq yerlərdə kiçik şeylər var ki, sənə kömək etmək üçün
gözləyirlər.”- H.Murakami
Haruki Murakami yaradıcıllığı daha çox içə doğru yönəlmiş
yaradıcıllıqdır. Onun yaradıcıllığıyla tanış olduqdan sonra bir çox şeylərə
qarşı fərqli düşünmək mümkündür. Murakaminin əsərlərində biz avtobioqrafiya,
musiqi (jazz), drama, xatirələr, arzular ilə rastlaşırıq.
“Doğrusu, mənim özümdə, içimdə çoxlu materiallar var. daxilimdə o qədər
şey var ki və mən onları xarici dünyadan toxunulmaz olaraq qoruyub saxlamaq istəyirəm. Onlar mənim mülkiyyətimdirlər və mən onlardan
yola çıxaraq kitab yazıram. Çölə çıxıb insanlarla danışmamağımın və
televiziyaya çıxmamağımın da səbəbi məhz budur.”-H.Murakami
Murakami yaradıcıllığı sadəcə bununla bitmir. 1995-ci ilim
yanvarında, onun doğma şəhəri Kobedə baş vermiş dəhşətli zəlzələ üçün və 3 ay sonra Tokio metrosunda 12 nəfəri
öldürmüş və 6000 nəfərə xəsarət etmiş dini qruplaşmaların zəhərli qazla törətdiyi
terror aktına həsr etdiyi kitablar: Underground: “The Tokyo Gas Attack and the
Japanese Psyche” və “After the Quake” əsərləri
diqqətə layiqdir. Murakami bu kitablara qədər əsasən özünə qapalı olaraq yazsa
da, özünün də dediyi kimi bu hadisələrdən sonra o, ilk dəfə bir Yapon yazıçısı
kimi məsulliyət hiss etmiş və baş vermiş hadisələri dünyaya çatdırmaq istədiyini
demişdir. Bu hadisələr baş verərkən o, ABŞ yaşayıb, işləyirdi.
“Məsələn çox oxucum məndən soruşurlar ki, pişiyin mənası nədir? Mənim
bu suala cavabım yoxdur. Mən sadəcə bunun haqqında yazmaq istədim. Mənim bunun
üçün səbəbim yox idi. Yazmalı olduğumu hiss edib, sadəcə yazdım.”- H.Murakami
Haruki Murakami yaradıcıllığı mənim fikir ifadəmə ən yaxın olan
yaradıcıllıqdır. Sərhədlər yoxdur və sadəlik o qədər gözəl bədii dillə ifadə
olunur ki, romanların, hekayələrin ilk hissələrindən artıq oxucu onun içində
yaşamağa başlayır.
Bu yazını belə bir fikirlə bitirmək istəyirəm: Haruki Murakami sərhəd
tanımayan Yapon yazıçısıdır. Həm mövzu etibariylə, həm coğrafi məkan baxımından.
Murakami yaradıcıllığı, bir qədər Amerikansayağı olsa da, sadəcə yapon ədəbiyyatına deyil, ümumiyyətlə dünya ədəbiyyatına yeni nəfəs
vermişdir.
Carol S. Dweck - Mindset: The New Psychology of Success Кэрол Дуэк - Гибкое сознание: новый взгляд на психологию развития взрослых и детей Dünya şöhrətli Stenford Universitetinin psixoloqu Kerol Duek, uzun illərin araşdırmalarından sonra düşüncə tərzinin həqiqi gücünü bir daha kəşf etdi. Duek uğurun sadəcə istedad və bacarıqlar vasitəsi ilə əldə edilmədiyini, eyni zamanda düzgün formalaşdırılmış düşüncə və yanaşma tərzindən olduqca asılı olduğunu sübut edir. Düzgün düşüncə tərzi ilə biz həm uşaqları, həm də yetkin insanları uğur qazanmağa motivasiya edə bilərik. Kerol əslində köhnə mövzulara toxunur, lakin daha müasir və təkmil üslubda izaha ehtiyac həmişə var. Valideynlər, müəllimlər, baş icraçı direktorlar, tələbələr, idmançılar və liderlər zaman zaman mütləq şəkildə düzgün düşüncə tərzində kənara çıxır və dəstəyə ehtiyac duyurlar. Artıq şübhə doğurmur ki, beynimizdə baş verən düzgün düşüncə tərzi adlı mental proses bizim həyatımızın bütün uğurlarının ən əsas təminatçısı...
The Interpretation of Dreams by Sigmund Freud Ziqmund Freydin yuxuların şüuraltı istəklərin ifadə olunma tərzi olduğunu kəşf etməsi, şübhəsiz ki, psixologiya elmində inqilabi xarakterə malik oldu. Onun nəzəriyyəsinə əsasən yuxular altşüurun arzularını aşkara çıxaran vasitədir. Yuxuları başa düşmək insan üçün özünü tanımaq yolunda olduqca əhəmiyyətli vasitə ola bilər. Çünki yuxuda gördüyümüz hər bir xırdalığın, hər bir simvolun öz mənası var və yuxular bizim gələcəklə olan ən əsas əlaqəmizdir. Yuxular yaşadığımız digər ömürlərdir. Həm bizə verilən ismarıc, həm də ayrıca dünyadır.
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən sirli görüşündən bəhs edən mistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.
Qısa xülasə: Uinston adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, despotik bir rejimin hökm sürdüyü (hansı ki, inqilabdan sonra, kapitalizmi əvəzləyərək qurulmuşdur) Okeyaniyada yaşayır. Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırır. Uinston isə hələ də azad düşünür. Azad düşünmək isə ən ağır cinayət - fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımı tapır və eşq macərası yaşayır. Bundan sonra isə onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd edirlər. Amma uğur qazana bilmirlər ( http://kitablarinelektronversiyasi.blogspot.com/ ) Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğ...
Александром Беляев - Человек-амфибия "Amfibiya adam" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir. ...Artıq xeyli müddətdir ki, şayiə yayılıb ki, dənizdə "Dəniz İblisi" var. O bir çox şeyə zərər vurub - torları kəsir və balıqları qayıqlardan suya qaytarırdı. Eyni zamanda belə bir şayiə də var idi ki, o kimisə köpək balığının cəngindən xilas etmişdi. "Dəniz İblisi"-ndən qəzetlər yazırdı və varlığını təkzib edən elmi ekspedisiya da təşkil edilmişdi, lakin mövhumatçı ispanları və hindliləri inandırmaq mümkün olmamışdı. İnsanlar xeyli müddət dənizdən kənar gəzməyə çalışdılar. Balıq, ən əsası isə mirvari ovu azaldı. Bu da "Meduza...
Comments
Post a Comment