Sevmək Sənəti - Erich Fromm
Erix Frommla tanışlığım: Marksın insan konsepsiyası əsəri məni Erix Fromm yaradıcıllığı ilə
tanış etmişdi. Çox bəyənmişdim. Bir çox mövzularda şəxsi fikirlərimin
formalaşmağına öz tövhələrini vermişdir. Eyni zamanda Erix Frommun digər
kitabları haqqında da çox eşitmişəm. Çalışıram bu hərtərəfli, dərin düşüncəli,
ensiklopedik insanın kitablarını oxuyum. Bunlardan biri də “Sevmə sənəti” oldu.
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Kitab nədən bəhs edir: Kitab sevginin nəzəriyyəsi və praktikasından bəhs edir. Əlbəttə ki,
düşüncəli insan sevginin çox geniş miqyaslı anlayış olduğunu dərk edir. Belə
ki, bir çoxları sadəcə qarşı cinslə münasibətlərdə nə isə öyrənmək üçün bu
kitabı alır, amma kitabda xüsusiylə valideyn və tanrı sevgisi üzərində
dayanılmışdır. Sevgi haqqında bir çox şeyləri aydınlaştıran və düşündürən
kitab.
İradlarım: 1)Hər
şeydən öncə tərcümə: Türkiyə türkcəsində oxudum və tərcümədə çox böyük problemlər
olmasa da var. Cümlələr uzun və
anlaşılması çətin yerlər oldu. Bu yaxınlarda isə Qanun nəşriyyatının da bu
kitabı tərcümə etdiyinin şahidi oldum. Görəsən onun tərcüməsi necədi? 2)Mövzudan,
başlıqdan uzaqlaşmalar oldu. Təkrarlamalar oldu. Doğrudur bu kitamın məğzinə
çox xələl gətirməsə də yenə də bəzən insanı sıxa bilər.
Nəticə: Yazıçı
çox şeyə obyektiv yanaşıb. Bəşəriyyətin tarixi ilə fərdin inkişafını müqayisə
edib, bizə göstərib. Çox psixoloji, məntiqi kitabdır. Kitab öyrənməkdən ziyadə
daha çox düşünmək üçündür. Prinsip etibariylə yeni olmayan şeyləri çox gözəl
bir dillə bizə xatırladır (əlbəttə yenilik nisbi anlayışdır). Hesab edirəm ki,
hər kəs bu kitabdan özünə nə isə götürə bilər.
Comments
Post a Comment