Dumandakı Kirpi - Ёжик в тумане (1-ci hissə)
Qısa tarixçə: Sovet
cizgi filmi olan” Dumandakı Kirpi “ 1975-ci ildə çəkilmiş və 2003-cü il 26 may
tarixində, Tokioda baş tutmuş “Laputa cizgi film festivalı”-nda (Мультипликационном фестивале Лапута) planetin ən yaxşı cizgi filmi adına layiq görülmüşdür.
İzləyən uşaq və izləyən böyük: Bilirsiz, cizgi filmini izləyən uşaqların çoxsu sadəcə ona əyləncəli
bir şey kimi yanaşırlar amma onu izləyən böyük insanlar, müəyyən yaşa çatmışlar
isə həyatlarını gözlərinin önündən keçirdirlər və kədərlənirlər. Yəqin monotonluğu,
itirilmiş olanı, qorxularını xatırlayırlar...
Psixoloqlar deyir: Psixoloqlar deyirlər ki, məhz bu cizgi filminin köməkliyi ilə uşağın
emosional fonunu aydınlaşdırmaq olar. Belə ki, əgər azyaşlı uşaq cizgi filminə
sakit və narahat olmadan baxırsa, hər şeyin yaxşı olacağını düşünürsə, deməli onun
güclü psixikası və dünyaya optimistik baxışı var. Yox əgər narahatlıqla izləyib,
içinə qapanırsa, o zaman o, melanxolikdir.
Fərqlilik: Sovet
cizgi filmlərini sevənlər çoxdur. Mən də onlardanam. Təcrübəli birisi kimi deyə
bilərəm ki, bu cizgi filmi sadəcə öz dərin mənası və insana verdiyi mənəvi dəstəklə
deyil, eyni zamanda texniki parametrləri ilə də fərqlidir. Digər cizgi filmləri
ilə müqayisədə rəngsiz və formasızdı. Əminəm ki, digərləri kimi olsaydı o, bu
ideyaları bizə çatdıra bilməyəcəkdi.
1-ci hissənin sonu. Ardı var...
Yazı kinopoisk.ru saytının müvafiq film üzrə izləyici şərhləri və şəxsi
fikirlərim əsasında hazırlanmışdır.
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment