Dumandakı kirpi - Ёжик в тумане (2-ci hissə)
1-ci hissəni oxumaq üçün: TIKLA
Cizgi filminin əsas obrazı olan kirpi insanı simvolizə edir. O, dostu
aynın yanına gedərək eyni zamanda həyat yoluna başlayır. Ayıya onu, bunu necə
deyəcəyini planlaşdırır. Bu insanın gələcək haqqında olan təsəvvürləridir.
Budur o, gedir və ağ at görür. At isə arzu və muradı simvolizə edir. O, atı
görür və arzulamağa başlayır, amma arzuya çatmaq üçün gərək dumana daxil
olasan. Duman qeyri-müəyyənliyi göstərir. Kirpi, yəni insan, sirli, qeyri-müəyyən
və yad dünyaya daxil olur. Bu zaman kirpiyə də, izləyiciyə də aydın olmayan
qorxulu və nəhəng varlıqlar kirpini qorxudurlar. Bizi həmişə kimlərsə, nələrsə
qorxutmağa çalışır. Bir şeyi unutmamaq lazımdır. Bu şey dünyanın əsas iş
prinsipidir: heç vaxt qorxuya icazə verməməliyik
ki, bizim üzərimizdə hökmranlıq etsin. Yoxsa o, cizgi filmində olduğu kimi
böyüb böyüyüb fil böyüklüyündə olacaqdır. Bu isə bizi arzularımızdan
uzaqlaşdıracaqdır. Və yolnan gedərkən o, dostu ayıya apardığı mürəbbəni itirir.
Biz həmişə bu həyat yolunda nə isə itiririk: valideynlərimizi, dostlarımızı,
sevgimizi və s. Əlbəttə həyatda bizə kömək edənlər də olur. Bu da cizgi filmində
bir it oldu. Kirpinin itirdiyini ona geri verdi və daha sonra sahibinin
çağırışı ilə geri getdi. Əksəriyyətimiz həyatda qorxduqdan və bir çox
uğursuzluqlara məruz qaldıqdan sonra, kirpinin çaya düşərək “qoy gedəcəyim yerə məni çay özü
aparsın” fikri ilə yaşayarq, həyat çayında sakitcə gözləyirik. Kirpi, atın
yanından çay axını ilə üzür. Bir qədər üzdükdən sonra kirpiyə “birisi” kömək
edir ki, kirpi sahilə çıxsın. Həyatımızda da biz bir müddət üzdükdən sonra
qarşımıza bizi monoton həyatdan və mənasızlıqdan xilas edəcək birisi qarşımıza
çıxır. Daha sonra kirpi sahilə çıxır və isti, rahat guşədə, dostu ayının
yanında dincəlir. Biz də həyat çayında bir müddət üzdükdən sonra, bizə yardım
edildikdən sonra bizə təsəlli verən nə iləsə qarşılaşırıq. Kirpi at haqqında
düşünməkdən vaz geçmir. İnsan da ömrünün axrına qədər əldə edə bilmədikləri
haqqında düşünür. Sonda isə budur kirpi, “görəsən dumandakı at necədir?” düşüncəsiylə,
dostuyla birlikdə oturub ulduzları saymağa davam edir. Ayı demişkən: “ Axı kim
səndən başqa ulduzları sayacaq??”
2-ci hissənin sonu
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment