247°F


Psixoloji trillerlər insan psixologiyasına aid çox şeyi göstərmək iqtidarındadır. Məsələn düşünün ki, illərdir tanıdığınız insan, fövqəladə vəziyyətə düşərkən necə də başqa birisi olur, davranışları dəyişir, şüuru sönür. Bu elə sizə də aiddir. Fövqəl vəziyyətlərə, yəni məsələn, avto qəzaya düşüb maşın qalıqları arasında can verərkən, liftdə qalarkən və ya bu filmdə olduğu kimi saunada ilişib qalarkən insan şüurunun sönməsi, insanın panikaya düşməsi, qorxması və aciz olması yaxşı təsvir olunub. Treyleri diqqətimi cəlb etmişdi. Film başlayanda diqqətimi bir az da cəlb etdi çünki film qonşu ölkədə - Gürcüstanda çəkilib. 650.000 dollarlıq büdcəsi olan film texniki parametrlər cəhətdən normal olsa da aktyor performansı cəhətdən zəifdir.İzlədikdən sonra isə bunun psixoloji triller deyil sadəcə FACİƏ olduğunu gördüm. Nə aşağı nə də yuxarı. Sadəcə faciə. Psixoloji məqamlar da oldu amma az.

İdeya yaxşıdır: Dörd dost göl sahilinə dincəlməyə gəlirlər və onlar malikanənin saunasında selsi ilə desək 119.4 C-yə qədər qıza biləcək yerdə qapalı qalırlar. Filmin bir digər minusu isə dialoqların mənasız olmasıdır. Mənim bəyənmədiyim bizim bu gənc yazarlar daha yaxşı ssenari yaza bilərdilər. Əgər sizi də ideya cəlb etdisə və əgər siz təsirli epizodlar görmək istəyirsinizsə izləyin bu filmi. Çatışmazlıqları çox olsa da izləmək olar. Filmin şüarının yeri var: Every minute counts when every degree matters.

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə  



Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi