Oyuncaq Dünya
Oyuncaq dünya...Deməli bu hekayəni əvvəlcə başa düşməsəm də sonra həm
fərqli həm də köhnə mövzulu yaradıcıllıq nümunəsi olduğunu gördüm. Açığı deyim
hekayədə banallıq olsa da çox maraqlı ideyası var. Belə ki: Parlaq işıqdan
sonra (bu atom bombası kimi qəbul edliməlidir) insanlıq məhv olur, yer üzündən
silinir və əvəzinə bildiyimiz oyuncaqlar, parçadan olan ayılar, plasmasdan olan
gəlincik və əsgərlər dirilib bu dünyada yaşamağa başlayırlar. İnsanların yerinə
oyuncaqlar bu dünyada yaşasalar da, belə ki, onlar insanlardan, insanları
narahat edən mövzu və hadisələrdən fərqli şeylər düşünməyib, etməyirlər. Hekayənin
baş obrazı, yəni prataqonisti bəzi şeyləri xatırlayır. Belə ki, o öz
yaradıcısını xatırlayır və çətinliklərlə xəritə tapıb oyuncaqların yaşayış
yerini tərk edir və yaradıcı ilə görüşməyə gedir, amma hekayə burada da
bitir...
Qısaca bu süjetdən aydın olur ki, mövzu, tarix boyunca insan təssəvürünü
çətinliyə salan mövzulardandır. Yaradıcı ilə görüş və bizdən əvvəl nə olub,
bizdən sonra nə olacaq. Olduqca fəlsəfi, fantastik və maraqlı qısa bir hekayə.
Əlbəttə şəxsən mənim üçün fəlsəfi düşüncələr nöqteyi-nəzərdən yeni bir şey
olmasa da pis deyil deyirəm. Hekayəni dinləmək üçün link yerləşdirirəm. Rusca
bilənlər dinləyə bilər. Uzunluğu qısadır.
Bəlkə biz də oyuncağıq?...
Dinləmək üçün: Tıkla
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment