Albert Camus - Yad




Uşaqlığını Əlcəzayirdə keçirdən Albert Kmayu ( Albert Camus ) 1913 – cü ildə Mondovi qəsəbəsində anadan olmuşdur. Olduqca keşməkeşli uşaqlığı olmuşdur. ( Vərəm xəstəliyi, atasını ölümü, siyasi işlərə baş qoşması, təhsilinin yarımçıq qalması və s. ) Nihilizmin absurd anlayışının əsasını qoymasa da onun inkişafı və yayılmasında olduqca böyük rol oynamışdır. Marksizim – Leninizmə olduqca böyük həvəs göstərmiş və futbolla məşğul olaraq qapıcılıq etmişdir. Dünyada Rudyard Kiplingdən sonra dünyada Nobel mükafatını alan ən gənc yazardır.

Kamyu deyincə ədəbiyyat sahəsində ilk ağlagələn onun 1942-ci ildə nəşr olunan “ Yad ” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində bir Ərəbi öldürən orta təbəqədən olanbir fransız, özünün addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin baş qəhrəmanının adını belə öyrənə bilmirik.


Yad...kimdir yad? Bizim kimi olmayanlar? Bizim kimi düşünməyənlər? Bizim kimi geyinib, yeyib içməyənlər? Oxşar xüsusiyyətlər hər zaman insanları birləşdirir nəticədə qruplar yaranır. Cəmiyyət də belədir. Cəmiyyətin başında duranlar isə standartdan fərqlənənləri uzaqlaşdırmaq istəyirlər. İnsanların oxşar xüsusiyyətlərinin çox vaciblik təşkil edən dünyada yaşayırıq. 
Povest, cəmiyyətdə yaşaya yaşaya o cəmiyyətə yadlaşmış birisinin həyatını təsvir edir. Həyatının bütün məqamlarıyla bizə yad insanın hansı hisslər keçirdiyini göstərməyə çalışır. Bir insanda insanlığın bütün xüsusiyyətləri var. Sadəcə nisbətləri müxtəlifdir. Olur ki, insan bəzən özünü çox tənha hiss edir. Çox şeyə məna verə bilmir.( Şəxsən məndə bu hallar tez-tez olur.) Olur ki, insan özünü çox fərqli hiss edir, bir birinə oxşayan standart insanlara və onların həyat tərzlərinə gülür. Olur ki, insan bəzən çox peşmançılıq hissi keçirdir, keşkə geriyə qayıdıb daha başqa cür yaşaya bilsəydim deyir. Olur ki, insan yaşadığı cəmiyyətin, dünyanın ədalətini, dəyərlərini, azadlığını, inancını “ sorguluyur ”. Olur ki...

Əsərin baş qəhrəmanı həyata məna verə bilməyən, sevməklə sevməməyi, ölümlə yaşamağı bir birinə bərabər tutan birisidir ( çox guman ki, bu onun özüdür – şəxsi fikrimdir ). Az dostu olan, sevgilisinə səni sevirəm deməyi bacarmayan ( bunu mənasız görən ), anasını  ölümünə kədərlənməyən, hər şeyə öyrəşmək olar fikrini öz həyat fəlsəfəsi edən və bu dünyanın bizə təqdim edə biləcəyi şəffaflıq və mənanın olmadığını müdafiə edən bir insanla qarşı qarşıyayıq. Bu insan ətrafına, hisslərə, gözləntilərə və ən əsası öz özünə özgələşmişdir, yadlaşmışdır. Absurd fəlsəfəsi ona hökmranlıq edir. Dostu Raymonda qarşı təhlükə törədən və Raymondun keçmiş məşuqəsinin qardaşı olan bir ərəbi öldürməklə Cənab Mersonun ( bu onun soyadıdır ) məhkəməsi başlayır. Burda biz iki məhkəmə görürük. Bir tərəfdə olduqca stereotipli cəmiyyətin onun üçün qəti əhəmiyyəti olmayan dəyərləri ona qarşı istifadə edərək onun mühakimə edən məhkəmə. Digər tərəfdə isə Mersonun öz – özünə qarşı olan ( tam olaraq məhkəmə deməzdim ) sanki bəzi şeyləri başa düşmək mənasını ifadə edən oyanış. Sanki ölmədən öncə ölür Cənab Merso. Hər şeyi bir daha xatırlayır və başqa cür düşünə və yanaşa biləcəyini qəbul edir. ( əslinədə ikisinin arasında qalır ) Buna baxmayarq artıq gecdir. Çünki onun üçün atıq edam qərarı verilib. Povestin digər maraqlı hissəsi onun dəfələrlə keşişdən imtina etməsi və sonra onunla olan söhbətidir.

Verilmək istənən mesaj: Həyatın avtomatlaşmış təkdüzən mühitində robotlaşmış insan ölümü rahatlıqla qəbul edir. Əsas olan mənadır amma nə yazarın özü nə də əsərin qəhrəmanı bunu tapa bilmir. Insan oğlu bunu min illərdir axtarır. Bu əzabdan qurtulmaq üçün məncə biz Allaha sığınmalı və ona inanmalıyıq. Ətrafımızdakı gözəllikləri görmək, sevdiklərimizin sevgisini başa düşmək  heç də hamıya nəsib olmur.

Bir neçə saatda oxuya biləcəyiniz amma bir neçə gün düşünəcəyiniz bir kitab. 
Səbrinizə görə təşəkkürlər...

Faydalı Link: http://tr.wikipedia.org/wiki/Albert_Camus
                     

Comments

  1. Əsərdə bir çox təsirləndirici məqamlar var idi. Hansı ki mən empati edərək təsirləndim və bu mənə mənfi təsir bağışladı. Baş qəhrəmanın bütün hadisələrə bu dərəcə biganəliyi məni bir qədər məyus etti. Hakimin sözlərində onun anasının ölümündən bir gün sonra törətdiyi hadisələr ən azından törətdiyi əməldən peşimançılıq hiss etməməsi adam öldürməsi və buna biganə yanaşması onun bunu qəsdən törətməsi fikrinə gətirib çıxardır. Məhkəmə prosesi zamanı bele tezliklə həbsxanaya qayıdıb yatmağı düşünür.Mənə ən çox təsir edən epizod baş qəhrəmanla keşiş arasındakı söhbət olur. Dəfələrlə keşiş onun yanina gəlmək istəsə də o buna razı olmamışdı. Burada bir cümlə "Məni insanların ədaləti məhkum etti" məni düşündürdü. Keşiş cavabında ama bunun ona hələ də fayda etməmiş olduğunu, insanların ədalətinin Allahın ədalətliyinin yanında bir heç olduğunu bildirir. Doğrudur eslində biz özümüz özümüzü hebs edirik, qaranlıq otaqlara özümüz özümüzə düşmanlar yaradıb xəyal dünyamızda onlarla savaşırıq. İstər istəməz hər bir canlı ölümü dadacaqdır lakin yadlaşmış və mənfi düşüncələrlə, qarmaqarışıq fikirlərlə insanın beyni məşğul ikən ölüm bir qorxu bir ezab kimi görülür. bu veziyyəttə insan esərin baş qəhrəmanı kimi dünyaya bağlanır.

    ReplyDelete
  2. Fəridə xanım, sizin fikirlərinizlə tamamilə razıyam. Təşəkkürlər.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi