Səndən yaxşıları və səndən pisləri



Səndən yaxşıları həmişə olacaq narahat olma. Səndən pisləri də həmişə olacaq. Bu vəziyyətin elə özü yaxşı və pis terminlərini absurd edir. Əvəzinə nisbilik anlayışını sübut edir. Yenə də yaxşı və pis terminlərini istifadə etməyə davam edəcəm. Fikrimi izah etmək üçün. Standart insanların dilində danışmaq üçün. Bəs ən yaxşı olmaq olar? Üst sərdhəd. Şimal ucqar nöqtə? Məncə olar amma müvəqqəti. Sənin arxanca gələnlər də var. Onların da səni ötmək həvəsi, inamı və israrı var. Yolu yarıda buraxıb gedənlər də var sözsüz. Həmişə də olacaq. Qorxaqlar var xüsusiylə. Səndən yaxşıları həmişə olacaq. Bəs ruh düşkünlüyü yaradan faktorları, elementləri necə görməzdən gələk? Məncə nəticəni görməklə. Nə dərəcədə doğru fikirdir deyə bilmərəm amma uğur qazanmış insanların BİR ortaq cəhəti varsa, o da məhz budur. Onlar uğursuzluq dalınca uğursuzluq qazanıblar, ələ salınıblar, alçaldılıblar amma bu onlara nəticəni görməyə mane ola bilməyib. Onlar istədiklərinə hazırlaşıblar və hazır olduqlarında istədikləri də onlara hazır olub. Təbrizli Şəmsin 40 qaydasından birini xatırlamaya bilmirəm: Sekizinci Kural: Başına ne gelirse gelsin, karamsarlığa kapılma. Bütün kapılar kapansa bile, sonunda O sana kimsenin bilmediği gizli bir patika açar. Sen şu anda göremesen de, dar geçitler ardında nice cennet bahçeleri var. Şükret! İstediğini elde edince şükretmek kolaydır. Sufi, dileği gerçekleşmediğinde de şükredebilir. Çox gözəl deyilib.  Bəs əgər uğursuzluq bir ömür davam etsə? Bütün malik olduqlarımızı uğursuzluqlara qurban versək necə? Geriyə çevrilib baxdıqda boşluq, uçurum görsək? Hönkür – hönkür ağlasaq? Bəs o zaman necə olacaq? Belə düşünürəm ki, ən azından öləndə vicdanınla söhbət edərkən heç vaxt təslim olmadığını, mübariz apardığını var gücünlə, hayqıraraq deyəcəksən. Bəs bu sənə bəraət verəcək? Bəlkə də. Dəfələrlə başlayıb yarı yolda sonlandırmaq istəyəcəksən. Çox olacaq. Bir tərəfdən uğurun digər tərəfdən uğursuzluğun əlamətidi. “özünə inan! Hər şey yaxşı olacaq!  Darıxma düzələr!” kimi fikirlərə qarşılıq, “Çətin anlar da olacaq. Tərəddüd keçirəcəksən. Sakitləş və məntiqli ol” kimi fikirləri daha çox bəyənirəm. Yarı yolda qalmaq bərbad bir hissdir. Bir tərəfdən təəssüf hissi keçirdirsən ki, davam edə bilmədin, digər tərəfdən də yenə təəssüf hissi keçirdirsən ki, davam etsəydim uğur qazanardım. Bir şeyi isə dəqiq bilirəm: Yaradıcılıq insanın daxilini dolduran yeganə prosesdir. Gördüyümüz işdən aslı olmayaraq addımlarımızı sağlam, möhkəm atsaq istədiyimiz nəticə və ya ona yaxın nəticə əldə edərik. Bununla iş bitməz. Son mərhələdə şükür edib yeni üfüqlərə nəzər yetirməliyik.                                                                                   İcazə vermə ruhun qaranlığa yuvarlansın. Sən uğur qazanmağa məhkumsan!


N.İbrahim
                       Bakı - 27.04.12

Comments

  1. Cox gozel yazmisan. Tam menim ruh halimda sohbet gedir sanki. Menim tam uzume deyildi "SENDEN DAHA YAXSILARI VAR". Bu soz mene cox agir tesir elemisdi, cunki men deyer verdiyim insan terefinden deyilmisdi. Uzume bir sille kimi deymisdi. Ama indi derk edirem. Kicik bir misal: Agacin yarpaqlari kenardan baxildiginda hamisi yasil gorunur ele deyilmi? ama xeyir esla hamisi yasil deyildir. Her biri yasilin bir basqa calarlaridir. Payiz geler butun yarpaqlar tokuler , yene yaz geler ve yeni yarpaqlar meydana geler. Amma esla hec biri bir birine benzemez. Allah her seyi bu qeder mukemmellikle yaratmisdir. Eynile insanlar da beledir. Hec bir insan tekrar olunmaz Her biri bir basqadir. Hemin insana donub demek isterdim."Senin gozlerin sadece yasilligi gordu amma esla calarliligi gormedi". Mutleq yaxsi veya mutleq pis yoxdur. her kes ayri ayri imtahanlardan sinaqlardan kecir.Artiq senden yaxsilari var deyenlere sadece demek isteyirem bir don de ozune bax bunu demezden once "Gor sen ozun ne qeder yaxsisan ve goresen sen daha yaxsisina layiqsenmi?!"

    ReplyDelete
    Replies
    1. Doğrudur. Bilirsən bəzən özümə deyirəm ki, yooox sən bunu bacara bilmzəsən. Arxadan kimlərsə itələyir ki, geed bacararsan mə deyirəm yooox bacarmaram. Əslində isə hər şey çox sadədir. Həmişə. Həmmişə məndən yaxşıları və məndən pisləri olacaq. Əsas olan bizim digərləri ilə yox özümüzün özümüz ilə apardığımız rəqabətdir.

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi