Batman Year One


Süjet: Gotham City-yə iki nəfər gəlir: Birisi illərdir kənarda yaşayan və haqq-ədalət ehtiyacını ödəməyən Bruce Wayne, digəri, yalnış yerdə və yalnış insanlarla olan, dürüst polis Jim Gordon.  Rüşvət şəhərin küçələrində meydan sulayır. Onların hər ikisi də cinayətkarların arxasınca düşürlər və aralarında dostluq toxumu əkilir. Bax beləcə böyük dostluğun əsası qoyulur.
Maraqlıdır: Maraqlıdır ki, bu animasiya Frank Millerin komikslərinin əsasında ekranlaşdırılıb. Frank Miller isə “Günahlar Şəhəri” (Город грехов) və “300” kimi əsərlərin müəllifidir. Frenk Miller həmişə əşyalara, hadisələr xüsusi yanaşma tərzinə malik olub. Onun sözlərinə görə Gotham şəhəri onun üçün hər zaman qaranlıq, lakin dinamik şəhər kimi olub. Batmanin animasiyalarını izləyərkən şəxsən mən Gotham şəhərini dünyanın ən əsas şəhəri kimi görürəm. Çünki ən təhlükəli terroristlət, cinayətkarlar məhz bu şəhərdə toplaşıblar.
Adından da bəlli olduğu kimi, yeni çəkilmiş Batmanlari anlamaq üçün bu animasiya vacibdir. Hələ xüsusiylə ingilis dilində izləmək məsləhətdir.
Onlayn  izlə: burada

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi