İnfarkt (müəllifi olduğum ilk şəxsi hekayəm)
Hayatı bilinçli yaşamak için
ormana gittim,
Hayatın tüm iliğini emmek için doğaya koştum,
Hayat olmuyan şeyleri iticem,
Ve öldüğüm zaman aslında yaşamamış olduğumu görmeyeceğim.
Hayatın tüm iliğini emmek için doğaya koştum,
Hayat olmuyan şeyleri iticem,
Ve öldüğüm zaman aslında yaşamamış olduğumu görmeyeceğim.
Henry David Toro
Bunu
daha çox üçüncü, lakin görünməz əlin boğmağı kimi təsvir etmək olar. Bunun dəhşəti
də ondadır ki, boğmaq adətən kənar şəxs tərəfindən icra olununan prosesdir amma
bunda sanki sən özün özünü boğursan. Ona görə də qarşı gəlmək qeyri-mümkün
olur. Bir yol var o da təslim olmaq. Bu vəziyyətdə mübarizə aparmaq təslim
olmağın bir hissəsinə çevrilir.
Qəribə bir istilik bütün bədənə yayılır. Nəfəs
kəsilir. Əvvəl görmədiklərini görməyə başlayırsan. Hər tərəf qaralır. Əvvəllər
eşitmədiklərini eşitməyə başlayırsan. Uzun, arasıkəsilməz fit səsinə bənzər
ürküdücü səs eşidirsən. Sanki bir nöqtə ətrafında fırlanırsan. Əlbəttə ki, ağrı
da olur. Bu, başqalarına bənzəməyən ağrını bütün bədən hüceyrələrinlə hiss
edirsən. Bilirmirsən nə edəsən və mütləq şəkildə təslim olursan. Universal
mexanizm öz işini görür. Buna baxmayaraq sənin maceran yarıda qalır. Sən düzəlirsən
və dayanmadan hüznlə düşünürsən: insan bədəni bu qədər həssasdır. Bu dərəcədə
tez qırılan, buna baxmayaraq bu dərəcədə ağırdır. Təəssüflənirsən və paradoks
yaşayırsan. Həm bu ağırlığı atmağa çalışacaqsan həm də hər şeyi yarıda
qoymamağa çalışacaqsan. Hər şey bu dərəcədə asanlıqla sonunu tapa bilərmiş. Bu
qorxuludur. Yenə də təssüflənirsən. Axı sən anidən hər şeyi qoyub gedə bilməzsən.
Axı sənin məsulliyətlərin var. Bunun səbəbləri çox ola bilər amma bu dəqiqə bu
vacib deyil. Əsas olan əksəriyyət kimi sənin də bu həyata nə olursa olsun
bağlılığındır. Elə bu dəm bu hekayəni xatırlayırsan: biri var idi biri yox idi.
Bir kral var idi. Hansı ki, bu kral harda cüzzamlı xəstə görürdü, onları
öldürtdürürdü. Onlara yaxşılıq etdiyini düşünürdü. Çünki onları bu əzabdan, işgəncədən
xilas edirdi. Halbuki cüzzamlı olduqlarına baxmayaraq içlərində həyat eşqinin
olduğundan bixəbər idi. Onların yaşam sevgisini görə bilmirdi. Nə olursa olsun,
mütləq yaşamaq istəyirik. Bu alınmır bəzən. Ona görə də yaşamağın xəyalını çəkirik.
Xəyal etmək də özü-özlüyündə yaşamaqdır. Bəlkə də xəyallarımız bizim istəklərimizə
olan biletlərdir. Biletin qiyməti neçəyədi görəsən?
Əsas olan o panikadır. O panikanı heç vaxt
unutmursan və bu da sənə ömür boyu həyatın sonlu olduğunu xatırladır. Ona görə
də bəlkə də, heç vaxt ürəkdən sevinə bilmirsən. Əslində həmişə ondan qaçmağa
çalışacaqsan, buna şübhəm yoxdur. Həm o panikanı unutmursan həm də o,
rahatlığı, həzzi.
Başqa dəyişikliklər də baş verir. Məsələn sən
əvvəlkinə nisbətən daha çox düşüncəli olursan. Yolnan gedərkən atdığın addımlarda
belə qəribə bir hüzn olur. Həkimin verəcəyi hər bir xəbəri həyacanla və
narahatlıqla gözləyirsən. Qohum-qonşu, dost-tanış ətrafına yığışırlar. Sanki
yaşadıqlarını, həyatda var olduqlarını nümayiş etdirirlər və sənə də stimul
vermək istəyirlər. Mənasız bir şeydi amma gəl xətrlərinə dəyməyək.
Mən tez-tez ölüm haqqında düşünürəm və bunu
çox vaxt akvariumun və yaxud da müəyyən su kütləsinin dibindən səthinə doğru
istiqamətlənmiş və qarşısına çıxan istənilən maneəni dəf edən iddialı, qorxmaz,
hətta deyərdim bir az da aqressiv hava qabarcığına bənzədirəm. Bu kiçik hava
qabarcığının son ünvanı daha böyük, məğlubedilməz hava kütləsi olur. O da
bütünün bir parçasına çevrilir. Əslində həmişə elə olub sadəcə digər yerləri də
kəşf etmək üçün dəyişməyə məcbur idi. Səfəri çətin olmuşdu. Yorulmuşdu, dincəlmək
istəyirdi, ona görə də tələsirdi.
Ölümə hansı formada yaxın olursansa ol, istənilən
halda həqiqi filosof olmaq yolunda ilk addımlarını atmağa başlayırsan. İndiyə qədər
etdiklərin isə inan ki, yumşaq ifadə ilə
desəm, daha çox intelektin oyunları idi.
Hipnoz edənin “mən üç deyəndə siz
oyanacaqsınız” fikrini xatırlatdı və bax beləcə düşünməyə başlamağımdan,
qorxmağımdan, bəzi şeyləri öyrənməyimdən, çoxlu təəssüf, hüzn hissləri keçirməyimdən,
rəngləri fərqli anlamağa başlamağımdan, musiqiyə daha da bağlanmağımdan, çox
şeyin gözümdə kiçilməyindən 1 il keçdi. İnfarkt olmağımdan 1 il keçdi. Düz 1 il.
İstərdim ki, ad günü və ya digər əlamətdar hadisə kimi bu hadisənin 2,5,10
illiyini qeyd edim. İstəmirəm ki, 2 və ya 3 illiyini qeyd etdikdən sonra yenidən
başa qayıdıb, 1-dən başlayıb qeyd etməyə başlayım. Bu ikinci dəfə baş versə bəlkə
də ətrafımdakı insanlar başqa şeyi qeyd edəcəklər. Nəyi qeyd etməyimdən aslı
olmayaraq bundan sonra daha ehtiyatlı olmalıyam. Ən əsası isə düşüncələrimlə.
P.S. Hekayədə təsvir etdiklərimi özüm şəxsən yaşamamışamsa da ona cüzi də olsa yaxın olmuşam. Hekayə mənim şəxsi həyatımı təsvir etmir.
Nə maraqlı üslubunuz var çox bəyəndim Uğurlar sizə
ReplyDeleteMinnətdaram. Çox sağ olun.
Delete