The Dictator
Filmdən sitatlar:
-
İnternetə
gündəlik 20 dollar? Onlar da məni beynəlxalq soyğunçuluqda ittiham edirlər.
- Ahh
Amerika... Zəncilər tərəfindən qurulub və çinlillərə məxsusdur.
- Mənim
bütün dostlarımda nüvə silahı var. Hətta Əmədi Nejatda da var. O, isə Miami
polisininin stukaçına oxşuyur.
- Təəssüf
edirəm. Bu qızdı. Zibil qabı hardadı?
Satira: Filmdə
demokratiya və diktatura, qız uşaqlarına qarşı şərqdə olan münasibət, nüvə məsələləri
və gündəlik həyat tərzləri ilə əlaqədar satiralar çoxdur. Filmi diqqətlə izləsəniz
bu məqamları görə bilərsiz. Xüsusilə xoşuma gələn məqam, ABŞ demokratiyasıyla əlaqədar
olan tənqidi epizodlar oldu. Film özlüyündə də ABŞ insanına bəzi banal və əsas
məsələləri bir daha fərqli rakursdan çatdırmağa çalışır. Film demokratiyanı
prapaqanda etmir. Onsuz da film əyləncə üçündür. Niyə onu çirkli siyasətə
bulaşdıraq? Finalda isə əyləncəli də olsa kifayət qədər sağlam fikirlər var.
Saşa Baron Koen (Саша Барон Коэн): Bu aktyorun Borat və Ali G filmləri kifayət qədər məşhurdur və mən də
onu bu filmlərdən tanımışam. Hər bir filmində bu aktyor həqiqətən də öhdəsinə
düşəni 200 – 300 % yerinə yetirir və fərqli, yadda qalan obrazlar yaradır. Bu
film də istisna olmadı. Yumorla bir diktatorun şəxsiyyətini və bu şəxsiyyət ətrafında
baş verənləri göstərdi bizlərə. Sadəcə Saşanın filmlərində yumor “beldən
aşağı”-dı bir az. Bütün ailə ilə baxmaq əlbəttə ki, alınmaz. Koenin hər filmi hər
dəfə cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olur. Bu özü özlüyündə böyük bir
uğurdur.
Yersiz səhnələr:
Edvard Nortonun peydə olduğu epizodu heç anlamadım. Çox mənasız səhnədir.
Ssenarini yazanlar məncə əlavə şeylər çox əlavə ediblər. Məsələn doğum səhnəsi
özü kifayət qədər beldən aşağıdı və eyni zamanda ucuz yumordu. Çoxları bunu bəyənir
amma mən çox da tərəfdar deyiləm.
Filmi online izlə: burada
Comments
Post a Comment