Budda utandığından yerlə yeksan oldu - Buddha Collapsed Out of Shame

 “Deyirlər Buddanı partlatmayıblar. O, özü Əfqanıstanda baş verənlərdən utandığından yerlə yeksan olub....”


Hanna Mahbalbaf: Amerikada yaşayan və zorakılıq haqqında sadəcə Hollivud filmlərindən xəbər tutan həmyaşıdlarımdan fərqli olaraq onu deyə bilərəm ki, Əfqanıstandakı uşaqlar bu dəhşətli kabusları öz gözləri ilə müşahidə edirlər. Onlar əzizlərinin elə yaşadıqları evin həyətindəcə başlarının kəsilməsini görüblər.

Təkcə Budda yox, məncə bu filmi izləyən hamı utanmalıdır. Çünki şükürlər olsun ki, hər imkanımız ola ola “oxumaqdan bezdim”, “oxumaq istəmirəm”, kimi fikirlər səsləndiririk. Halbuki filmdə ucqar bir kənddə, balaca qız uşağının dəftər almaqdan ötəri keçdiyi min-bir əzab-əziyyəti görürük. Biz isə dəftər almaq istəyərkən çox da böyük çətinlik çəkmirik. Elə deyilmi? Yayın qızmarında kondisonerli otaqda, qışın şaxtasında isti otağımızda oturub dərslərdən gileylənirik. Bunu edərkən vicdanımız görəsən harda olur? Filmi izləsəz, balaca qız uşağının məktəbə gedməsi üçün nələrdən keçdiyini görərsiz.

Film optimizmi təbliğ etmir ki, bu da filmi özünə məxsus edir. Yəni bir çox epizodlar izləyicini bilavasitə düşündürməyə vadar edir: ölmək yoxsa sağ qalmaq?, mübarizə aparmaq yoxsa təslim olmaq? Filmin ən təsirli epizodu, oğlan uşaqlarının filmin baş obrazı olan balaca qızcığaz – Baqtayla müharibə-müharibə oynamaqları oldu. Biz görürük ki, Əfqansıtanda oğlan uşaqları artıq uşaqlıqdan zülüm və təhqir etməyə, nifrət bəsləməyə tərbiyə edilirlər. Əslində bu “müharibə-müharibə” oyunu heç də oyun deyil.

Hanna Mahbalbaf
Mükafatlar: Film San-Sebastyanda “Qran-Pri” mükafatına, ən yaxşı tam metrajlı film olduğunua görə “Bürünc Ayı” mükafatına və gənc iranlının ağlına da gələ bilməyəcək mükafat: “Sülh naminə” mükafatlarına layiq görülmüşdür. (Фильм отмечен множеством призов, среди которых Гран-При кинофестиваля в Сан-Себастьяне, Серебрянный медведь Берлинале за лучший полнометражный фильм, и премия «За мир», которого в картине юной иранки не было и в помине). Bu filmi çəkərkən rejissor Hana Mahbalbaf 19 yaşında olmuşdur.

Bamiyan Buddası
Nəticə: Rejisor Hana Mahbalbaf (Хана Махмальбаф) bizə göstərdi ki, azadlıq söz verərək amma həmişə də sadə əfqan xalqının həyatını daha da məhv edərək onu işğal edən güclərin hakimliyi altında yaşamaqdansa ölmək daha yaxşıdır. Hər şey bu dərəcədə bərbaddır ki, hətta tolerantlığın, səbrin simvolu olan Budda da buna dözmədi. Ayağını əfqan torpağına qoymağa qorxan qərb siyasi və sosial analitiklərin dediklərindən fərqli olaraq bu film bizə çox şeyi göstərir.

Bamiyan Buddası – Əfqanıstanda yerləşən ən böyük Budda heykəli sayılırdı. 2500 metr yüksəklikdə yerləşən 55 metr hündürlüyündə olan bu heykəl, bizim eranın 507-554 – cü illərində tam hazır olub. 2001-ci ildə taliban lideri Məhəmməd Ömər tərəfindən partladılaraq yox edilib...
Filmi izlə: buradan
Digər yazılarımı da oxu. Əminəm ki, özünə uyğun bir şey tapacaqsan: burada

Yazı kinopoisk.ru saytının müvafiq film üzrə izləyici şərhləri əsasında hazırlanıb. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi