Murakami axtarışında


 Bu yazımda sizlərə yapon və dünya ədəbiyyatına yeni nəfəs gətirmiş, dünyaca məşhur yapon yazıçısı Haruki Murakami haqqında qısaca məlumat verəcəm.


Bir çox Murakami oxumuş insanlar özlərində baş  vermiş dəyişikliklərdən bəhs edirlər ki, mən də bunlardan birisiyəm. Belə ki, Haruki Murakami insanın zaman-məkan anlayışına, düşüncələrinə təsir etmə qabiliyyətinə malik bir yazıçıdır. Bir çoxları Murakami romanlarından sonra beyinlərinin onlara müxtəlif oyunlar oynadıqlarını deyirlər. Murakami romanları oxuduqdan sonra insanın beynində yeni qapılar açılır. Əvvəllər yanaşdığı mövzulara daha fərqli yanaşır.

“Bəzən bu gəlir bəzənsə gəlmir. Bilmirəm niyə. Roman yazmaq qaranlıq yerdə lazımi hissələri axtarmaq kimidir. Sənə edilə biləcək bütün köməklərə ehtiyacın var. Qaranlıq yerlərdə kiçik şeylər var ki, sənə kömək etmək üçün gözləyirlər.”- H.Murakami


Haruki Murakami yaradıcıllığı daha çox içə doğru yönəlmiş yaradıcıllıqdır. Onun yaradıcıllığıyla tanış olduqdan sonra bir çox şeylərə qarşı fərqli düşünmək mümkündür. Murakaminin əsərlərində biz avtobioqrafiya, musiqi (jazz), drama, xatirələr, arzular ilə rastlaşırıq.

“Doğrusu, mənim özümdə, içimdə çoxlu materiallar var. daxilimdə o qədər şey var ki və mən onları xarici dünyadan toxunulmaz olaraq qoruyub saxlamaq istəyirəm.  Onlar mənim mülkiyyətimdirlər və mən onlardan yola çıxaraq kitab yazıram. Çölə çıxıb insanlarla danışmamağımın və televiziyaya çıxmamağımın da səbəbi məhz budur.”-H.Murakami

Murakami yaradıcıllığı sadəcə bununla bitmir. 1995-ci ilim yanvarında, onun doğma şəhəri Kobedə baş vermiş dəhşətli zəlzələ üçün və  3 ay sonra Tokio metrosunda 12 nəfəri öldürmüş və 6000 nəfərə xəsarət etmiş dini qruplaşmaların zəhərli qazla törətdiyi terror aktına həsr etdiyi kitablar: Underground: “The Tokyo Gas Attack and the Japanese Psyche” və “After the Quake”  əsərləri diqqətə layiqdir. Murakami bu kitablara qədər əsasən özünə qapalı olaraq yazsa da, özünün də dediyi kimi bu hadisələrdən sonra o, ilk dəfə bir Yapon yazıçısı kimi məsulliyət hiss etmiş və baş vermiş hadisələri dünyaya çatdırmaq istədiyini demişdir. Bu hadisələr baş verərkən o, ABŞ yaşayıb, işləyirdi.

“Məsələn çox oxucum məndən soruşurlar ki, pişiyin mənası nədir? Mənim bu suala cavabım yoxdur. Mən sadəcə bunun haqqında yazmaq istədim. Mənim bunun üçün səbəbim yox idi. Yazmalı olduğumu hiss edib, sadəcə yazdım.”- H.Murakami

Haruki Murakami yaradıcıllığı mənim fikir ifadəmə ən yaxın olan yaradıcıllıqdır. Sərhədlər yoxdur və sadəlik o qədər gözəl bədii dillə ifadə olunur ki, romanların, hekayələrin ilk hissələrindən artıq oxucu onun içində yaşamağa başlayır.

Bu yazını belə bir fikirlə bitirmək istəyirəm: Haruki Murakami sərhəd tanımayan Yapon yazıçısıdır. Həm mövzu etibariylə, həm coğrafi məkan baxımından. Murakami yaradıcıllığı, bir qədər Amerikansayağı olsa da, sadəcə yapon ədəbiyyatına  deyil, ümumiyyətlə dünya ədəbiyyatına yeni nəfəs vermişdir. 


Haruki Murakami - Norwegian Wood
Digər yazılarımı oxumaq üçün:
 Əsas səhifə
 
 


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi