İnception - Başlanğıc


-       Ən dözümlü parazit hansıdı?: Bakteriya? Virus? Bağırsaq çöpü?
-       Cənab Kobe demək istəyir ki,..
-   İdeya. O çox dözümlüdür və olduqca yolxucudur. İdeyanın bircə dəfə beyin tərəfindən  sahiblənməyi kifaəyət edir ki, ondan can qurtarmaq praktiki olaraq mümkün olmur. Mən tam  olaraq dərk edilmiş və formalaşmış ideyanı nəzərdə tuturam. Hansı ki, beyində formalaşır.
-       Kimsə onu oğurlaya bilməz?
-   Bəli yuxuda şüuraltının müdafiəsi zəifləyir. Sizin fikirləriniz də kifaəyt qədər zəifləyir......

Kristofer Nolan yaradıcıllığı....Deyilənə görə yalnız ikinci (üçüncü, dördüncü dəfə də olar) dəfə baxdıqdan sonra rejisorun filmdə nə demək istədiyini başa düşmək olur. Mən ikinci dəfə baxmamışam və  baxmaq da istəmirəm. Çünkü çox da bəyənmədim və vaxt itkisi hesab edirəm. Vaxtımla ediləsi daha vacib və dəyərli işlərim var.Buna baxmayaraq filmi izləyib bəyənənlərin sayı olduqca çoxdur. Aktyor kontingenti və performansına söz olmasa da və bəzi epizodlarda maraqlı məlumatları saymasaq film çox mürəkkəbdi. Yuxu. Yuxunun içində yuxu. Yuxunun içində yuxu onun da içində yuxu və şüuraltını, yaddaşı zədələmiş xatirələr.

Nəticə etibarıyla film heç nə öyrədmir. Sadəcə konsepsiyası olduqca maraqlıdır. Yuxular vasitəsiylə ayrı-ayrı insanların məqsədlətini reallaşdırması. Bu gün belə artıq bizim beynimizə təsir edirlər. Görəsən gələcəyin dünyasında insanlara nələr edəcəklər? Nə bilim. Hər halda fərqli və maraqlı hesab etmək olar (obyektiv olaraq dəyərləndirməyə çalışıram). Oskar Wilde demişkən : “ Bütün incəsənət faydasazıdır “ Yəni incəsənətin vəzifəsi həyatımızı daha rəngarəng və maraqlı etməkdir. Filmi ciddi və təmiz yaradıcıllıq nümunəsi hesab etmək olar. Amma mən bəyənmədim çox da. Ən çox bəyəndiyim məqam isə yazının başlanğıcında olan filmdən sitat oldu.
                                                              Film haqqında - İMDb


Comments

  1. Bu filmə bu cür şərh verməkdənsə,blogunu boşuna yükləməzdin bu yazıyla))
    Film "perfect"di,filmlərə nəsə öyrənmək gözuylə yanaşmağ da düzgün deyil məncə,bunun ücün sənədli filmlər var,Niftiyev :)

    ReplyDelete
  2. Etibar, bu şəxsi fikirlərimdi))

    ReplyDelete
  3. Əlbətdə,I respect! :))

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi