Tələbə Psixologiyası

Giriş: Öz tələbəlik təcrübəmi
yada salıb, bunun necə stresli və ağır iş olduğunu vurğulaya bilərəm. Bu gün
universitet oxumaq bizim valideynlərimiz tərəfindən bütün problemlərin həlli
olaraq dərk edilir. Mən onları qınamıram. Bu gün yüksək vəzifədə kök atanlar, yaxşı
pul "tutan"-lar, məhz universitet məzunlarıdırlar. Universitet oxumaq
insanın həyatında heç də əhəmiyyətsiz bir şey deyil. İnsan universitet və ya bənzər
müəssisə sayəsində cəmiyyətdə müəyyən rola sahiblənir. Bu yazımda xüsusən
universitet tələbələrinin üzərində dayanacağam (həm bu anlayışın vacibliyindən
dolayı həm də öz şəxsi təcrübəmdən dolayı). Beləliklə tələbə, kobudca
qruplaşdırsaq, yetkinliklə uşaqlıq dövrünün arasında, özünə gələcəkdə sosial
yetkinlik qazanmağa və cəmiyyətin dəyərləri
ilə uzlaşmağa çalışan, bu cəmiyyətdə, bu dünyada özünə yer tutmağa çalışan fərddir.
Gənclik dönəminə tuş gələn tələbəlik erası, insanın biopsixososial cəhətdən ən
aktiv və dəyişkən həyat periodudur. Bu aktivlik, özünü həm fiziki həm də
psixoloji formatda biruzə verir. Həm bədənimizdə çoxlu dəyişikliklər baş verir
həm də uşaqlıqda formalaşan bəzi şəxsiyyət xüsusiyyətləri, sonradan əldə
olunmuş dünya görüşü və bacarıqlarla yenidən dəyərləndirilir. Artıq fərd
yavaş-yavaş qalıcı və dəyişməyən şəxsiyyət yolunda addımlamaqdadır.
Psixoloqlar belə hesab edirlər ki, tələbələrin,
başqa sözlə, gənclərin biopsixososial proseslərini çox yaxşı araşdırmaq
lazımdır. Çünki yaxşı öyrənildikədn sonra dünyamızın gələcəyi olan gəncləri
daha yaxşı anlaya bilər və onlarda qarşılıqlı əlaqədə ola bilərik. Ölkəmizin gələcək
cəmiyyətini əmələ gətirəcək olanlar bu günün gəncləridir. Onların bu məruz
qaldıqları problemlər sabah başqa, daha ağır fəsadlara səbəb ola bilər. Eyni
zamanda bu gün onların problemdən çıxış yolunu tapa bilməmələri, sabah da davam
edə bilər və fəsadları ağır olar.
.jpg)
.jpg)
Tələbələrin ümumi problemləri: Hələ tələbə adının qazanılmasından qabaq, abiturient bir çox
psixoloji gərginliklərə məruz qalacaq. Biz bilirik ki, universitet oxumağın ən əsas
məqsədi müəyyən bir peşəyə, işə sahib olmaq, bununla da müəyyən sosial hörmət
qazanaraq, status sahibi olub, iki ayaq üzərində sərbəst dayanmağı bacarmaqdır.
Eyni zamanda şəxsiyyəti inkişaf etdirib, elmi çalışmalara imza atmaq da bu qəbildən
məqsədlərə nümunə təşkil edə bilər. Bütün bu sadaladıqlarımı abiturient gözlərinin
qarşısına gətirib, «mandraj» dediyimiz hala düşə bilər. Tələblə adının
qazanılmasından sonra da yeni stress mənbələri yaranır. Semestr imtahanları,
ailənin tələbəni oxutdurmaq üçün iqtisadi çətinliklər yaşaması, seçilmiş
ixtisasın tələbəyə uyğun olub olmaması (çünki istədiyi yerdə oxuyan tələbələr
uğur qazanırlar). Adətən tələbələr imtahanlarla əlaqədar yaşadıqları problemləri
öz istedadları ilə əlaqələndirirlər. Bu kimi bir çox problemlərin aradan
qaldırılması üçün, universitetlərdə ya müəllmilərin (bu çətin məsələdir) ya da
xüsusi tutorların köməkliyi ilə tələbələrin treyninqlərə və psixologi çevrələrə
cəlb edilməsi lazımdır. Tələbələrin problemlərinə başqa onların asosyal
qalmaları, sağlamlıqlarında və ya şəxsiyyətlərində hər hansı problemlər
yaşamaqları göstərilə bilər. İmtahana hazırlaşmada fokus, başqa sözlə, diqqətini
toplamaq bacarığı da tələbənin ən vacib problemi hesab edilir. Bunun öhdəsindən
gəlmək asan iş deyil, amma həyati məsələdir. Yarı yolda qalmaq bu problemi həll
etməkdən daha ağırdır. İnsan çox şeyi vərdiş edən canlıdır. Diqqəti toplamaq və
diqqəti yayındıran faktorları aradan qaldıraraq, dərslərə yaxşı hazırlaşmaq
kimi vərdiş əmələ gətirmək mümkündür və sübut olunub ki, buna 21 gün ərzində
nail olmaq olar. Əlbəttə ki, bu geniş
mövzudur.
.jpg)
Uğurun sirri: Bu çox sadə və
hamının bildiyi bir şeydir. Tələbə hər şeydən öncə öz dərslərində uğur qazanmaq
istəyəcəkdir. Digər arqumentləri sabit fərz etsək və universitet dərslərini öncəlik
qəbul etsək, universitet imtahanlarında uğur qazanmağın ən əsas sirrinin
«imtahan sabahdır» fikrində gizləndiyini görəcəyik. Vaxtında, damla-damla
oxunan dərs, inanın ki, uğurun təminatıdır. İnsan beyninə nə qədər təriflər
yağdırsalar da, fitri istedada sahib olanları çıxmaq şərti ilə, normal, sıradan
tələbələr üçün uğur qazanmağın sadəcə bir yolu var: hər gün az-az oxumaq. Hətta
vaxtından öncə işləri bitirib, düşüncəni genişləndirmək üçün əlavə materiallar
belə oxumaq olar ki, bu sizi özünüzə daha da əmin edə bilər.
Sizə çatdırmaq istədiklərim hələlik bu
qədər.
Yararlandığım
Qaynaqlar:
-
Prof.Dr.
Abdülkadir ÇEVİK - Üniversite Gençliği
ve Ruh sağlığı
-
Prof.Dr.
İ. Ethem ÖZGÜVEN – Üniversite
Öğrencilerinin Sorunları ve Başetme Yolları
coox gozel. Cox beyendim yazini...
ReplyDeleteTəşəkkür edirəm ki, oxudunuz. :)
Delete