Lie with Me (18+)
Xəbərdarlıq! Əgər siz 18+ filmlər və
mövzulardan narahat olursunuzsa xahiş edirəm yazını oxumağa davam etməyin.
Mən belə filmləri onun erotik səhnələrinə baxıb feyzyab olmaq məqsədiylə
izləmirəm. Belə filmlərdə yaxşı psixologizm və dramatizm axtarıram. Odur ki, müəyyən
mənada belə filmlərdən bəzi şeyləri öyrənmək olar. Obrazların emosional
şkalalarında və psixikalarında baş verən dəyişiklikləri izləməkdən zövq alıram.
Bu filmdə bizə təsadüfi əlaqələr, seks və sevgi kimi motivlərlə
qarşı-qarşıyayıq. Biz beyni söndürən və mənasız filmlə yox, əksinə düşünərək
anlaya biləcəyimiz filmlə (mən belə filmlərə üstünlük verirəm)
qarşı-qarşıyayıq. Əlbəttə izləyicidən çox şey aslıdır.
Filmin baş obrazı – Leyla, “özünü
itirib”. Çox maraqlıdır ki tapa bilmədiyin
şeyi, sahiblənmədiyin şeyi necə itirə bilərsən? Məncə, əksinə Leyla sevgidən
qaçaraq özündən qaçır. Leyla eyni zamanda qarşısındakı insanda öz idarəsini
itirməkdən qorxur. Bəli bu müəyyən mənada qorxulu bir şeydir. Hissə-hissə,
qram-qram, az-az biz digər insanı sevərək özümüzü ona veririk. Eyni zamanda da
alırıq. Elə qəribə də burasıdır ki, əslində müəyyən mənada dəyişən az şey olsa
da, eyni zamanda dəyişən çox şey var. İki insanın sözün hər mənasında birlikdə
olaraq həm özlərini həm də qarşılarındakını dəyişdirməsini düşünərək bunun çox
qəribə bir şey olduğunu heç də az düşünməmişəm. Burada inam özünü xüsusiylə
göstərir. Filmdə isə baş obrazlar inama inanmadılar. Filmdə Leyla sevgini
seksin vasitəsiylə öyrənməyə çalışır və bunu bir-biriylə eyniləşdirmək istəyir.
Sadəcə duşun altında dayanaraq üzmək mümükün deyil. Odur ki, sekslə sevgini dərk
etməyə çalışmaq mümkün deyil. Bu motivlə hərəkət edən çox insan var. Elə ona
görə də çoxlu məyusluq var. Çünki bu düşüncənin ən qısa müddətdə gətirəcəyi nəticə
məhz məyusluqdur.
Bəzi səhnələrə toxunaq: belə ki hər iki
baş obrazın valideynləriylə əlaqədar olan epizodlar var. Bu epizodlarda
Leylanın valideynlərinin arasındakı münasibətlər olduqca qapalı olsa da,
Devidin atası Devidi izləyiciyə izah edir (bunu daha geniş izah etmək olar).
Yataq səhnələri ilə əlaqədar səhnələrdə Devid aqressiv və Leyla isə
nimfomankadır (bu məqamı da çox izah etməyəcəm). Leyla obrazı bir balaca adamı
daha çox düşündürür. Belə insanlar həqiqətən var yoxsa bu sadəcə fantastikadır?
Bu suala mənim sevimli yazıçım olan Haruki Murakami də cavab axtarır. Bəli belə
insanlar var. Onları başa düşmək isə hamın üçün olan bir şey deyil.
Filmin müəyyən mənası və motivi var.
Biz oriyentasiyasını itirən və sahildən uzaqlaşan gəmiləri gördük. Tarazlıq çox
həssas bir şeydir. Tarazlığı və ya balansı qorumağı bacarmaq həqiqətən də ən
böyük bacarıqlardandır. Bunu müxtəlif adlarla adlandırmaq olar. Məsələn əlində
olanla yetinmək və ya şükür etmək. Bəzi insanlara bu anlayışlar çox yaddır. Dəqiq
deyə bilmərəm bunu onlara öyrətmək olar yoxsa yox, amma hər halda bunun da müəyyə
metodikası olar. Film haqqında hər halda bu qədər yazmaq kifayət edər. Uzun-uzadı
təhlil etmək və əlavə şərhlər verməyə çox böyük ehtiyac görmürəm. Hər halda
yazımda qeyd etdiyim kimi filmi izləsəz çox şey görə biləcəksiz. İzləmək və
görmək fərqi burada da özünü tam doğruldur.
Comments
Post a Comment