Michael J. Behe - Darvinin Qara Qutusu - Darwin's Black Box
1996-ci ildə Michael Behe, Darvinə qarşı “ağıllı dizayn” hərəkatını
başlatdı. Darvinin qara qutusu kitabı National Review tərəfindən, 20-ci əsrin ən
yaxşı 100 kitabı siyahısına daxil edildi. Təkamülə qarşı bir çox elmi işləriylə
bu anlayışı işfa etməsinə baxmayaraq, sonradan təkamülün geçərliliyini qəbul
etdi.
Çarlz Darvin haqqında çox eşitsəm də, onun haqqında və nəinki onun
haqqında, ümumiyyətlə biologiya elminin əsrarəngizliyinin 11-ci sinifdə oxuyarkən,
mərkəzləşdirilmiş imtahana xalamla (xalam biologiya müəlliməsidir) birlikdə
hazırlaşarkən fərqinə vardım. Həmin dövrdə öyrəndiyim bəzi sadə və eyni zamanda
da mürəkkəb məlumatlar mənim üçün çox vacib yenilik oldu. Mən bu gün dünya
haqqında məhz həmin dövrdə əldə etdiyim biliklər çərçivəsində dəyərləndirmələr
edir və yeni şeylər öyrənməyə can atıram. Elə buna görə də orta məktəb təhsili
insan şəxsiyyətinin formalaşmasında inanılmaz dərəcədə əhəmiyyət kəsb edir. Bu əhəmiyyətin
müqabilində isə hal-hazırdakı vəziyyət heç də ürəkaçan deyil. Bu artıq ayrı
mövzudur.
Çarlz Darvin dünyada ən tanınmış insanlardan birisidir. O, dünyada ən
çox tənqid olunan və eyni zamanda da, bir çox yeni elm sahələri və adamlarının
yetişməsində vacib rol oynayan şəxsiyyət olmuşdur. İstər dindar olun, istərsə də
olmayın, məncə, Darvinizm haqqında araşdırma aparıb haqqında öyrənmək maraqlı
olar. Darvini hər nə qədər dindarlar sevməsələr də, eyni zamanda Darvinin
hesabına öz mövhumatlarını insanlara yeridən insanları az görümürəm (yəni
günümüz dünyasında). Çox maraqlıdır ki, dindarlar bəlkə də elm adamlarının özlərindən
çox Darvindən faydalanırlar. Bəs yaxşı Darvin öz nəzəriyyələrini irəli sürərkən
haqlı idimi? Bilirsiz bu suala hətta illərlərlə təcrübəsi olan biyoloqlar və
elm adamları belə cavab verməyə cəsarət tapa bilmirlər, qaldı ki, mən buna
cavab verim. Biz bilirik ki, Darvin öz nəzəriyyəsini ortaya atandan sonra mütəmmadi
olaraq tənqidlərə məruz qaldı. Bu tənqidlərin mənbəyi sadəcə din xadimləri
deyillər. Bir çox elm adamları da ona qarşı öz arqumentlərini təqdim edirdilər.
Darvinizmin cavablaya bilmədiyi çox suallar var, amma sırf buna görə onun
aşağılanmasını qəbuledilməzdir. Əgər siz XY adlı şəxs haqqında bir şey
bilmirsinizsə, onun olmadığını deyə bilrəsinizmi? Bəyəm din hər şeyi izah edə
bilir??
Michael Behe |
Biz hamımız bu möhtəşəm sistemin necə yarandığının sirrini öyrənmək
üçün alışıb yanırıq. Bir tərəfdə yaradılış nəzəriyyəsi, digər tərəfdə isə
Darvinin nəzəriyyəsi var (prinsipcə ikisi də nəzəriyyədir). Bu nəzəriyyələrdən
biri olan yaradılış nəzəriyyəsi deyir ki, hər şey anidən, birdən, Tanrı tərəfindən
yaradılıb. Darvinizm isə deyir ki, hər şey mərhələ-mərhələ yaranıb, birləşdirilib,
təbii seşmə vasitəsiylə güclülər həyatda qalır və canlılar şəraitə
uyğunlaşırlar. İnsanlar adətən bu iki nəzəriyyədən birisinin tərəfində olurlar.
Bəs yaxşı, belə düşünsək necə olar: bütün canlılar ali şüur tərəfindən dizayn
edilərək, müəyyən mənada hissə-hissə birləşdirilmiş, başqa sözlə,
yaradılmışdır. Əslində labaratoriyalarda gecə-gündüz ailəsini və özünü unudaraq
çalışsan minlərlə elm adamı hüceyrələrin sirrini açmağa yaxınlaşa-yaxınlaşa bir
az daha da əmin olurlar ki, canlılar ali qüvvə tərəfindən dizayn edilib və dünyada və kainatda baş verən hər şey nizam-intizama
tabedir və heç bir şey təsadüfi deyil (elə bu dəm, sevimli yazıçım Viktor
Pelevini xatırlayıram: hər bir qanunauyğunluq təsadüfidir, hər bir təsadüf
qanunauyğundur!). Anti-maddənin kəşfi bu məsələdə öz sözünü deyir. İntelektual
təbəqənin yaradılış nəzəriyyəsini qəbul etməməkdə ən vacib səbəbləri
şovenizmdir. Bundan əlavə səbəblər arasında tarixi və fəlsəfi nüanslar da var. Əslində
intelektual təbəqənin yaradılışı qəbul etməməkdə göstərə biləcək əsaslı səbəbləri
yoxdur.
Bu abzasda təkamül termininə toxunmaq istərdim. Təkamül terminini bəzi
insanlar “şeytan əməli” və ya çox təhlükəli bir şey kimi başa düşürlər.
Halbuki, Darvin Qalapaqos adalarında Birəbitdənlər və onların dimdikləri üzərində
apardığı müşahidələrdən belə bir nəticəyə gəldi ki, onlar vaxt keçdikcə dəyişilirlər
və onların vahid bir atası var. Bunu bu günün elm də təsdiq edir. Darvin mikro
təkamül terminini irəli sürməklə yenilik etmiş oldu. Mikro təkamül konsepsiyası
prinsipcə sadədir. Bu ideya onu deyir ki, canlı orqanizmlərdə dəyişikliklər
hiss edilməyəcək formada baş verir. Təkamül əslində inkişaf sözünün
sinonimidir. Bir də makro təkamül var ki, şəxsən mən bunu elə başa düşürəm ki,
bu mikro təkamüllərin birləşməsi və nəticədə də böyük fərqlər yaranmasıdır.
Başqa bir olduqca maraqlı bir faktı nəzərinizə çatdırım: QİÇS virusları illər
keçdikcə təkamül edərək, insanların dərmanlarına qarşı imunitet qazanırlar.
Biokimya Darvinizmi ifşa etməyə çalışsa da, bu fakt, təkamülün hüceyrə bazisində
olduğunu sübut edir. Əlbəttə, biokimya Darvinizmin hüceyrə bazisində
yanıldığını sübut edən təcrübələrə də imza atmışdır. Diqqətlə baxsaq, Darvinin
vəziyyəti bu gün heç də yaxşı deyil. Sadəcə Darvin də deyil. Elm irəliləyir və
irəlilədikcə də müəyyən mənada tupikə dirənir, çünki molekulyar dərəcədə
aparılan araşdırmalar bir çox şeyi izah etməkdə həm elmə həm də Darvinizmə şans
tanımır.
Nə isə. Uzun sözün qısası, dünyada yaşayan insanlar tabularını
dağıda-dağıda irəli gedirlər. Əvvəlcə arxeoloji qazıntılarla hal-hazırdakı
canlılardan fərqli canlıların izləri tapıldı, bizdən milyonlarla il öncə nəhəng
canlıların bu planetdə yaşadığı müəyyən oldu. Sonra Darvin gəldi və dedi ki, həyat
insan ağlının qavraya bilməyəcəyi zamandan bəri mövcud olan bir həyatdan əmələ
gəlmişdir. Sonra Enşteyn kainatın dəyirmi olduğunu və zamanın nisbiliyini izah etdi. Müasir
fizika bizə əşyaların boşluqdan ibarət olduğunu və kainatın müəyyən başlanğıcının
olduğunu iddia edir. İndi isə Biokimya ilə dünyanın sarsılmasının vaxtı gəlib
çatdı (müəllif biokimyaya çox böyük əhəmiyyət verir). Bu gün insan kosmosa çıxaraq
günəş sistemini tərk edib, ondan kənarda nələrin olduğuna göz gəzdirə bilir. Bu
gün elm sübut edib ki, kainat ucsuz-bucaqsız deyil. İnsan hələ yolun
başlanğıcındadır. Biz daha hələ çox şoklar yaşayacağıq. Vaxt gələcək Darvinin də
qara qutusunu dərk edəcəyik. İstənilən halda isə əsas məsələ etika və əxlaqdır.
Elmi əxlaqsızca istifadə etdiyimiz müddətcə (ən azından Xirosiman və Naqasakini
xatırlayaq) bəşəriyyət öz məqsədinə çatmayacaq (bəşəriyyətin məqsədi nədir?). Nəticədə
biz insanlar, digər canlılarla bu qədər oxşar və bu qədər də fərqliyik. Baxaq
görək tendensiyalar bizə nə göstərəcək.
Comments
Post a Comment