Qarışqaların Fəryadı - Крик муравьев - Scream of the Ants
Süjet: Tanrının varlığına inanan bir
qadın ateistə aşiq olur. Dini fərqlilikləri onlara nigaha daxil olmasğa mane
olmur. Toydan sonra onlar bal ayını Hindistanda keçirmək qərarına gəlirlər. Bu
bal ayından daha çox fəlsəfi səyahətdir (bəyəm hər səyahət fəlsəfi deyilmi?).
Onlar mükəmməl insanı axtarırlar. Bəli o, mövcuddur. O, sizə də kömək edəcək.
Sadəcə axtarıb tapın. Yüngülləşəcəksiniz (Filmin mövzusuna görə o İranda
qadağan olunub və çəkilişlərini də ölkə ərazisində qarşısı alınıb.).
Resenziyam: Həmişə belə bir filmə
baxmağı istəmişəm. Filmə birinci dəfə baxandan sonra hər şey mənə tam aydın
olmasa da, başa düşdüm ki, bu mən axtardığım filmdi. Filmin mövzusuyla əlaqədar
çox şeylər oxumuş, çox adamlarla söhbət etmişəm. Film isə bu motivləri daha
yaxşı aydınlatdı.
Onlar səyahətə çıxıblar, bunu əvvəldə də
qeyd etdim, lakin bu səyahət ilk baxışda axtarış da ola bilər, olmaya da bilər.
Mənə elə gəlir ki, bu daha çox öz dünya görüşünün, düşüncə və yanaşma tərzinin
və yolunun doğruluğunun təsdiqi kimi də ola bilər. Buna baxmayaraq ər və arvad
birlikdə mükəmməl insanın axtarışına çıxıblar.
Əvvəllər bildiyimiz bəzi sadə
anlayışlar filmin olduqca uğurlu epizodları sayəsində, sanki, bizə daha rahat və
maraqlı gəlir. Filmdə həm yeni həm də yeni olmayan çox şey görürük. Daha sonra
isə özümüzdə - daxili dünyamızda itib batırıq.


Yekun nəticə olaraq, bəli, Hindistan və
onunla əlaqəli olan hər şey, həqiqətən də, ezoterikdir və Möhsün Mahbalbaf fərqli
bir yaradıcıllıq nümunəsi ortaya qoymağı bacarıb - 9/10
P.S. Filmin adının niyə belə olduğunu izləyərək başa düşə biləcəyinizi düşünürəm. Hər şeyi də yazmaq olmaz ki))
Comments
Post a Comment