Pinin Həyatı - Life of Pi (1-ci yazı)
İnanılmaza inan - «Поверь в
невозможное»
Filmin janrı haqqında söz demək lazımdırsa, bu dram elementləri olan
film-pritçadır. Filmin əsas ideyası Allaha olan inamdır. İnamın fiziki və mənəvi
sınaqlara məruz qalması və onun ekstremal şəraitlərdə necə sağ qalmağa kömək
etməsi. Filmin ilk dəqiqələrində məni narahat edən ən önəmli mövzuya – dinlər
mövzusuna çox fərqli baxışı görürük. Pi Patel
politeistdir. O, həm buddist həm xristian həm iudaist həm də müsəlmandır. Bəlkə
də bu sizə qəribə gələcək, amma şəxsən mənə qəribə gəlmir. Vaxtiylə Qandi də
özünə həm hindus həm xristian həm də müsəlman deyirdi. Əsas olansa dinin həyat
yolunu tapmaqda insana kömək etməsidir. Təəssüf ki, dinlər insanları bir-birilərinə
yad edib. Pinin belə olmasında böyük rol onun rasional və demokratik ailəsini
oynamışdır. Belə ailələr azdır. Filmi izləsəz ya da artıq izləmişsəniz onun ailəsinin
necə də sağlam düşüncəli və demokratik olduğunu başa düşərsiz.
Vişnu,
təşəkkür edirəm ki, məni İsayla tanış etdin.
Mənə elə gəlir ki, izləyicilər üçün də
yeni olmayan ideya insanın öz-özüylə olan mübarizəsi və özünü fəth etməsidir. Filmi
bir dəfə izlədikdən sonra ondan ayrılmaq olmur. Bir çox səhnələr anlayana çox
şey ifadə edir və dərin mənalıdırlar. Filmdəki vizual effektlər
kinematoqrafiyada inqilab da adlandırmaq olar. Təbiətin və heyvanların gözəllikləri
təbii və gözəl təsvir olunub. Həyata olan sevgi çox gözəl təsvir olunub. Ümidin
yoxa yaxın olduğu anda belə yaşamaq sevgisi böyük okeanlarda kiçik alov kimi öz
varlığını sürdürür.
İnam, müxtəlif otaqları olan ev
kimidir (Вера — дом, в котором есть место для множества комнат).
Hər bir insanın həyatında tanrı ya da
ali qüvvə (bunun adlandırılması vacib deyil) iştirak edir. Fərq etməz sən
xristiansan, müsəlmansan, buddistsən ya da ateistsən. Mənə elə gəlir ki, hər
bir insanın həyatında elə situasiyalar
yaranır ki, onu sadəcə ali qüvvənin vasitəsiylə izah etmək olur. Eyni zamanda bir
çox insan onun ruhunun ali bir qüvvə tərəfindən sakitləşdirilməli olduğunu düşünür.
Filmdə də bunun əyani sübutu var. Bu qədər itki, bu qədər çətin şərait, amma Pi
“onu” tapa bilir və onunla harmoniyaya daxil olur. Bir çox epizodlar təsvir
baxımından elə gözəl təsvir olunub ki, sözlərlə bunu etmək çox çətindir. Məsələn
qayıqda baş verən ilkin hadisələr (heyvanların davranışları və üz ifadələri) əla
göstərilib.
Hətta Allahın məni tək qoyduğunu
düşünəndə belə o, yanımda olub, düşünəndə ki, mənim problemlərim onu
maraqlandırmır, o, yenə də yanımda olub, xilas olmağa heç bir ümidin qalmadığı
məqamda, o, mənə dincəlməyə imkan verdi və yolu davam etmək üçün işarə verdi.
Bəzi çatışmayan məqamlar:
Baxmayaraq ki, Pi dörd dinə sitayiş edir, o, tez-tez və əsasən Vişnaya müraciət
edir. Filmi izləyənlərdən bəziləri heyvanların vizual effektlər olduğunu ilk dəfədən
anlamaya bilirlər. Odur ki, bu faktı öyrənəndə məyusluq ola bilər. Bir digər
maraqlı məqam Pinin filmin əvvəlində olan sevgisiylə əlaqədardır. Bu sevgi qeyri-müəyyən
qaldı. Burada müəyyən qədər Hind kinematoqrafiyasının izlərini görmək olar. Əslində
bəlkə də qeyri-müəyyən də deyil. Çünki bildiyimiz kimi Hindistanda evliliklər
erkən yaşda baş verir. Anandi oturub Pisini gözləyəcək deyildi. Eyni zamanda
düşünürəm ki, “Pinin Həyatı” , “Avatar” filminə Yer səviyyəsində verilən bir
cavabdır. Bu iki film müəyyən mənada bir-birinə bənzəyir. Şübhəsiz ki, fərqli
rejissor, aktyorlar, ssenari, motivlər, çatdırılaq istənənlər və operatorlara
görə fərqlənirlər. Bəlkə də mənim bu müqayisəm yanlışdır, amma yenə də bu film
mənə Avatarı xatırlatdı.
-
Biz
Kolumb kimi səyahətə çıxacağıq.
-
Lakin
Kolumb Hindistanı axtarırdı.
Anamın şərhləri: Valideynlərimlə
birlikdə bu filmi üçüncü dəfə də izləmiş oldum. Anam filmin bəzi epizodlarını
inanılmaz dərəcədə gözəl şərh etdi. Belə ki, o, filmdə olan yırtıcı adanı cəmiyyət
olaraq adlandırdı. Ya cəmiyyət bizi həzm edəcək ya da biz müvəqqəti olaraq o cəmiyyətdən
faydalanıb onu daha yaxşı cəmiyyət tapmaq ümidiylə tərk edəcəyik. Başqa bir
epizodda isə Pinin yanından nəhəng bir balina, Pinin qayığına ciddi təsir edərək
ötüb keçir. Bunun mənasını soruşanda isə, anam cavab verdi ki, bu bizim həyatımızda
anidən baş verə biləcək böyük dəyişikiliklərdir. Filmin sonunda isə Riçard
Parker (pələng) və Pi ayrılmalı olurlar. Bu məqam xüsusi diqqətəlayiqdir. Belə
ki, rejissor heyvanların cəmiyyəti ilə insanların cəmiyyətinin ayrı olduğunu və
onların birlikdə yaşamaq arzuları ali nizam-intizama tabe olduğundan mümkün
deyil. Pi ilə Parker birlikdə olduqları müddətdə, Pi bir neçə dəfə Parkerin
baxışlarında dəyişiklikləri sezdi. Pi yaxşı başa düşdü ki, bu baxışlarda o,
onun ruhunu görə bildi. Bəli bu həqiqətən də belədir. Buna baxmayaraq bu müvəqqəti
baş verən bir şey oldu.
Heyvanların da ruhu var. Mən bunu
onların gözlərində gördüm (У животных есть душа. Я видел это в их глазах)
Yekun: “Pinin Həyatı” ağıl
üçün yemdir. Vizual effektlərdən yaranan fantasmaqoriya gözlər üçün xoşdur. Belə
filmlərdəki çatdırılmaq istənən ideyaları, qapalı mətnləri və rəmzi dillə deyilənləri
heç də hamı tam və dolğun şərh edə bilməz. Çünki film müəyyən mənada bəzi
qruplara anlaşılmaz və qeyri-müəyyən gələ bilər. Bu mənim üçün o filmlərdəndir
ki, mən bu əsərə “sadəcə filmdir” deyib keçə bilmərəm. Bir çox məqamlar izləyicinin
qəlbinin dərinliyinə qədər daxil ola bilər və onu “biz dünyanı başa düşəndə ona
özümüzdən nə isə qatırıq” deyə düşündürə bilər. “Pinin Həyatı” mənim üçün
Allaha gedən yol haqqında olan bir filmdir. Sadəcə bu da deyil: insanın iradə
gücü, həyat eşqi, mübarizə, bağlılıq, sevgi və dəhşətli ayrılıqlar.
Mən Hinduizmin köməkliyi ilə
inama gəldim, amma ilahi sevgini İsanın sayəsində kəşf etdim. Buna baxmayaraq
Tanrının mənimlə işi bitmədi. Allaha gedən yollar sonsuzdur. Bu dəfə də O, mənə
“Allah” adı altında əyan oldu. Mən ərəb dilində yaxşı danışa bilməsəm də, o
sözləri demək məni Allaha yaxınlaşdırıdı. Namaz qılanda mən sakitlik (rahatlıq)
və qardaşlıq hisslərini hiss edirdim.
P.S –
məncə, filmin əsasında çəkildiyi romanı da oxumağa dəyər.
Çox gözəl filmdir həqiqətən...Mənası böyükdür.Məni isə daha çox özünə çəkən bu filmdə bir uşağın bütün dinlər ilə maraqlanıb,qəbul etməsi,etiqad etməsi oldu..Ailəsinin isə bunu xoş qarşlaması..Siz demiş bu böyük ailədaxili demokratiyadır...Kaş bizim Azərbaycan ailələrində də bu hallar olardır..Əlində məncə hər bir insan belə olmalıdır..Hər bir din ilə maralqnmalı,hansı ona yaxı gəlirsə,onun ruhuna yaxın gəlirsə ona etiqad etməlidir..Nədə olsa dinlərin tək bir məqsədi var ki,o da bu həyatda Ali varlığa etiqad edərək xoş həyat sürmək..Bunun elə də önəmi yoxdur hansı din üzərində quruludur..Əsas olan dinin bizi apardığı yolda düzgün addımlayaq..Nəysəə,gör hara gəldim söhbətdən.Film mənə çox təsir etdi..Aslanın gözlərinə baxdığında o öz fikirlərinin əksini görürürdü yoxsa həqiqətən də aslan onunla göz təmasında idi??Filmin sonlarında aslanın vidasız çıxıb getməsi suala cavabdır deyə düşünürəm...Filmdə əsas mən dinlər haqqında yazdığım fikirləri mənimsədim və bir də Pinin o ümidsiz halada ikən belə Tanrıya şükür etməsi...Həqiqətən də bu çox böyük bir hərəkətdir...Tanrıya inamın kulminasiya nöqtəsidir....Vəəə aktyor performansı...12 yaşlı bir uşağın elə çətin bir rolun öhdəsindən gəlməyinə çox təəccübləndim..Film bir sözlə əla...və sizin məqaləniz də bir başqa..Çox sağolun..
ReplyDelete