Lester C. Thurow - Kapitalizmin Gələcəyi


Bizler, sudan çıkarılmış ve tekrar girmek için oraya buraya çırpınan büyük bir balık gibiyiz. Bu durumdayken balık bir sonraki çırpınışın kendini nereye fırlatacağını sormaz. Yalnızca şimdiki durumunun dayanılmaz olduğunu ve başka bir şey denemesi gerektiğini hisseder. Çin Atasözü

Ümumi olaraq: Ümumi olaraq kitab bizə yeni olmayan məlumatların çatdırılması ilə başlayır. Amma kitabdan öyrəndiyim şeylər çox oldu. Kitabın müsbət tərəfi odur ki, dünyada mövcud iqtisadi sistemləri coğrafiya və biologiya kimi elmlərlə müqayisə edib, onların terminlərindən istfadə edib bizlərə maraqlı fikirlər çatdırır. Kitabdan ən çox yadımda qalan cümlə isə bu oldu: Komunizm, sosyalizm və kapitalizm arasında olan bu yarış bizə göstərdi ki, insan övladı öz şəxsi, fərdi mənafeyini heç vaxt heç nəyə qurban verməyəcək.

Nəticə: Komunizmin çökməsiylə kapitalist modelin alternativi qalmamışdır. Kapitalizm qüsursuz sistem deyil. İqtisadi qeyri-sabitlik, gəlirin bölüşdürülməsində olan qeyri-bərabərlilik, işsizlik kimi əvvəldən bəri kapitalizmin təməlində olan problemlərə, insan resursları və beyin gücü sektorlarının ön plana çıxmasıyla da yeni problemlər əlavə edilmiş olacaq. Cəmiyyətləri bir yerdə tutan güclü ideologiyalar və kənar təhdid ünsürləridir. Hər ikisi də ortadan qalxınca bölünmə və parçalanma qaçılmaz olur. Bu günkü kapitalizmin cəmiyyətə faydalı heç bir ideologiyası yoxdur. Ümumiyyətlə kapitalizmin ideologiyası olmur. İndiyə qədər kapitalist cəmiyyətlərin ayaqda qalmasının əsas səbəblərindən birisi də, komunizm və sosyalizm qorxusu olmuşdur. Məsələn ABŞ-ın Marşal planı da kapitalizmin məhv olmaması üçün olan yardım olmuşdur. Kapitalizm fərdi ön plana çıxaran struktura sahibdir. Kpaitalizm istehlak cəmiyyətinə səbəb olmuş və resursların maksimum israfına səbəb olmaqdadır. Biz bu günün xərclərini qarşılamaq üçün sabahın invistisiyalarını xərcləyirik.
Lester C. Thurow

Bu problemlərin öhdəsindən gəlmək üçün bacarıq və elmə dayalı yeni strategiyalar hazırlamaq lazımdır. Sabahın qalibləri bu strategiyaları hazırlaya bilənlər olacaqlar. Bunun üçün bacarıq, təhsil, elm və infrastruktur uzun dönəmlik invistisiya edilməlidir. Bunu reallaşdırmaq çətin ola bilər, çox vaxt apara bilər amma necə ki, dalğalar qayalara çırpıldığında bir şey olmur kimi görsənsə də, uzun illər sonra qayalar quma çevrilir. Əzm və qərarlılıqla hər şeyin öhdəsindən gəlmək mümkündür.

Kitabın ixtisarla olan forması (türkcə): burada
Lester C. Thurow kimdir?: burada

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi