John Steinbeck - The Moon Is Down - Ay Battı


John Steinbeck bu romanıyla fərqli mövzuyla qarşımıza çıxır. Müharibənin insanı həm fiziki həm də ruhi olaraq necə əridib, tükətdiyini böyük usdalıqla izah edir. Əsir götürənlərlə götürülünlərin niyə döyüşdüklərini, nə vaxta qədər döyüşəcəklərini təxmin edə bilməyən insanların düşdükləri müşgülü, başqa sözlə müharibədən çox döyüşçüləri insani yanaşma tərzi ilə araşdırır yazar. Ay batdı həcmcə kiçik kitab olsa da çatdırmaq istədikləri böyük olduğundan böyük romandır. Ay batdı,insan şərəfini, cəsarətini, sevgisini hər şeydən üstün tutan və sivil yaşam tərzinin vacibliyini vurğulayan bir əsərdir. Uzun müddət əsir götürülən və əsir götürən insanlar düşməncə hisslərlə yaşayırlar. Gün gəlir və əsir götürənlər öz əsirliklərinin fərqinə varırlar. Ətrafları düşməncə davranış və baxışlarla mühasirəyə alınmışdır. Ay batdı şərait nə olursa olsun insanın insansız və insanlıqsız ola bilməyəcəyini izah edən böyük bir romandır. Kitab Almanların Norveçin müharibə anlayışını unutduğu kəndi mühasirəyə almağından söhbət açır. Vəziyyəti hər iki mövqedən: həm işğalçılar həm də işğala məruz qalanların gözüylə görürük. Bu romanda John Steinbeckin Faşizm fəlsəfəsi və ideologiyası ilə hesablaşdığını görürük. Ən maraqlı məqamlardan biri də odur ki, romanı oxuyan zaman bir dəfə də olsun Almaniya və ya Norveçin adı çəkilmir. Uzun araşdırmalardan sonra bu fakt ortaya çıxmışdır. Əgər ağlını itirən əsgərlər və üsyan edən müstəmləkələr haqqında oxumaq istəyirsinizsə bu kitab tam yerinə düşər. Kitabda olan obrazlar və hadisələrin daha da geniş təhlilini yazmaq mümkündür (5- 6 səhifə və ya daha çox ola bilər amma oxucuları yormaq istəmirəm və maraq göstərənlər kitabı özləri oxuya bilərlər).
Steinbeck insanı nə qədər də adi, adi insanların nə qədər vacib olduğunu, vacib şeylərin necədə kiçik olduğunu izah edən kitabları ilə insanı həm ən böyük fəlakət həm də ən böyük ümid olduğunu söyləyən: təbiəti, torpağı və canlıları ucaldan bir səsdir.
''Özgür insanlar savaş çıkarmazlar ama savaş çıkmışsa, yenilseler bile savaşa devam ederler. Bu yüzden küçük çatışmaları sürü zihniyetli halklar, savaşları da özgür insanlar                                                                                      kazanır.''
                                                             John Ernest Steinbeck Kimdir?
                                                            John Steinbeck - Fareler ve İnsanlar Haqqında

Comments

  1. Hem yazımın son cümlesini alıntılamanıza hem de yazıma link vermenize memnun oldum. Başarılar!

    ReplyDelete
  2. muharibeden dogrudan da hec kim qalib cixmir

    ReplyDelete
    Replies
    1. Uff bəşər övladının tarixi müharibəylə yoğrulub. Öz cinsindən, növündən olanları öldürən yeganə canlıyıq

      Delete
    2. heeee,neye gore? torpaq ,pul? eslinde butun bunlar hamisi insanlara beraber dagidilib,sadece kimse kiminse haqqini yeyir

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi