Meet Joe Black - Tanış Olun. Cənab Black
Filmin baş qəhrəmanı olan məşhur iş adamı, vicdanlı həyat yaşamış William Parrish (Antony Hopkins), çox maraqlı bir vəziyyətə düşür. Ona ölüm qonaq gəlir. Təsəvvür edin ki, evdəsiz, adi işlərinizlə məşğul olursunuz və birdən budur qapı döyülür ya da sadəcə otaqda ölüm peydə olur. Unutma o səni səndən də yaxşı tanıyır. Ona görə dərhal doğru söylədiyini başa düşürsən. Maraqlıdır əslində. Görəsən sabah ölümün gələcəyini bilsəydik nə edərdik? Bəyəm ölüm bizi hər zaman müşayət etmir?
Uzun vaxt idi ki, belə romantik, mistik,tragik amma ümumilikdə çox poetik nağıla baxmırdım. Qeyri standart və yeni bir şey etmək istəyiblər. Nəticə olaraq da məncə uğurlu və maraqlı alınıb. Filmə baxmaq xoş, həyəcanvericidir. Dialoqlar düşündürücü, epizodlar gözəl,səmimi və emasionaldır.
Məzuniyyət: Ölüm insanların dünyasını öyrənmək üçün məzuniyyət götürmüşdür. Bunu Williama deyərkən William təəccüblənir:
- Bəs yaxşı sənin işini kim görür?
- Çoxlu hissələrimin olduğunu düşün. Bunu sonsuzluğa vur və əbədiyyətlə müqayisə et.
Olduqca maraqlı amma sadə süjet xətti olan filmin əsas mənası, insanların dünyasında sevgidən vacib ikinci bir şeyin olmadığını göstərir. Başqa sözlə bunu ölüm də başa düşür. Sevgi dediyimiz zaman həm Ölümün Williamın qızına aşiq olmağı həm də Williamın qızına və ailəsinə olan sevgisi (ailə üzvləri arasındakı sevgi) nəzərdə tutulub. Yəni belə başa düşürəm ki, ölüm hər dəfə eyni işləri görməkdən bezib və eyni zamanda insan olmağın necə bir hiss olduğunu öyrənmək istəyib. Ölümün fiziki olaraq keçirdiyi metamorfozlar yaxşı təsvir olunmuşdur. İnsana xas olan hisslərin – uşaq ərköyünlüyü, hakimiyyət hərisliyi və s. – necə bir-birini əzəv etdiyini görürük.
Ölüm və vergilər qaçılmazdır: Ölüm və vergilər qaçılmazdır. Qərbdə məşhur olan bu deyim filmdə çox əla göstərilmişdir. Bunun şahidi olmaq üçün filmə baxmaq lazımdır sadəcə. Ölüm və verginin filmdəki yeri məndə inanılmaz təəsüratlar yaratdı. Xüsusiylə sonluq nəfəskəsicidir.
- Biz hara gedəcəyik?
- Yuxarılara
- Bu çətin olacaq?
- Sənin üçün yox William.
- : )
Filmin kuliminasiya nöqtəsi də elə budur. Yəni William özünü hər zaman olduğu kimi ölümün qarşısında da layiqli aparır. Hətta ailəsini qorumaq üçün ölümə hədə qorxu belə gəlir. Təqdirə layiqdir. İnsan göstərdi ki, o sadəcə öz həyatını idarə etməyi yox, eyni zamanda ölümün qərarlarını belə dəyişə bilər.
Əla bir film. Dram, sürrealizm və ali güclər haqqında filmləri sevənlər üçün məsləhət görərdim.
Ən əsası isə ölüm həyatın özünü sevdi.
Qeyd: Məqalə kinopoisk.ru saytının müvafiq film üzrə insanların bildirdikləri fikirlər və şəxsi fikirlərimdən ibarətdir.
Maraqlidir.Olumu bilsek nece ederdik..Bunu men de dusunurem,amma sabah imtahan oldugunu bilende ders oxudugumuz kimi,olumun sabah oldugunu bilmeden de nese ede bilmirik
ReplyDeleteRazıyam. Mən isə ölümün həmən şuracıkda düz yanımda olduğunu düşünürəm. Ən əsası isə dünyanın sonunun 2012 - ci il 21 dekabr olduğunu deyənlərə isə lap gülməyim gəlir :) axı dünyanın sonu 3 saniyədən sonra da ola bilər:)
Delete