Kayıp Gül - Serdar Özkan

“Möhtəşəm. Bu romanın elədiyi möhtəşəmdir. Bu kitabın bizi birləşdirməyə gücü var deyə  bilərik”  TVA televiziyası – Kanada

“Kayıp Gül Şərqlə Qərb arasındakı körpüdür”  Vijesti – Serbiya

 
Qısaca Yazar Haqqında: 1975 – ci ildə anadan olan Serdar Özkan, mənim kimi bakalavr təhsilini Biznes inzibatçılığı üzrə, daha sonra magistraturanı psixologiya üzrə oxumuşdur. 2002 – ci ildən etibarən bütün vaxtını yalnız roman yazarlığına sərf edən Serdar Özkanım ilk romanı 43 dilə tərcümə olunan və dünyanı 50 ölkəsində işıq üzü görən Kayıp Güldür.

Roman haqqında qısaca: Bu roman haqqında elə ancaq qısaca danışmaq olar. Çünki romanı oxumaq hamısından yaxşıdır. Vardır elə romanlar ki, oxuyandan sonra çalışırsan dostlarına da oxutdurasan. Romandan əldə etdiklərini istəyirsən digərlərinə də çatdırasan. Çünki o səndə müəyyən qədər dəyişiklik etdi. Dəyişiklik nədir? İçimizdə bir gizli “MƏN” var. O “MƏN”i aşkara çıxartmaq üçün bir çoxlarımız çalışırıq. Bir çoxlarımız isə ondan bixəbərik. Bu roman məhz daxilimizdəki “MƏN”lə , ölmədən öncə ölməklə, sadəcə 5 hissimizin olmadığı haqqındadır. Elə hesab edirəm ki, hamıda o “MƏN” eynidir. Güllərin vasitəsiylə insanlara xitab edən bir roman. Heç güllərlə və ya heyvanlarla danışan insan görmüsünüz? Əminəm ki, bir çoxumuz yolda, bağda helə insan görsə dəli hesab edər. Fiziki qulağımızla bəlkə də biz ağacları, bitkiləri və heyvanları eşidə bilmirik. Buna baxmayaraq görünməz əlaqələrimiz var bizim onlarla. Bluetoothu da görmürük amma inanırıq ona. Məncə bu da belə bir şeydir. Bilirsiz, insanların böyük əksəriyyəri istehlak cəmiyyətinin özüylə bərabərində gətirdiyi müxtəlif sosial, psixoloji və ictimai fəsadlarla yaşamağa başlayır. İnsanlar getdikdə öz-özlərini boğurlar. Necə? Arzularından imtina edərək. Təbiətdən uzaqlaşaraq. İnsanlarla münasibətdə səmimilikdən qaçaraq və s. Siyahını uzadmaq olar. Roman bir anlamda bizi səsləyir. Diana, məhz yuxarıda sadaladığım faktorların təsiri altında olan bir qız anasının ölümündən sonra ona qoyub getdiyi məktubla əkizi olan Maryni axtarmağa başlayır. Mary isə əslində uzaqda deyil. Mary onun yuxuda olan qismidir. Bu yolda ona Zeynep hanım kömək olur. Zeynep hanım isə gülləri dinləyə bilir. Bəzi məqamlar oldu ki, qaranlıq qaldı. Məsələn Diananın anasının tez-tez şərqə səyahət etməsi. Sanki Şərqin qərbə olan reklamıdır. Xüsusiylə də Türkiyənin. Romanda olan ana qız münasibətləri, valideynin və övlad arasında olan münasibətlərin bu dərəcədə gözəl ola biləcəyini göstərir bizə.

Kimyəgar, Kiçik Şahzadə və Qağayı: Sadəcə kimyəgari oxumuşam və kitabın da üstündə belə yazılıb: Kimyəgar, Kiçik Şahzadə və Qağayını sevənlər üçün mütləq oxunması lazım olan bir kitab. Kimyəgardə arzuların arxasınca gedən bir insan əsərin motivini əmələ gətirir. Bu romanda da bu öz əksini tapmışdır. Kiçik Şagzadə və Qağayını isə oxumamışam.

Artemis və Məryəm: Bir dibçəkdə iki gül. Kökləri bir – birinə qarışıb odur ki, bir birilərindən ayrıla bilməzlər. Həmişəlik birlikdə yaşamalıdırlar. Artemis Məryəm bəyənmir. Onun üçün sadəcə “Mən” sözü var. Amma fərqli “Mən”. Sadəcə şöhrətpərəslikdən başı gicəllənən “Mən”. Məgər hər birimiz belə deyilik? Əlbəttə  ki beləyik. Bu mənəvi xəstəliyə tutulub, evdiklərimizi də unuduruq, onlardan uzaqlaşırıq, yalanla və başqalarının qərarlarıyla yaşayırıq.
Bu arada kitabda olan bir kiçik hekayə çox xoşuma gəldi. Odur ki, sizinlə də paylaşıram: Bir gün okeanda bir dalğa doğuldu. Digərləri kimi o da böyüdü, böyüdü. Ged – gedə sahilə yaxınlaşırdı. Bu zaman ona dəhşətli gələn mənzərə ilə qarşılaşdı. Digər dalğalar sahilə çırpılıb məhv olurdular. Bunu görən dalğanın kefi pozuldu. Məhv olmaq istəmirdi. Qorxurdu. Bikef bikef üzürdü ki, digər dalğa yoldaşı onu görüb soruşdu:
-Nə olub? Niyə kefsizsən?
-Bütün yoldaşlarm sahilə dəyib parçalanır. Bu da məni qorxudur.
-Niyə narahat olursan. Unutma ki, sən okeanın bir parçasısan.
Çox təsir edici, qısa amma çox şeyi izah edən bir hekayə.

Marketinq + Bəddi Ədəbiyyat = Beynəlxalq Bestseller: Belə bir kitab yazmağın harası pisdir ki? Heç bir yeri. Sadəcə ortalama bir kitab hesab etdiyim bu kitabın üstünə  50 ölkədə  43 dildə yayınlanmışdır yazısının əlavə oluması və güclü reklam çox şeyə təsir edir. Beynəlxalq bestseller deyə də yazılmış. Halbuki internetdə apardğım bir neçə günlük araşdırmada dəqiq rəqəmlərin olmadığı və sadəcə Türkiyədə yaşayanların diqqətini cəlb etmək üçün bunun istifadə olunduğunu gördüm (TƏƏSSÜF.....).Yazar məşhur olmaq istəyir başa düşürəm amma onu da bilin ki, zirvədə həm ilanlar var həm də qartllar. Birisi ora sürünərək digəri süzərək gəlib çatıb. Bunu belə yazmaqla kitabı pisləmək istəmirəm, məni səhv başa düşməyin. Mənim heç bir kitabı pisləmək kimi ixtiyarım yoxdur. Sadəcə tənqid. Bu vəziyyətdə isə kitabın üz qabığındakılar bir az təəsüf verir mənə. Romana tərif yağdıranlar da tanınmayan və S.Özkanla çox zəif əlaqələri olan qurumlardır. Nə bilim hər halda sözün həqiqi mənasında “möhtəşəm” bir kitab olsaydı kitabı üz qabığını reklam vasitəsi kimi istifadə etməzdilər. ŞƏXSƏN onu deyim ki, hər halda yazarın özü bu dərəcədə ifrat reklamdan qaçmalıydı.

Son olaraq: Bu kitabı fırtınalı şəhər həyatı yaşayanlara daha çox məsləhət görərdim. Çünki insana müəyyən daxili sülh gətirir (elə hesab edirəm ki, müvəqqəti. Davamlılığını siz təmin edə bilərsiz). Hər halda oxuduğum və zövq aldığım kitablardan oldu.
Çalışın itirilmiş olanı tapın. Vaxt az qalıb......


Comments

  1. Hayır sandığın gibi değil ! Sen beni hiç kaybetmedin . Her şeyle seslenirim sana , hatıraların ötesinden
    bu cumleni oxuyarken cox tesirlenmisdim. Xalam bize gelende cox teeccublenmisdi, Men papuqaylarla sohbet etdiyim ucun:))) ama inanmazsiz papuqaylar onlari ezizlediyimi esidende yuksek sesler cixarirdilarr. Mene ele gelirdiki onlar sevinirler. Daha xalamin yaninda sohbet elemirem:))))... Ya da anam gullerini cox xoslayir onlarla danisirdi. heqiqeten guller daha yaxsi cucermeye baslayirdi. Sonra arasdirdim ki insan danisanda karbon qazi gullere xos tesir edirmis.. qeribedir.. heyat heqiqeten cox qeribedir..

    ReplyDelete
    Replies
    1. Mən də bunu haqqında bir yerdə oxumuşdum. Bir oölan kaktus böyüdürmüş və onunla hər gün söhbət edirmiş. Kaktus qısa zaman dilimində işıq sürətiylə uzanmışdır. Hamı buna təəcüblənmişdi. Heyvanlar əlbəttə ki, sevgini hiss edirlər. Məsələn məhlədə pişiklər, itlər məni yaxşı tanıyır xD piş piş eliyən kimi gəlirlər yanıma. Hərdən onlara yemək verirəm balkondan

      Delete
    2. İnanirsan bu yaxinlarda marketden gelirem. Bir it gordum parkda fikirlesdim ki usuyur yaziqdir cörəkden kəsim verim. Vallahi coreyi beyenmedi:))) corek yerde qaldi:))) ureyim agridi sonra coreyi yerden goturub goyercinlerin oldugu yere qoydum. Gordum ki yeyirler rahatciliq hiss eledim:)))

      Delete
    3. Bu kitab diqqetimi cekmediyinden oxumamisdim :) anladim ki ele de deymez:) cunki men oxudugum kitabin meni tetmin etmesini isteyirem ...

      Delete
    4. Hə fəridə. elə də olur. Pişiklərdə isə xüsusən. ət atırsan bəyənmir )))))

      Delete
    5. Qələndər düzdü razıyam. mənəvi ehtiyac ödənməlidir. bu da mənəvi bünövrə əsasında olur

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi