Priceless - Qiymətsiz +16
Tipik Fransız həyat tərzi. Adi barmen və sadəcə varlı kişilərin hesabına yaşayan “gənc qız”. Böyük bir yanlış anlaşılma və budur ciddi dəyişikliyin astanası. Budur Fransız şarmı. Bir birilərini qarşılıqlı razılaşma əsasında müvəqqəti “sevən”lər. Bəzi məzəli və ağıllı epizodlar. Əslində filmin hər bir obrazının öz romanı, taleyi var hansı ki, rejisor tərəfindən sıxışdırılıb. Süjet xətti sadə və öncədən bilinən olsa da hər halda ən bəyəndiyim cəhət, aktyorların performansı oldu. Səssiz epizodlar mənim ən sevdiyim epizodlardır. Burda da onlardan var. Sözə ehtiyac var ki? Pulla müvəqqəti xoşbəxtliyin alınması ilə özünü alçaltmaq. Frnasız ekleri kimi incə və zərif bir film. Romantika, Komediya.
Sən mənə layiq deyilsən. Hətta mən belə səni satın ala bilmədim.
Comments
Post a Comment