Ayşe Kulin - Güneşe Dön Yüzünü



Ayşe Kulinin yazdığı bütün əsərləri oxumağa dəyərli hesab edirəm. Onun romanlarını oxumaqla əsla vaxt itirməzsiniz. Köprü romanından sonra oxuduğum ikinci əsəridir. Türkiyənin ictimai, siyasi, sosial həyatı haqqında bəhs edən bir roman. Ümumiyyətlə Ayşe Kulin əsərlərini oxuyaraq siz Türkiyəni siyasi,sosial, ictimai və s. cəhətlərdən yaxşıca öyrənə bilərsiz. Müəllifin fərdi üslubu, sənətkarlıq imkanları, yaradıcıllığının özünəməxsusluğu diqqəti cəlb edir və nəticə etibarıyla oxuyucu həm bədii ifadə zənginliyindən zövq alır həm də çoxlu informasiya qəbul edir. 

Kitab nə haqqındadır?:1940 – cı illər. Türkiyənin ciddi dəyişikliklər keçirtdiyi illər. Əminə adında kiçik bir qız uşağının və onun babasının Türk cümhuriyyəti haqqındakı fikirlərini əks etdirən roman. Əlbəttə hamının öz ideologiyası var. Hamı düz hesab etdiyinin doğrultusunda hərəkət edir. Əminənin babası Osmanlı İmperatorluğu vaxtında doğulub böyümüş və məclisdə işləmişdir. Əminə isə müstəqil Türkiyə Cümhuriyyətinin vaxtında doğulmuşdur və bu ideologiyanın daşıyıcısıdır. Atatürkün prinsip və qanunlarını əzbərə bilən, onu Allahdan sonra ikinci vacib anlayış hesab edir. Babasının göstərdiyi o mövqedən sonra  məyuslq keçirdən Əminə daha sonra qısa müddətdə babasının yanından getmək istəyir. Nə görürük? Mən bunu Azərbaycanla müqayisə etməyə bilməzdim. Bu gün bizim doğru düzgün ideologiyamız yoxdur. Bu vacib bir şeydir. Çox uzadıb yazımı siyasiləşdirmək istəmirəm amma bu mövzuda Türkiyə müəyyən uğurlar qazanmışdır. Biz də uşaqları milli ruhda və ideologiyada böyütməliyik. Bu çox vacib məsələdir.
Elit təbəqə: Kitabda eyni zamanda yüksək sosial təbəqənin siyasi görüşləri və münasibətləri əksnin tapmışdır. Olduqca qarışıq bir vəziyyət var burda. İqtidara qarşı münasibət çox rəngarəngdir bu təbəqədə. Aşağı sosial təbəqələrin bu haqda düşünməyə çox vaxtları olmur. Ona görə də əksəriyyətinin fikirləri eyni olur.
Məyusluq: Kitabın sonlarında isə siyasi  fikirlərinə görə qurban gedən gənc insanları xatırlatmaq üçün canını tapşıran gənc yer almışdır. Siyasət kimi çirkin proseslərə bu qədər insanların qurban getməsi şəxsən məndə məyusluq yaradır.
Əsərin adı: Günəşə döndər üzünü...əsərin adı sirr qaldı mənə. Günəş istiliyin, enerjinin, həyatın mənbəyidir bizim üçün. Ondan üz döndərməklə özümüzü öldürə bilərik. Yəqin ki əsərdə də bu simvolik mənada dürüstlüyə, haqqa işarədir. 

                                                    Səsli kitab olaraq yüklə

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi