Close Encounters of the Third Kind (Üçüncü Türden Yakınlaşmalar)
Spilberq klasikası. Bəlkə də bu gün film çox sadə,bəsit və primitiv görsənir amma 70 – ci illər üçün bu film əsl şedevr idi. Çünki kainatda tək olmadığımız fikrini bizə ən yaxşı kino effektləri ilə çatdıran film idi. Üstündən 40 il keçib və texnologiyanın inkişafı ilə yeni “speçeffekt”lər yaranıb. Artıq daha fərqli çəkilir belə filmlər. Buna baxmayaraq elə hesab edirəm ki, UFOlara maraq göstərənlər həmişə bu filmdən həzz alacaqlar.
UFOlar var?: Kim deyə bilər ki? Kimisi deyir ki bu anlayış ABŞın oyunudur, kimisi də deyir ki, yox onlar var və həmişə bizimlə əlaqədə olmuşlar. Bilirsiz, qədim Misir yazılı abidələrində səmada parlaq işığın içində indiki boşqablara bənzər obyektlərin içində uçan insan təsvirləri var. Yaxşı sual verirəm sizə: 4000 il ya da daha çox bundan öncə ABŞ var idi? Bəlkə də həm saxta həm də orijinal UFOlar var. Artıq onu deyə bilmərəm. Filmə gəldikdə isə film bunun haqqındadır və olduqca maraqlı məqamlar var.
Təcrübə?: Bilirsiz, insan o zaman müəyyən mövzu ətrafında roman, kitab yazır ki, o mövzu ətrafında çox ciddi təcrübəsi olsun. Spilberqin UFOlarla əlaqədar çəkdiyi filmlər mənə bu istiqamətdə sanki deyir ki, Spilberqin bu sahədə təcrübəsi var. Ya da çox yaxşı fantaziyası (Çox guman ki, ikincidir).
Mehriban gəlmələr? Yoxsa qəddar?: Filmin çəkilməsinə bir neçə il qalmış Herbert Wellsin - Dünyaların Müharibəsi kitabı işıq üzü görmüşdü. İlk dəfə olaraq kainatda yaşayan şüur sahiblərinin müharibəsi əks olunmuşdur. Kitabda onlar qəddar və yer kürəsini ələ keçirməyə çalışan işğalçı obrazında təsvir olunmuşdur. Amma bu filmdə gəlmələr çox mehriban təsvir olunub. Peşəkar ekspert UFOloqlar üçün bu mövzu çox mübahisəlidir. Gəlmələrin müxtəlif kriteriyalara əsaslanaraq qruplandırılmaları var. Əgər gəlmələr həqiqətən də belə olsalar o zaman mən məmnuniyyətlə onları evimizə qonaq çağıraram : ). Bəzi ekspertlər isə onların çox qəddar, konkret olaraq bizim düşmənimiz kimi olduqlarını, bəziləri isə bizə münasibətdə hər ikisinin ( həm mehriban həm də qəddar) olduğunu söyləyirlər.
Do-Re-Mi: Spilberq bu filmində gəlmələri çox musiqi sevər tipdə yaradmışdır. Çünkü onlar insanlarla musiqi vasitəsiylə əlaqə saxlayıb sonra onlarla real əlaqə yartdılar. Sanki əvvəlcə onlar insanların onların göndərdiklərini başa düşüb düşmədiklərini yoxlayırdılar. Bəli. Mən də razıyam . Musiqi üçün heç bir sərhəd yoxdur. Marqlı olna ən əsas məqam odur ki, gəlmələr bizimkilərlə musiqi vasitəsiylə nə danışırdılar? Bəlkə çox gizli və ümumibəşəri bir məsələ həll olunurdu? Artıq onu bilmirəm.
Nisbilik Nəzəriyyəsi: Filmin sonunda illər öncə səbəbsiz yerə qeyb olan müxtəlif pilotlar gəlmələrin kosmik aparatından çıxaraq geri qayıdırlar. Filmdə bu epizod çox maraqlı və mənalıdır. Aktyorlardan biri belə deyir: “Enşteyn haqlı idi!”. Yəni nisbilik nəzəriyyəsi sübut olundu. Yəni yer kürəsindən uzaqlaşdıqca, yer kürəsində vaxt ondan uzaqda olan insan üçün daha sürətli axır. Təsəvvür edin ki, UFOlar sizi də özüylə qonaq apardı. Getdiniz bir az söhbət elədiniz, gəzdiniz başqa planetdə, elə hiss elədiniz ki, sanki bunlara sadəcə bir gün sərf etdiniz. Sonra geri qayında isə burdakılar üçün 50 ilin keçdiyini görürsünüz! (Bəlkə Enşteyn onlardan biri idi?)
Niyə?: Bəli məhz bu sual yaranır insanda film müddətində. Niyə gəlmələr insanları oğurlayır, sonra qaytarır, onlara mesajlar göndərir, musiqi ilə müraciət edir? Ən əsası isə niyə gəliblər?
Filmin baş qəhrəmanı: UFOları gördükdən sonra onlara çox böyük maraq göstərir və onun üçün bu dünya darıxdırıcı gəlməyə başlayır. Psixoloji problemləri başlayır. Arvadı bacısıgilə gedir. Filmin sonunda isə gəlmələr tərəfində seçilərək bu dünyadan aparılır (görəsən gələcək yoxsa yox?)
Bəlkə də bu film spilberqin ən yaxşı əsəri deyil amma bu film fantastika və UFO anlayışını sevənlər üçün etalondur. Hər gecə qaranlıq səmaya baxarkən, ucsuz – bucaqsız kainatda yalnız olub olmadığımızı düşünürəm. Nəzərə alın ki hər ulduz hansısa sistemin mərkəzdir!
Comments
Post a Comment