Leyla - Alexandra Cavelius
Bir az isyan: Bir çoxlarımız müharibə sözünü tarix kitablarında, xəbərlərdən, filmlərdən, oyunlardan və Qarabağdan bilirik. Bu kitab müharibə anlayışını adi, günahsız insanın timsalında bütün bəşəriyyətə çatdırmaq istəyir. Həssas insanlara məsləhət görmürəm bu kitabı. Ciddi təsir edə bilər. Belə ki, kitabı oxuduqca insan adlanan məxluqun bu qədər alçala biləcəyini və bu gedişlə heç vaxt düzəlməyəcəyini gördüm. İlahi, nə vaxt qurtaracaq bu zülüm? Kitabdakıları oxumaq, hadisələri təsəvvürə gətirmək belə insana mənəvi əziyyət, işgəncə verir. Qaldı ki, bunu reallıqda yaşamış insanlar var. Əlbəttə ermənilərin bizlərə etdikləri heç də kitabdakılardan geri qalmır. Buna baxmayaraq elə biliriəm ki Qarabağ müharibəsində əziyyət çəkmiş insanların həyatını xırdalığı ilə izah edən roman yoxdur. Kitabdakıları xatırlayıb evdə başımı itirmiş, şok vəziyyətində ora bura gəzirdim. İnsanın tarixi müharibə ilə yoğrulub. Axı biz niyə sülh içində, düşünərək yaşaya bilmirik? Yəni həqiqətən də bizi intuisiyalarımız bu dərəcədə idarə edir? Yox insan bu ola bilməz. Bunların hamızı iblisin olduğnu sübut edir. Bəzən kitabı kənara qoyub dərindən nəfəs almalı olurdum. Hətta düşünürdüm ki, kitabı davam eliyim yoxsa yox! Fikirləşirdim. Leyla bütün bu zülümlərə dözə biləcək? 1992 – 95 Serbiya Bosniya müharibəsi haqqında inanılmaz kitab.
Psixoloq gözü ilə: Kitabın sonlarında Leylanın bu qədər zülmdən sonrakı həyata qayıdma çabaları təsvir olunub. Psixologiya ilə maraqlananlar və ya psixoloqların özlərinə faydalı olacaq kitab olduğunu hesab edirəm. Kitabdan mənə qalan bir termin oldu. Hissizləşmək. Qıza olunan təcavüzlərdən sonra hiss etmək qabiliyyətini belə itirdi. Bu dünyadan qopdu. Öz dünyasında kabuslarla mübarizə apararaq, qorxaraq yaşadı. Axırıncı yaxşı insan yaşayanadək mən də yaşayacam deyirdi Nitşe. Bəli yaxşı insanlar burda da oldu. Onlar olmasaydı çox dözə bilməzdi Leyla. Ona görə mücərrəd də olsa o insanlara təşəkkür edirəm. Zülmə, ədalətsizliyə, şərəfsizliyə məruz qalmış insan övladını öz ruhlarındakı işıqlarıyla aydınlatdıqları üçün. Kitabı oxuyub hayqırmamaq mümkün deyil. Müharibə anlayışının əslində qadınlar üçün daha ağır olduğunu başa düşdüm. Bəli. Müharibənin iç üzünü görün bu kitab vasitəsiylə. Əslində bu kitabı oxuyub bir çox insan əllərini Allaha açıb milyardlarla şükür etməlidir. Kitabdakı dəhşətləri yaşamadığına görə. Ən əsası kitabdakıların gerçək olması insanı bir az da məyusluq quyusuna atır. Elə şeylər var ki, “bu qədər də olmaz” dedizdirir insana. Ətrafımda olan bəzi “dost - tanışlarım” deyir qoy müharibə olsun falan filan. Onlara bu kitabı oxutdursam, onlarda olacaq dəyişiklikləri görmək istərdim.
Kitabın sonu xüsusiylə maraqlı gəlir. Leyla bütün bu çətinliklərə sinə gələ biləcək? Bənzəri hadisələr baş verərkən insanlıq haradaydı.?!
Serbiya Bosniya muharibesi de cooox vehsiliklere sehne olmusdur.Insanlari ac saxlamisdilar ve onlar mecbur olub bir birinin etini yemisdiler...Keske Qarabag muharibesi haqqinda da yazan biri cixsa
ReplyDeleteElədir. İnanıram ki, olacaq
ReplyDelete