Ferens Molnar - Pal Küçəsinin Oğlanları - Tərcümə edən: Ramil Səfərov
qurgen markanyanı öldürməklə Ramil elə bir zirvəyə ucaldı ki, sözlər köməyimə gəlmir izah etməyə. Vətənini sevən insan necə bir vəziyyətə düşürsə düşsün həmişə ona xeyirli olmaq üçün çalışır. Zindanda ömrünün geri qalanını yaşamaq taleyi ilə barışan Ramil, Pal Küçəsinin Oğlanları romanını tərcümə etməklə vətənimizə xidmət etməyə davam edir. Şübhəm yoxdur ki, bu roman onu oxuyan hər bir insanda (yaş məhdudiyyəti olmadan) vətənpərvərlik hissini alışdıracaq. Məktəb kitabxanalarına və eyni zamanda ədəbiyyat dərsiklərinə bu roman daxil ediməli və təbliğ edilməlidir (necə ki bunu Polşa və Macarıstan etmişdir). Ramilin ruhu bayrağımıza, vətənimizə, millətimizə, sənə, mənə olan təhqirə dözə bilməzdi! Necə ki, o ana qədər dözə bilməyib, gecəsini gündüzünü vətən xidmətinə ayırırdı. Yorulmadan! Qələbəni gözləyərək! Bu kitabı almağı özümə borc bildim. Kitabdan əldə olunan gəlir ramilin tərcümə edəcəyi növbəti kitabının nəşrinə sərf olunacaqdı. Həmişə də almağa hazıram.
Uşaq və böyük. Arasında nə fərq var?: Romanın ilk səhifələrindən məktəb illərimi xatırladım. Uşaqlıqda hər birimiz müxtəlif oyunlar oynayırıq. Əlbəttə qızların oyunları ilə oğlanların oyunları fərqlənir. Oğlanların ən sevimli oyun hesab etdikləri oyun isə müharibə müharibə oyunudur. Bu oyunu mən çox oynamamışam. Oynayan uşaqların evdən eşitdiyim səsləri isə hələ də yaddaşımdadır. Bəli, uşaq vaxtlı oynadığımız müharibə oyunları heç kimin taleyinə təsir göstərə bilməsə də, böyüyəndən sonra oynadığımız oyunları artıq dünyanın siyasi xəritəsini dəyişir, neçə neçə insanların gözünü yaşlı qoyur.
Ramil Səfərovun romana yanaşması: Önəmli gördüyüm iki yanaşma tərzinin üzərində qısa olaraq dayanmaq istəyirəm.
- Əsəsri sırf uşaqların saf dünyalarında cərəyan edən olayların işığında qiymətləndirmək.
- XX yüzilliyin başlanğıcında Avropda, eləcə də dünyanın müxtəlif yerlərində baş verən hərbi, siyasi – ideoloji proseslərin işığında qiymətləndirmək.
Birinci yanaşma tərzinə əsasən, uşaq ədəbiyyatında tez – tez qarşımıza çıxan iki rəqib dəstənin “Meydança” adlanan boş ərazi uğrunda mübarizəsindən bəhs olunur (Məs: Arkadi Qaydarın “Timur və onun komandası” əsəri də bu qəbildəndir). Əsərin qəhrəmanları Pal küçəsi dəstəsinin üzvləridir. Digər dəstə, Qırmızıköynəklilər isə ümumilikdə mənfi obrazı təmsil edirlər. Uşaq ədəbiyyatının ən önəmli məramlarından olan tərbiyə etmək funksiyası gənc Ferens Molnarın qələmində çox uğurlu alınmışdır. Şəxsiyyətin formalaşması mərhələsində ailə və məktəblə yanaşı uşağın aid olduğu kiçik cəmiyyətin, yaxın dost qrupunun da böyük təsir gücünə malik olduğu bir həqiqətdir. Yazıçı öz əsərində dünyanın harasında yaşamağından asılı olmayaraq bütün uşaqlara xas olan davranış qaydalarını bəddi cəhətdən mükəmməl biçimdə əks etdirə bilmişdir. Əsərdə dostluq, fədakarlıq, sədaqət, cəsarət, mərdlik, coşğun ruh qüvvəsi, kin saxlamaq, əfv etmək kimi xüsusiyyətlər alqışlanaraq müsbət fonda təqdim olunmuş, zorakılıq, xəyanət, lovğalıq, qorxaqlıq, oğurluq, təhqir, paxıllıq kimi mənfi xüsusiyyətlət isə kəskin şəkildə tənqid olunmuşdur. Hələ kiçik yaşlardan başlayaraq vətən,vətənsevərlik, vətəndaşlıq, fədakarlıq kimi ülvi duyğuların körpə ruhlara şüurlu biçimdə aşılanmasında bu qəbildən əsərlərə hər zaman ciddi ehtiyac duyulmuşdur. “Pal küçəsinin oölanları” romanı Macarıstan, Polşa və bir sıra başqa ölkələrin təhsil nazirlikləri tərəfindən orta məktəb şagirdlərinə mütləq oxunması gərəkli bilinən və tövsiyə olunan kitabların başında göstərilir.
İkinci yanaşma tərzinə görə XX yüzilliyin başlanğıcında, əsasən Avropada yüksəliş tendensiyası nümayiş etditən faşizm, militarizm qonşu ölkələrin ərazilərini qəsb etmə kimi xəstə təxəyyülün məhsulu siyasi – ideoloji, Hərbi proseslər, Ferens Molnar tərəfindən uşaqların timsalında məharətlə və kəskin surətdə lənətlənmişdir. Azərbaycanlı oxuculara da yaxşı tanış olan Corc Orueilin “Heyvanıstan” alleqoriq romanındakına bənzər şəkildə “Pal küçəsinin oğlanları” əsərində də təmsilvari üsuldan istifadə olunmuşdur. Belə ki, hər bir obrazın, səhnənin arxasında ümumiləşdirilmiş siyasi şəxsiyyətlər, ideoloji axınlar, üsul idarə metodları nəzərə çarpır.
Ramil niyə bu romanı seçdi?: Əsərin baş qəhrəmanlarından biri Nemeçek adlı balaca, sarışın oğlndır. Asətən heç kimin ciddi yanaşmadığı bu çəlimsiz uşağın faciəvi aqibətini, öz həyatını fəda edərək “xalqını” və “vətənini” necə xilas etdiyini qəhərlənmədən oxumaq qeyri – mümkündür. Elə bu qəhrəmanda da Ramil özünü tapdı. Bununla da hansı hisslər keçirdiyini bizə azacıq da olsa bildirmək istədi.
Məncə hər bir Azərbaycan Türkü bu romanı oxumalı və Ramilə təşəkkür etməlidir!
Təşəkkürlər Ramil qardaş!
Raniller,Mubarizle,Feridler varken bu xalqin arxasi yere gelmezz
ReplyDeletesayları azdır artırmaq lazımdır. Şərəfsizlik miqyasını böyüdür. Təhlükə hiss edirəm!
ReplyDelete