Черные небеса - L'autre monde
Filmdə nə isə bir məna axtarmaq və ya mənalı sonluq gözləmək əhəmiyyətsizdir. Güya filmin rejisoru psevdo- fəlsəfi və sürrealist art – house yaratmaq istəyib. Film kim üçündür, nə üçündür, nə haqqındadır və ya ümumiyyətlə məna nədir? kimi sualların cavabı filmə baxdıqdan sonra belə qaranlıq qalır. Niyə qaranlıq qalır? Çünkü bizim üçün belə filmlərə baxmaq hələ tezdir. Filmin çəkildiyi Fransa və onun timsalında bir çox Avropa ölkələri və ABŞda bu mövzular normal və başa düşüləndir. Narkotik, virtual həyat və eyforiyaya düşmüş GƏNCLƏRin həyatla hesablaşmağı. Özümü nə qədər də məcbur etsəm də filmdə bunları gördüm: psixotrop maddələri qəbul edərək həyatın nəbzindən kənarda qalan insanın ölmək istəyi. Virtual və real həyatın bir – birinə paralelliyi. Virtual həyatın aslılıq yaratması və hətta formasını dəyişməsi.Xəstə psixologiyalı insanların davranışlarının bariz nümunəsi. Nəyin yaxşı nəyin pis olduğunun fərqinə varılamamaq və s. Filmin ən əsas cəhəti virtual həyatın təsvir olunmasıdır. Bu gün biz artıq virtual həyatın bir hissəsini yaşayırıq. Yəni müəyyən hissəmiz artıq virtual həyatdadır. Bununla da həyat öz formasını dəyişir. Vaxt gələcək insanlar tamamilə virtual həyatı seçəcəklər. Çünkü reallıqda onlar zəif və yaraşıqsız, virtual həyatda isə güclü və yaraşıqlı ola bilərlər. Reallıqda onlar kasıb, virtualda isə milyorder ola bilərlər. Ödə və yaşa. Çox uzaqlaşmayaq. Virtual həyat bu günkü insanlarda dəyişiklik edir. Filmdə bunu görmək olar. Dəyişiklik əslində çox ümumi sözdür. Xırdalamayacam. Əlbəttə filmdə tapmacaların və sirrlərin də olduğunu güman edirəm amma vaxt itirməyə dəyməz. Mənə bu filmdən nə qaldı? Film müddətində səsləndirilən M83 adlı qrupun mahnısı və film bitdikdən sonrakı soundtracki. Yenə də onu deyim ki, narkotik və kompyuter oyunları asılılığın şərti adıdır.
Filmə Türkcə baxmaq istəyənlər üçün Türkcə adı: Karanlık Cennet
psixoloji tesiri yuksek film bizlik deeyil
ReplyDeletefərqli bir şeydi. Müəyyən səviyyəyə çatandan sonra psixoloji təsir sözü əhəmiyyətini itirir insan üçün
ReplyDelete