Kemal Sayar - Her Şeyin Bir Anlamı Var



İnsan yaşayır...Bu zaman bir çox hisslər keçirir, problemlər, hadisələr baş verir. Eyni zamanda insan bunların səbəbini də axtarır. Bununla da insan bir çox elmin əsasını qoyub. Hələ bundan sonra da insan bir çox yeniliklərə imza atacaq, varlığına əatrafını öyrənməklə təsəlli axtaracaq.“İnsan yaşayır”. Bu çox ümumi anlayışdır. O işləyir, ailə qurur, övlad yetişdirir, dünyanı öyrənir, cəmiyyətə faydalı olur ya da olmur. Sigmound Freud demişkən: “Hər şeyin bir səbəbi var”. İnsan yıxılır və ayağa qalxır. Özünə hekayələr uydurur. Ya da bir hekayənin bir hissəsi olur. Vaxt da su kimi axıb gedir....
Bu gün müasir həyatımızda insanların psixoloji problemləri həddindən artıq artıb. Sadəcə bu yox əlbəttə. İstehlak cəmiyyətinin özüylə bərabər gətirdiyi psixoloji, sosial və ictimai problemlər insanlara çox təsir edir. Bir çox həmyaşıdlarım həyatın mənasız olduğunu və yaşamağa bir əsaslarını olmadıalqrını deyirlər. Bu gün xüsusiylə bizim cəmiyyətdə ciddi bir məqsədsizlik var. Bunun da təməlində gənclərin zəhmət çəkməyə meyilli olmadıqları durur. Müasir dünyamızın ən böyük problemi – Şəxsi və özəl heçlik hissi, içimizdəki boşluq hissidir. Asan deyil. Yer üzündəki milyonlarla canlıdan biri olmaq. Olmaq. Var olmaq. Var olmaq cəsarət işidir. Qayğılarınla üzləşmək cəsarəti. Günümüzdə dünyanın bir çox ölkəsində şəxsi inkişaf və psixoloji kitablar bizə necə super kişi və qadın ola biləcəyimizi deyir. Hər şeyin çox sadə olduğunu və xoşbəxtliyimizin də elə öz əlimizdə olduğunu anladır. Maksimum dərəcədə yırtıcı olmağı, insanı heyvana bərabər tutmağı aşılayır.”Tez ol! Nəyin bahasına olursa olsun o mövqeni tut. Nəyin bahasına olursa olsun!” Bu da o kitabları oxuyanların ehyiyacını ödəmir. Müvəqqəti olaraq qaranlıq səmanı aydınlatsa da tez qeyb olur. Fişəng kimi. Bu kitabdan da gözləntilərim yüksək idi. Buna baxmayaraq məni məyus etmədi. Çünkü kitab insan həyatında olan bir çox mühüm anlayışlara az da olsa aydınlıq gətirir. Kitabın hər səhifəsində mütləq mənə maraqlı gələn və düşünməyə vadar edən məqamlara rast gəldim. Halbuki bu kitabı oxuyan bir çox insan bunun maraqsız və darıxdırıcı kitab olduğunu demişdilər. Mən elə hesab etmirəm. Çünki bir çox məqamı aydınlaşdırdı bu kitab mənim üçün. Əlbəttə sadəcə informasiya xarakterli və ciddi, qalıcı biliklər əldə etmirsən. Buna baxmayarq kitabı oxuduğun zaman, kitabda olanları daha geniş və ətraflı düşünməyə başlayırsan. Yazıçı zehinmizə, düşüncələrimizə və ruhumuza masaj edəcək formada kitabı yazmışdır. Özünün də dediyi kimi təcrübələrinin nəticəsi olaraq bu kitabı ortaya çıxarmışdır. Nəzərə də alsaq ki, insanların problemləri ortaqlıq ərz edir, o zaman burdakı məqalələrin faydalı olacağını düşünürəm. Yazımı kitabda ən çox yadımda qalan məqalələrin adlarını sadalamaqla bitirmək istəyirəm:
  • Öncə Əxlaq
  • İtirilmiş Cənnət
  • Qorxu
  • Sabah Başqa Bir Ölkə
  • Canavar və Quzu
  • Radikal empatiya
  • Alo?

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi