Toki o kakeru shôjo - Zamanı fəth etmiş qız


Qoy axrıncı gördüyün Sakura divarda çəkilmiş olmasın...  


   Bəşər övladı bu dünyaya gələndən bu yana hər zaman zamanda səyahət haqqında fantaziyalar qurmuşdur. Hər mədəniyyətin, millətin bu mövzuda özünəməxsus fikirləri, fantaziyaları var. İngilislərdə H.Wells bu mövzuda nəinki öz ölkəsində bütün dünyada ən məşhurlardandır. Hətta öz ölkəmizdə belə fantastikanın zamanda səyahət, zaman itkinləri mövzularında hekayələr və romanlara rast gələ bilərik (Namiq abdullayev,Fərhad Məmmədov və s.). Həqiqətən də insan keçmiş və gələcəklə yaşayır. Biz hər birimiz beləyik. Bu gün ali təhsil alırıq ki, sabah yaxşı bir yerdə işləyib həyatda özümüzə yer edək – Gələcəyə istiqamətlənmiş. Bəzi insanlar da keçmişlərində olan problemləriylə yaşayırlar (Hansısa uğursuzluqları, sevgililərindən ayrılmaları, taleyin acı həqiqətləri və s.) – keçmişə istiqamətlənmiş. Keçmişdə olan problemləri aradan qaldırmaq və gələcəyimizi sığortalamaq üçün zamanda səyahət pis olmazdı. Hə?

   Filmə gəldikdə. Yaponlar adətən ya çox yaxşı, maraqlı, təsirli və real ya da çox qeyri-real, fantastik və gülməli filmlər çəkirlər. Yapon film və animasiyaları həmişə metaforalarla zəngin olur.  Film sadə və mənalıdır. Mülayim atmosferi var. Film məndə yüngül kədər və dərin fatalizm hissi oyatdı. Beynimdə belə bir fikir yenidən oyandı ki, elə hadisələr var ki, sadəcə baş verməlidir və həyata davam etmək üçün də biz onu qəbul etməli və yaşamalıyıq. Filmdə sevgiyə aid epizodlar da var. Səmimi, təmz və işıqlı hisslər. Nə vaxtsa sevdiklərimiz bizim yaddaşımızdadı. Bəlkə də biz bunu tam olaraq bilmirik amma filmdəki kimi bir gün bunun fərqinə varırıq. Ən əsası xatirələrimizi oyadan qoxular hamı üçün fərqlidir. Akarinin anası üçün bu Lavanda, özü üçün isə Sakuradır. Maraqlıdır. Xatirələrdə gəzişmək elə zamanda səyahətdir. 



Comments

  1. Her birimiz bugunde yasayiriq.Kecmişimiz kecmişde davam edir,geleceyimiz gelecekde...

    ReplyDelete
    Replies
    1. Bu gündə yaşadığının fərqində olan azdı. Ətrafıma baxıram. Çoxusu ya gələcəklə ya da keçmişlə yaşayır. uzun söhbətdi

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi