Stefan Sveyq - Bəşəriyyətin Ulduzlu Saatları - Tarixi Miniatürlər



Kitabda bizim tarix və coğrafiya kitablarından oxuduğumuz darıxdırıcı faktların bədii dillə və çox maraqlı formada çatdırılması ilə qarşılaşırıq. K.Kolumb, Napaleon, Skot, Lenin kimi tarixi şəxsiyyətlərin və İstanbulun fəthi, ABŞdan Avropaya okeanın altı ilə teleqraf xəttinin

çəkilişi kimi bəşəriyyətin yaddaşında həmişəlik qalan hadisələrin haqqında kiçicik də olsa məlumat almaq mümkündür (kiçik həcmli olsa da məncə elə ən yaxşısı belədir). Həcmcə kiçik olan bu kitab məndə çox maraqlı və fərqli hisslər yaratdı. Adını bəşəriyyətin yaddaşına həkk etdirmiş bir çox insanın uğur qazanmalarında olan çətinliklər və keçirdikləri hisslər məncə hər bir insana maraqlı olardı. Bu kitabın bizim dilimizdə olmsaını buna görə yüksək dəyərləndirirəm. Ümumiyyətlə Sveyqin əsərləri bəzi dünya universitetlərində dərslik olaraq oxutdurulur. Əsərləri çox maraqlı və oxumağa dəyərlidir. Özünəməxsus üslubu var yazarın. İnsanlıq tarixinə fərqli yanaşma. Daha maraqlı və əyləncəli. Bu kitabında isə tarixin dönüş nöqtələrini oxuyub müxtəlif maraqlı məlumatlar öyrənə bilərik. Əlbəttə kitabdakı tarixi miniatürlər həcmcə kiçikdir. Bunun səbəbi yazarın yazdığı mövzular haqqında tarixi sənədlərin və xatirələrin çox az olmasıdır. Hər bir insanın həyatında parlaq, işıqlı saatlar olur. Bəzən bu işıq minlərlə, milyonlarla digər insanların həyatına da işıq salır.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi