John Steinbek - Fareler ve Insanlar
Romanı
oxquduqdan sonra adın romanın mövzusuna nə dəxli var deyə fikirləşdim. Bir az
internetdə araşdırma apardıqdan sonra
Robert Burns adlı bir Şotlandiyalı şairin “ To a mice ” şeirində
olan – “İnsanlar və farelerin ən yaxşı
planları tez-tez tərs alınar (alınmaz)” sitatından ilham alaraq yazıçının bu
novellanı yazmış olduğunu gördüm. Yalnız
(tək)insanların həyatlarını təsvir edən Fareler ve İnsanlar, John Steinbeckin ən məşhur və ən
çox oxunan əsərlərindən biridir. Insan
münasibətləri, dostluq hisslərinə yanaşma tərzi nöqteyi nəzərindən olduqca
maraqlı əsərdir.
Yazılma
tarixini bilməsəm də yayınlanma tarixi 1937 – ci ildir və o dönəmlərin
Amerikasında çox güclü irqi ayrıseçkilik vardı. Bu nüansa yazıçı diqqət
ayırdığına görə novella təqdirəlayiqdir.
Iki səyyah ferma işçisi olan George Milton və Lenny Smullun böyük böhran
(1929) zamanında Kaliforniyada yaşadıqları müxtəlif tradegiyaları göstərir.
George normal zəkası olan birisidir. Lenny isə əqli inkişaf cəhətdən çox geridədir
və yumuşaq struktura sahib olan hər şeyə toxunmaq tutqusu var. Lenny dəli deyil
sadəcə yekə bir uşaq kimidir ki bu da ona çoxlu problemlər yaradır. Yazıçı dəfələrlə
yalnlzlığa nişanələr vurur. Yazıçı özü də 1920 – ci illərdə pulsuz və evsiz
fermalarda muzdlu işləyən adi fəhlə olmuşdur. Yalnızlığı yaxşı dərk edib
bununla əlaqədar təcrübə qazandıqdan sonra, bunu yazıya çevirməyə qərar
vermişdir. Hadisələr Soledad adlı yerdə baş
verir ki, bu adın da tərcüməsi İspan dilindən yalnızlıq deməkdir. Əsərin
tək qaradərili obrazı olan Croox da tez-tez yalnızlığıa işarələr vurur. O
deyirdi: “ Fərq etməz. Kim olursa olsun
fərq etməz sadəcə yanında kimsə olsun.
Çünki insan yalnız çox yaşasa ağlını itirə bilər. ” Bəli bu epizodda da
mən özümü tapdım. Çünki mən də belə hesab edirəm. Yalnızlığı cəhənnəmə bərabər
tuturam. Steinbeck bu əsərdə insan olmağın təbiətini və fərdin kainatda özünəməxsus
yer tutmasını izah etməyə çalışır. Yazıçı
bu yolla bir çox mövzuya toxunur. Yalnızlıq, xəyallar, dostluq, gücsüzlük ,gələcəyə
inamla baxamamaq və tale. Steinbeck roman boyu xəyallara işarələr vurur. George
öz özünün şefi olub şəxsi torpaq sahəsinin olmasını arzulayır. Lenny isə onunla
birlikdə fermada dovşan saxlamaq və bununla da yumuşağa toxunmaq və aclığını ödəmək
istəyirdi. Novellanın sonlarında həddindən artıq təsirli epizodlar var. Məhz
buna görədir ki, ABŞda bu əsər bir müddət qadağan edilmişdir. Sonda vicdan əzabının
sadəcə ağlı yerində olan insanlara xas olan bir şey olmadığını, əqli inkişaf cəhətdən
geridə olan insanlarda da olduğunu göstərən epizod da var. Hər şeydən çox isə
yazıçının verdiyi müsahibədən götürülmüş fraqment mənə təsir göstərdi. Onu sizə
wikipediadan olduğu kimi (Türk dilində) çatdırıram :
"Ben
kendim de bayağı uzun bir süre göçmen işçiydim. Öykünün geçtiği yerlerde
çalıştım. Karakterler bir yere kadar, çeşitli insanların karışımıyla ortaya
çıktı. Lennie ise gerçek biriydi. Şu anda Kaliforniya'daki bir akıl hastanesinde.
Onunla haftalar boyunca yan yana çalıştım. Gerçek Lennie bir kızı değil, bir
ustabaşını öldürdü. Kızgındı, çünkü patron arkadaşını işten çıkarmıştı, Lennie
de dirgeni karnına saplayıverdi. Bunu arka arkaya defalarca yapışını izlediğimi
anlatmaktan nefret ediyorum. Onu, çok geç olmadan durdurmayı başaramadık.
”
—John
Steinbeck, The New York Times röportajı, 1937[1][2]
Comments
Post a Comment