Vatslav Havel - Gücsüzlərin Gücü



Bu yaxınlarda dünyasını dəyişən və Çexiyanın ilk disident prezidenti olan, məhz bu kitabına görə 4 il həbs cəzası alan Vatslav Havel şəxsiyyətinə böyük hörmət edirəm. Bu əsər 70 – ci illərin sonunda nəinki Çexoslovakiyada eyni zamanda bütün Şərqi Avropada çox depressif bir mühitdə yazılmış bir sənət əsəridir. O dövrlərdə insanlar çox böyük məğlubiyyət sindromu ilə yaşayırdılar və bu esselər onlara çoxlu inam və güc verdi (Praqa Baharını yada salmaq yaxşı olardı).
Çexoslovakiyanın dərin mənəvi böhran və siyası durğunluğunda (1960 – 70 – ci illər), Vastslav Havelin kitabı bir çoxlarına ruh yüksəkliyi verib. Yalan və həqiqətin insan kimliyinə təsiri, həqiqətin və ifadə azadlığının qapalı sistemlərdə yaratdığı təhlükələr kitabda yaxşı vurğulanmışdır. Kitab Sovet dövrünün son illərini təsvir edir. Onun zəifləməsi və bunda rolu olan insanların kimlər olduğunu izah edir. Kimlər disident sayıla bilər? Müxalifətlə disidentlərin  fərqi nədədir? Dəyişim hardan gələ bilər? kimi suallara toxunulub. Mənim ümumiyyətlə qaşı olduğum bir fikir var: “Elə burdaca qalım çalışım. Heç kəs mənə dəyməsin mən də heç kimə. Təki mənim həyatım qaydasında olsun”. Hıh...belə fikirləşən fərdlərdən ibarət cəmiyyət məhvə məhkumdur. Bu qorxaqlıqdır. Kitab insanı fərdiyyətdən uzaqlaşdırmağa çalışır. Bu da o dövrün yalanı idi ki, hamı bərabərdir, biz birlikdəyik və s.Əslində məqsəd cəmiyyətləri parçalamaq onları özlərinə qapamaq olmuşdur. Kitabı diqqətli formada oxuduqda yaxşı nəticələr əldə etmək olur. Təəssüf ki, dili çətin tərcümə olunub. Buna baxayaraq diqqətlə, tələsmədən oxuduqda yazarın o dövrün mənzərəsini yaxşı yaratdığının şahidi oluruq. Havel bu esselərində aşağıdakı məsələlərə aydınlıq gətirir:
1)    Klassik diktatura və post – totalitar sistemlərin bir – birindən fərqi. O, belə hesab edirdi ki, klassik mənada bildiyimiz diktaturadan sonra post –totalitar sistem yaranır və inkişaf edir. Post – totalitar sistemi ilə klassik diktatura arasındakı fərqləri göstərir.
2)    Müxalifət: Əlbəttə o dövrdə də bir qrup insanlar vardı ki, hesab edirdilər ki, yalnız açıq siyasi mübarizə üsulları ilə nəyəsə nail olmaq olar. Bu insanlar bir çox qurbanlar vermişdilər. Bir neçə dəfə həbsxanalarda olmuşdular. Öz yolundan dönməyən və üsyankar idilər. Belə insanlar o vaxtlar çox az idi. Havel bu insanlara hörmət edirdi. Buna baxmayaraq o dəyişikliyin sosial – mədəni müstəvidən gələcəyinə inanırdı. Hər şeyi sadəcə siyasi müstəvidə həll etməyin mümkün olmadığını deyirdi.
3)    Disidentlər: Öz etirazını açıq şəkildə bildirən insanlara disident deyilir. Diqqətli olun. müxalifətdən fərqlidir. Müxalifət siyasi mübarizə üsullarını istifadə edərək hakimiyyəti ələ almaq istəyir. Disidentlər isə sistemlə çox toqquşmadan, sadəcə dəyişikliklərə getmək istəyirlər. Əlbəttə bəzən bu sadəcə sistemin dəyişməyislə mümkündür. Bəziləri o dövrdə disidentləri sadəcə illərlə kitab oxuyan ziyalılar ola biləcəyini müdafiə edirdilər amma Havel buna qarşı çıxır və disidentlərin adi fəhlədən və ustadan da çıxa biləcəyini deyir. Digər maraqlı məqam isə ondan ibarətdir ki, Havelin dediyinə görə bəzən disidentlər özləri disident olduqlarını bilmirlər. 
4)    Sistemin məqsədləri və həyatın məqsədləri arasındakı uyğunluq. Həyatın məqsədi nədir? Əlbəttə bu sualın cavabı çətindir amma həyatın məqsədi ümumi mənada rəngarənglik və yenilik kimi qəbul edilir. Bununla da həyatın məqsədlərinin gücünü bu yazılarında ortaya çıxartmaq istəyir. İstər post – totalitar, istərsə də diktaturada hakimiyyət maksimum dərəcədə insanların fikirlərinə, düşüncə tərzlərinə nəzarət etməyi və onlara yeniliklərə qapalı olmağı təmin etməyə çalışırdı. Bununla da sadəcə onları sadəcə istədiyi kimi idarə etməyə çalışırdı.
5)    Yalan həqiqətin var olduğunu sübut edir. Havel o dövrü insanların yalanlar içində boğulduğu və insanların bir – biriləri ilə münasibətdə vicdanın, məsuliyyətin qalmadığını deyir. Münsaibətlərin saxtalaşdırıldığını maksimum dərəcədə vurğulayır. Havel demirdi ki, müxalifət ya da disidentlər həqiqətdir amma hökümət yalan. Əlbəttə ki, bu belə deyil. Vicdan elə bir şeydir ki, o hər bir insanın daxilindədir. Ona görə Havel bütün diqqətini məhz insanın daxilinə cəmləşdirmişdir.
6)    Nə etməli?: Havel bu suala heç nə qəaətbəxş cavab verməsə də, həyatın qanunları ilə yaşamağı məsləhət görür. Çünkü istənilən sistem gec-tez qapanır və həyatın məqsədlərindən uzaqlaşır.
MƏNCƏ, insanları qorxutmaq asan olsa da, onları cəsarətə gətirmək də asandır! Havel bu gün də bir çox insan üçün canlı əfsanə, məftunedici dərəcədə inqilab simvolu, humanist və dözümlü birisidir. 
                                                                                Maraqlı Digər Bir Yazı        

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi