Where the Wild Things Are ( Arkadaşım Canavar )
Uşaqlar üçündür. Nağıldır. Boş
şeydir. Vaxt itkisidir....Bəlkə yanaşma tərzini dəyişək? Başqa prizmadan baxaq?
Bəlkə pəncərənin üzərində olan buxarı silib, mənzərəyə tamaşa edib həzz alaq?
İstəyirsiz? Yox? Onda oxumağa davam eləmə. Axı sən böyüksən. Davam eliyirsən?
Ok onda mən də davam eliyirəm. :)
Nağıllar üçün darıxanlara.....

Fimin potensial auditoriyasına isə bunları aid edərdim:
Daxilində
uşaq yaşayan insanlar
Psixoanalizlə
maraqlananlar
Hər
şeyi fəlsəfi baxış tərzi ilə dəyişdirib özününküləşdirən
Melomen
və kinomenlər ( Filmdə çox gözəl soundtracklar var )
Yalnz
( Tənha) keçmiş uşaqlıq dövrünü yada salmaq istəyənlər
Filmdə elə məqamlar da var ki,
sözsüzdür yəni kəliməsizdir. Əgər siz də elə məqamları yaşamısınızsa başa düşəcəksiniz.
Mən bəlkə də filmin bütüm epizodlarını başa düşmədim amma başa düşdüyüm “
sözsüz ” epizodlar da kifayət qədər oldu. Çox insan filmdən ciddi bir şey başa
düşməsə də mən çox şey gördüm və yadda saxladım. Film sadə görünə bilər amma öz
uşaqlığıyla müqayisə edən hər kəs özündən nə isə tapacaq bu filmdə. Unuda bilməyəcəyim
bir film.
1.Igloo - Where the Wild Things are Original Motion Picture Soundtrack
2. All Is Love - Where The Wild Things Are Original Motion Picture Soundtrack
3.Worried Shoes - Where The Wild Things Are Original Motion Picture Soundtrack
İMDb Məlumat
Cox Gozel Analiz.adamin filmi izlemeyi gelir.men de 2 film yazdim bloguma amma biraz sanki yetersiz qaldi.bu konuda da isime yarar her halda :) Tesekkurler
ReplyDeleteƏsas odur film ya da kitab insana təsir etsin. Bu film mənə çox təsir etdi. İzlə mütləq. Məncə yaxşı nəticələr çıxır.
ReplyDeleteUsaqliq... insan yixila yixila boyuyər deyirler. Nedense mən basqa cur dusunurem. Dogularken bizim yaradilis qayəmizde duygular yerlesdirilib. Hər şeylə maraqlanmaq, sevmək, her veziyyetde sevine bilmek, xirda gulumsemeyle etrafa xosbextlik, sevinc sacmaq kimi bir çox xusisiyyətlər... Her usaq geldiyi eve bir nur getirer deyirler. Təbii ki etrafındakı insanlar bu nuru gördükləri zaman o daha da böyüyər.. İnsanın içində hər kəsi qucaqlayacaq qeder sevgi deposu yerləşdirilmişdir. İnsan yıxıla yıxıla böyüyər ama fiziki böyüyər.. Ama yaradılışımızda olan bu gözəl duyğuları bir bir itirərik yavaş yavaş addım addım... Əvvəllər otu çiçəyi qarışqanı belə sevə bilərdiksə indisə sevgi gıstərməkdə artıq tərəddüd edirik. Öncə gözəl hesab ettiyimiz hər addımı rahatlıqla atırdıqsa indisə uzun müddət düşündükdən sonra atırıq.
ReplyDeleteFilmdəki uşaq mənə özümə aid olan bir çox xatirələri canlandırdı.. Xatırlayıram atamın işdən gəlməsini saatlarla qapının ağzında oturub gözləyərdim gəldiyində isə yorğun olardi və bütün suallarını özüm verər özüm də cavablandırardım Atam isə sadecə "HƏ" deməklə kifayətlənərdi. sonra məktəbdə heş kəs məni başa düşmür deyirdim. cizgi filmlərdəki kimi mənim də pokemonum dijimonum var hesab edirdim. hardasa göylərdə olduğunu bir vaxt mənim yanıma gələcəklərini hesab edirdim.. Mən də evdən dəfələrlə qaçmaq istəmişdim hətta Bugs bunny multilmindəki kimi mənim də bir torbam var idi onu bir cubuga baglamişdım axşam olanda torbamı götürüb qaçacaqdım. Atam səhər məni qapının ağzında torbamla berabər yatmış vəziyyəttə tapmişdı. Bütün bu psixolojik qirilmalar zamanla insanin qəlbimdə böyük bir boşluq əmələ gətirir. Yoldan keçən insan səni sevirəm desə insanin içindən inanması və bütün ürəyini qəlbini ona vermək istəməsi kimidir. Çünki bəlkə də buna çox möhtacdır. Filmdə deyir ki "Sən kral deyilsən sən bərabər yatacağımıza söz vermişdin indi isə özün üçün yuva qazırsan... Mən sadecə bərabər olaq istədim" məncə bunlar özü çox mənanı ifadə edir.
o qədər gözəl yazmısan ki....
Delete