L.A Weatherly - Melek ( Angel )


Fantastik roman olmasına baxmayaraq diqqətimi cəlb etdi. Çünki indiyə qədər bir çox fantastik roman oxusam da içərisində ən rahatı bu oldu. Çünki bu romanda hər şey çox sadədir və eyni zamanda ifratdan qaçılmışdır: 


1. Mələklər insan enerjisiylə bəslənirlər.
2. Bu zaman insanlara xələl gəlir. 
3. Digər cəbhədə mələk qatilləri var 
4. Amma onları mələklər artıq aradan qaldırıblar. 
5. Bir anda ortaya Willows çıxır və yarı insan yarı mələk olduğu anlaşılır. 

Mələklər isə bundan qorxurlar. Onu nüvə silahına bənzətmək olar. Bu romanda sadə məqsədlər var və hadisələrin cərəyan etməsi də sadə formadadır. Ona görə müəyyən qədər xoşuma gəldi. Əlbəttə ortada sevginin də olması romana rəng qatdı. Sevgisiz olmaz : ) Əlbəttə bu romanda mələk anlayışı mənfi mənada işlənsə də məncə bu problem yaratmamalıdır. Yazarın şəxsi münasibəti belə olmuşdur. Standart həyat tərzinə, çoxdan bəri bizə bəlli olan anlayışın fərqli formatda sintez edilməsi nəticəsində yaranmış romandır. Romanın ingilis dilində olan versiyasasıyla da tanış oldum və tərcümənin çox yaxşı olduğunu da gördüm. Willows obrazı mənə xüsusi olaraq doğma gəldi çünki o səs – küylü gənclik həyatını yaşamır. Həmyaşıdlarından və eləcədə həmcinslərindən çox fərqlənir və bəzən bu onun digər qızların gözündə qız kimi görünməməyə səbəb olur. Çünki o maşın təmir etməyi çox sevir, insanların gələcəyini görə bilir, dəblə geyinmir və kosmetika istifadə etmir. Hiss etdiyi fərqlilik, yalnızlıq hissləri isə mənə çox yaxındı. Alex gəldikdən sonra isə əlbəttə ki hər şey dəyişir. Alex hərgah onu öldürmək üçün gəlmişdi amma onun tam olaraq mələk olmadığını gördükdən sonra nə qərar verəcəyini bilmir və ABŞın ucsuz bucaqsız,quru çöllərində Willowsla birlikdə cavab axtarışına çıxır. Romanın sonluğu xoşuma gəlmədi. Çünki romanın sonluğu olmadı. Romanın ikinci hissəsi də olmalıdır səhv eləmirəmsə. Bəlkə də son o hissədədir.Romanın yazılmasında Steven Kingin yardımı olmuşdur. Bu da maraqlı bir nüansdır. Çünki Steven King bu yazarda potensial görməsə idi məncə ona kömək etməzdi. Hər bir roman həm yazıçı həm də oxuyucu üçün bir səyahətdir. Bu səyahətim də belə oldu. Dostum qardaşım Fərid Ağayevin hədiyyəsi olan bu kitab bəlkə də mənəvi olaraq mənə çox şey vermədi amma sadəcə mənə yeni hisslər yaşatdı. Həmişə fəlsəfi romanlar və ya hekayələr də oxumaq olmur. 



Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi