Biznes Məktəbləri Tibb İxtisasından Nə öyrənə Bilər?
Bir neçə il bundan öncə Hindistandan gələn ailə üzvüm xəstələndi. Bir müddət sonra o, klinika xərəyində çox təcrübəsiz, ağ xalatlı insanlar tərəfindən əhatəyə alındı. Bu Bostonda adi bir şeydir. Bizim bir çox xəstəxanalarımız tibb məktəbləri ilə əməkdaşlıq edir və ona görə də onlar həkim olmaq üçün çalışan tələbələrlə doludur. Hələ öz ixtisasını öyrənməyə başlayanlara sağlamlığını tapşırmaq narahat edici və bəzən isə qorxuludur. Buna baxmayaraq bu vəziyyətdə olsam da, xatırlayıram ki, bizim gələcək nəsilləri yetişdirmək kimi məsuliyyətimiz var. Eyni zamanda onu da unutmuram ki, tibb öz tələbələrini müşahidə edir və onlara xəstələrə minimum dərəcədə zərər vurmaqla müstəqillik verir. Təcrübəsiz həkimlər tərəfindən toplanılan təcrübə, nəzəriyyə - tətbiq prosesinin profesional məktəblər tərəfindən necə tətbiq olunduğunu göstərir.
Yəni tibb məktəbləri bu sahədə biznes məktəblərindən dəfələrlə yaxşıdır . Onların üstünlüyü: hər bir xəstəxananın tələbələrə göstərə biləcəyi sabit pasiyent axını var. Yəni müəyyən limit. Biznes tələbələrinin, administrativ real həyat situasiyalarına inteqrasiya olunması daha stimul vericidir. Hələ də biznes məktəbləri nəzəriyyə və praktika arasındakı uçurumu aradan qaldırmaq üçün çox çalışmalıdırlar. Harvard Biznes Məktəbinin tələbələrin menecment problemlərinin həlli ilə əlaqədar çox yaxşı təcrübəsi var. ( Harvard Hüquq Məktəbindən qəbul edilmiş və biznes məktəbinə tətbiq edilmişdir.) İki il ərsində 400 problemin həll edilməsi bizim MBA ( Master Business Administration) tələbələrinə bu sahə üzrə yaxşı təcrübə qazandırır. İntensiv təhsil çox effektivdir amma onun da limiti var: çünki biznes tələbələri menecment problemlərini və alətlərini sadəcə təsəvvür edə bilərlər amma tibb tələbələri bu zaman real həyat problemləri üzərində çalışırlar. MBA tələbələrinə real həyat təcrübəsinin müəyyən dozasını vermək üçün Harvar Biznes Məktəbi 90 ildir ki öz böyük kurikulumunu təqdim edir. Field İmmersion Experiences -liderlik inkişaf mərkəzində olan tələbələrimiz praktika istiqamətli fəaliyyətlərlə bütün il boyu məşğul olacaqlar. Bu proses tələbələrin məhsul inkişaf etdirmə tapşırıqları və investisiya planları hazırlamaq ilə əlaqədar işlər gördükləri kampusdan başlayıb. Buna baxmayaraq proqramın məqsədyönlü hissəsi 2012 - ci ilin yanvar ayında Harvard Biznes Məktəbinin birinci il təhsil alan tələbələri (900 tələbə) inkişaf edən bazarlara göndrəməsiylə başlayacaqdır.Harda ki, onlar 6 komanda ilə çox millətli ya da yerli şirkətlərldə yeni məhsul və ya xidmət inkişaf etdirmək istiqamətində çalışacaqlar. İstanbul, Şanxay, Keyp Taun, San Paulu, Munbay və digər ölkələrdə, tələbələr müştərilərlə, tədarük zəncirində olan digər insanlarla ya da rəqiblərlə görüşərək onlardan müsahibə alacaqlar. Hər günün sonunda da digər əməkdaşlarla toplaşıb, gün ərzində nə öyrəndiklərini müzakirə edəcəklər. Onlar əvvəllər planlaşdırdıqlarının reallıqda hansı maneələrlə rastlaşdığıyla əlaqədar kontekstual təcrübə qazanacaqlar. Bizim məqsədimiz sadəcə tələbələrin təcrübələrini artırmaq yox, eyni zamanda idarəçilik pedaqogikasını inkişaf elətdirməkdir. Harvard Biznes Məktəbinin tətbiq etdiyi və bu gün universal olaraq istifadə olunan təcrübə budur. İdarəçilik sahəsində də eyni təcrübəni tətbiq etməyin vaxtıdır. Bizim vəzifəmiz təcrübənin necə formalaşdığını öyrənmək, fakültənin hansı rol oynayacağını, hansı şirkət dəstəyinin tələb olunacağını müəyyənləşdirmək və digər inistitutların da qəbul edə biləcəyi metod inkişaf elətdirməkdir. Biz bütün cavabları bilmirik amma bacara bildiyimiz qədər kömək edəcəyik. Bu gün xəstəxanalarda pasiyentlər yeni işə başlayan həkimləri görüb müəyyən qədər narahat olurlar. Qlobal iqtisadiyyatda da vəziyyət belədir. Şirkətlər yeni – yeni işə başlayan gənc və təcrübəsiz işçiləri görüb narahatçılıq və əsəb keçirdirlər. Buna baxmayarq biz gələcək nəsil menecer və liderlərin yetişməsi üçün bu bədəli ödəməliyik.
Harvard Business Review, What Business Schools Can Learn From the Medical Profession, Nitin Nohria, Page 38 , January - Feburary 2012
Bu çox gözel bir ideadır. Men bunula 3 ekimde tanış oldum 2011-ci ilde Tehsil aldığım MBA programında artık biz bunu ilk defe olaraq İstanbulda tetbiq olunduğunun şahidi oldum ve programın içereğiise Harvard Business mektebinin motoduna uyğun ve biraz da özüne mexsu şekilde ferqli tetbiq olunur bu çoxgözel bir ideadır.
ReplyDeleteVe İbrahim Niftiyev size de derin teşekkürümzü biliririk bizi bu blogunuzla memnun edirsiniz . bu istiqametde yeni ki romanların özetini ilk defedir ki yayımlayan bir adrese rast gelirem
Çox sağ olun. Şadam ki, blogum faydalı olur. Burda mənim həm ixtisasıma uyğun tərcümələrim həm də müxtəlif film və kitablar haqqında şəxsi fikirlərim olur. Diqqətinizə görə təşəkkürlər))
DeleteMaraqlidir...Bizim ixtisasla bagli da maraqli fikirler var...Tercume de yaxsidir..
DeleteTəşəkkürlər))İxtisasımızla əlaqədar hal-hazırda tərcümə edirəm bəzilərini. İnşallah yaxın günlərdə də 2-3 məqalə hazır olacaq. onu da deyim ki, tərcümə prosesi kifayət qədər vaxt aparır.
DeleteBilirem.Mene Turkceden vermisdiler cevirmeye..hekayeydi..sonra beyenilmedi ki,edebi cehetten zeifdir deye :)..2-3 saatimi almisdi :)
Deleteindi hələ o hekayəydi. təsəvvür elə akademik dil necə çətindi. əsas olansa gərək öz dilində ixtisasını yaxşı biləsən ki, yaxşı da xarici dildən tərcümə edəsən.
Delete