Arzularımızı öldürməyin 3 əlaməti - Paulo Ceolho


Arzularımızı öldürməyin 3 əlaməti - Paulo Ceolho

Arzularımızı öldürməyin birinci əlaməti vaxt çatışmazlığlıdır. Həyatımda tanıdığım ən məşğul insanların istədiklərini etmək üçün kifayət qədər vaxtları olmuşdur. Heç bir şey etməyənlər həmişə yorğundurlar və onlardan tələb olunan kiçik miqdarlı işlərə də fikir vermirlər. Onlar həmişə günün qısa olduğundan şikayətlənirlər. Həqiqət ondan ibarətdir ki, onlar yaxşı mənada döyüşməkdən qorxurlar.

İkinci əlamət bizim qətiyyətliliyimizdədir (Yəni bizim taleyimizin də ətrafımızdakı uğursuz insanlarınkı kimi olacağına əmin olmaq – red). Çünki biz həyatı böyük macera olaraq qəbul etmək istəmirik. Biz həyatdan bu qədər az istəməyimizi ağıllı, yaxşı və düzgün olduğunu düşünməyə başlayırıq. Biz gündəlik varlığımızda divarın o birisi tərəfinə baxırıq və biz böyük məğlubiyyətlər və döyüşçülərin gözlərində alov görürük. Amma biz heç vaxt sevinc, fərah hissini görmürük. Döyüşlə məşğul olanların qəlbindəki sonsuz sevinc hissini. Onlar üçün nə qalibiyyət nə də məğlubiyyət vacibdir. Onlar üçün vacib olan doğru şeylər üçün döyüşdükləridir.

Son olaraq arzularımızdan keçməyimizin üçüncü əlaməti sülhdür. Biz böyük şeyləri istəməyəndə həyat ” Bazar Günortası “ olur (həftənin ən rahat hissəsi) və biz böyük şeylərdən imtina edirik. Sonra biz özümüzü yetkin hesab edirik. Cavanlığımızın fantaziyalarını bir kənara qoyur və şəxsi və peşəkar nəaliyyətlər axtarırıq. Hərdən də biz öz həmyaşıdlarımız arasında nə isə arzulayanları görəndə təəcüblənirik. Qəlbimizin dərinliyində isə bilirk ki, biz arzularımız uğrunda olan döyüşlərdən imtina etmişik – biz "Yaxşı Döyüşdən" imtina etmişik.

Nə vaxt ki biz mübarizədən imtina edib sülh əldə edirik, biz qısa müddətli sakitlik mərhələsindən keçirik. Ölü arzular bizi daxildən çürüdür və varlığımızı yoluxdurur. Ətrafımızdakılara qarşı qəddarlaşırıq. Sonra da qəddarlığı özümüzə qarşı istiqamətləndirməyə başlayırıq. Bu zaman da xəstəliklər və psixoz başlayır. Və bir gün ölü, xarab olmuş arzular nəfəs almağı çətinləşdirdiyindən ölümü axtarmağa başlayırıq. Bizi əminlikdən, işdən və o qorxulu bazar günü günortasından azad edən ölüm olur.

                                             Original Məqaləyə Ged


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi