Polkovnikə məktub yoxdur - Q.Q Markes
“Polkovnikə məktub yoxdur” – şübhəsiz mənim ən yaxşı əsərimdir. Hətta sizə deyim “Yüz ilin tənhalığı”nı mən o səbəbdən yazmağı lazım bildim ki, camaat “Polkovmikə məktub yoxdur” povestini oxusun. Bu cümlələrin müəllifi, müsahibə və söhbətlərinin əksəriyyətində bu povesti özünün ən sevimli əsəri olduğunu xüsusi vurğulayan, magik realizmin ən məşhur nümayəndəsi Qabriel Qarsia Markezdir. O bu barədə deyir: “Polkovnikə məktub yoxdur” povestində gözümün qabağında gətirdiyim şəxsə bir neçə il ondan əvvəl balıq bazarında rast gəlmişdim. O həsrətlə limanda gəmilərə baxırdı. Bir neçə il sonra Parisdə doğma yerlərin həsrətini çəkərkən həmin adam yadıma düşdü və mən onun o zaman nələr düşündüyünü aydınca dərk elədim...”
Qısa amma həyat dolu bir Markez klassikası. Oxuyub bitirdikdən sonra insanı simasında acı bir təbəssüm yaranır. Polkovnikə məktub yoxdur ümidin içindəki ümidsizliklə əlaqadardır. Qürurlu insannın şərəfli yaşamını sürdürməyi və xatirələrinə sahib çıxmağı ilə əlaqədar bir povest. Yüz ilin tənhalığını oxuyanlar dərhal bu povestin onun törəməsi olduğunu biləcəklər. Əsərin zirvəsi polkovmikin hirslənib arvadıyla münasibətlərini yeni müstəviyə daşımasıdır.
Gözləmək: Polkovnik polkovnik rütbəsini çox gənc yaşında alan, Polkovnik Aureliano Buendiayla birlikdə şücaətlər göstərən birisidir. 15 ildir ki gözləyir. Yəni bu cür səbr və ümidə heyran qalmaya bilmədim. Təqaüdünü gözləyir. Hər cümə. Hər həftə. Hər dəfə də yeni ümidlə. Gəlmir ki gəlmir. Hər dəfə poçtalyon ona “Polkovnikə yazan yoxdur” deyərək geri qayıdır. Polkovnik idealizm, qürur və vicdanı təmsil edir. Axx bu ideologiya! İnsanları bədbəxt edən anlayış! Hər nəsə məsələdən çox yayınmayım.
Polkovnikin arvadı: Polkovnikin arvadı və polkovnikin vicadan əzabının yeganə səbəbi. Çünki pul qazana bilməyən polkovnik hər dəfə puç olmuş gözləntiləriylə evə qayıdanda arvadı ona vicadi təzyiq göstərir. Oğulları da öldürüldükdə sonra polkovnikin bütün ümdi təqaüdə qalır. Buna baxmayaraq arvadı çox vaxt ürəyi yumuşaqlılıq edib onunla bir çox məsələdə razılaşır. Polkovnikin arvadı məntiqi simvolizə edir. Şübhələrlə dolub daşır. Bir daha ailə münasibətlərində bir-birini başa düşməyin vacibliyi vurğulanır. Belə nümunələr azdır.
Xoruz: Kitabın üzərində də əksini tapan xoruz. Povestin açarı bu xoruzdadır. Xoruzun nəyi simvolizə etdiyini başa düşən povestin bizə nə çatdırmağa çalışdığını da başa düşər. Öz başa düşdüyüm tərzdə də sizinlə bölüşməyə çalışacam. Əsərdə biz həm güclü həm də zəif şəxsiyyətin həyatını görürük. Güclü şəxsiyyətdir çünki o 15 ildir səbrlə, əzmlə və inanaraq gözləyir. Adi, sadə insan povesti oxuyub deyər: Yaxşı bəs bu adam görüb ki, məktub gəlmir, başqa sözlə ona təqaüd ayrılmır, onda niyə bir peşə, sənətlə məşğul olmur ki, evinə bir parça çörək aparsın?(Xeyli müddət ailəni oğlu dolandırır). Zəif şəxsiyyət olması da hesab edirəm ki, burda özünü göstərir. Xoruz isə məncə polkovnikin çatışmayan cəhətləridir:utanmamaq,cəsarət, döyüşkənlik. Xoruz polkovnikin həyatında olan yeganə rəngdir bəlkə də. Yeganə ümiddir. Çünki xoruz döyüşlərinin başlayacağı mövsümdə ondan böyük nəticələr gözləyirdi və buna davam da etdi. İzah etmək bir az çətindir. Nə dərcədə doğrudur deyə bilmərəm amma kitabın üstündə xoruz söküb-dağıdır. Yəni illərlə yığılıb qalan qisas hissini də təmsil edə bilər. Hər halda oxuyanlar bir müddət düşünəndə müxtəlif nəticələrə gələ bilərlər.
Kitabda xoşuma gələn ümumi nəticələr: Əsas iki nəticə çıxdı mənim üçün:
1) Heç vaxt ümidini itirmə. Çünki insanı yaşadan ən vacib şey ümiddir
2) Hər nə qədər vəziyyətləri çətin olsa da hadisələrə zarafatyana yanaşma tərzi
Kitabda xoşuma gəlməyən cəhətlər:
1) İnsanda ruh düşgünlüyü yarada bilər. Hətta bir az da irəli gedib onu deyə bilərəm ki, duyğusal insanlarda ciddi təəsüf hissi yaradıb,ətrafa mənfi enerji saçmalarına səbəb ola bilər. (Məndə müəyyən qədər belə oldu)
2) Polkovnikin ölmüş oğlu haqqında kifayət qədər məlumat yoxdur.
3) Qürurun həddindən artıq olması (filmdə bu povestdəki qədər öz əksini tapmayıb)
Filminə də baxdım: Adətən kitabını oxuduğum əsərləri filmlərinə baxmıram. Bu istisna oldu. Çünkü ortada qəribə bir vəziyyət var. Povesti filmlə sintez etdikdə çox daha yaxşı nəticələr verir. Qarsia üslubundan olsa gərək. Bu üslub mənim beynimdə çox da aydın açılmır amma film mənə kömək etdi. Bilirsiz, yaşlı insanların həyat tərzini təsəvvür etmək bir az çətindir. Biz indi gəncik və romanlarda və filmlərdə də həmyaşıdlarımızın maceraları bizə psixoloji də olsa yaxınlıq ərz edir. Burda qarma qarışıq hisslərlə dolu epizodlar çox idi. Povest də qısa. Hər şey çox tez baş verirdi. Ona görə qaranlıq qalan hissələr çox olmuşdu. Filmdə isə hər şey əladır. Hərtərəfli sürətdə povesti canlandırmağı bacarıblar.
Son olaraq: Kiyab oxumağa dəyərmi? Məncə dəyər. Düzdü Qarsia üslubunu o qədər də sevməsəm də pis deyil. Əvvəldə də qeyd etdiyim kimi povestin kuliminasiya nöqtəsi sonundadır. Çünki insanlararsı münasibətlər yeni müstəviyə keçir. Bəs əsl son? Bu artıq bizə qalıb. Necə istəyirsinizsə elə də sonlandırın.
1) Heç vaxt ümidini itirmə. Çünki insanı yaşadan ən vacib şey ümiddir
ReplyDelete2) Hər nə qədər vəziyyətləri çətin olsa da hadisələrə zarafatyana yanaşma tərzi
Ureyimnen dedin ey :D
Hə qardaş. Povestdə və filmdə bunu rahatca görmək mümkündür
DeleteDuzu mene pis tesir etmisdi. Umid cox gozeldir. Ama umid ederken ona tutdugun niyyet daha onemlidir. Xoruzun qalib olmasini gozlemek daha cox pul qazanmaq umidi yalnis dusunce ola biler menim nezerimde. Cunki bunun ucun yoldasina ozune eziyyet edir, sefaletle mubarize aparmaq mecburiyyetinde qalirlar. Men bu prinsipe inaniram. Cox zaman Saga getmek ucun sola donmeli oluruq. Xoruzun yasamasi ile onun Oglu yeniden heyata qayitmayacaqdi. Eksine yoldasini da acliq uzunden itire bilerdi. Bu meqsedsiz umid onun oz olumunu goz ardi etti. Bezen qurban vermeyi bacarmaliyiq. Nece ki Hz. Ibrahim gozumu qirpmadan Oglu Hz .Ismaili qurban etmeyi goze almagi bacarmasaydi. Allah Ona oglu ile beraber bir qoc hediyye etmezdi..
DeleteFəridə. Yazdıqlarına qatılıram. Hələ üstəlik də bəzən sağa dönmək üçün sola getməli oluruq fikrinə. Povest mənə də pis təsir etmişdi. Axrıncı dəfə mənə təsir edən Albert Kamyu olmuşdu Yad povesti ilə. Bilirsən Üçlü beyin nəzəriyyəsini araşdırandan sonra mən həyatda bir çox şeyi başa düşdüm. Sadəcə elə insanlar var ki, onların Limbik sistemi yəni hissləri onlara məntiqi davranışları etməyə qoymur. Polkovnik də bunlardandır. Halbuki o qarşısında olan seçimi edib ailəsini çox bərbad vəziyyətdə saxladı. İnsan çox qəribə və mürəkkəb varlıqdır. Biz izləyiciyik və bizə bu gün oturub bunları oxuyub ona şərh vermək o qədər də çətin gəlmir. Ən əsası isə gəncik. Görək gələckdə bizləri nələr gözləyir. Hər halda Allaha min şükür bu günümüzə.
DeleteElbette her gunumuze sukur. bilirem gozlemeyin ne demek oldugunu. hele yasli caglarinda cox cetin olsa gerek, mektubun yolunu gozlemek, artiq itirecek bir seyi qalmamisdir insanin, bir ayagi cuxurda... bu qeder gozlemis olan yene gozleyer..olum onu aparanadek... bu mahnini xatirladim: GOZLERIK YOLUNU...BIR LIMAN ..BIR DE MEN...
Deleteelə bəlkə də ölümü gözləyir. bütün bunların qurtaracağı anı.
DeleteUmidin ve qururun eseri
ReplyDelete