Elif Şafak - Bit Palas

Yenə də öz otağıma çəkilib atamın “ Fasilə ver ! Gözün xarab olacaq ! ” məzəmməti altında,Çingiz Aytmatovdan sonra ən sevdiyim yazıçı – Elif Şafakın “ Bit Palas ” romanını oxudum. Bəzən yaxınlarım, dostlarım məndən soruşurlar ki, niyə bu qədər roman oxuyuram. Deyim də...Çünki romanlar məni gerçək həyatdan uzaqlaşdırır...qaldırır göylərə. Narkomanlarda bunu narkotik edir amma mənim vəziyyətimdə bunu romanlar edir. Bu roman da məni öz rəngarəng dünyasına qonaq etdi. Mən isə sakit və ədəbli qonaq kimi mənə nə təklif olundusa onu da qəbul etdim. Qonaq getməyi sevirəm. Yaxın dostlarımın evlərinə getməkdən də utanıb çəkinmirəm. Aşk romanı elə ilk cümləsiylə,yox yox ilk cümləsinin sözləri ilə məndə dərin təəsüratlar buraxıb öz sehirli,rəngarəng dünyasına ilk addımını atmağa utanan,çəkinən və qorxan bu oğlanı alıb aparmışdı. Hələ uzun müddət o dünyada ( roman dünyasında ) səyahət edtim.  Odur ki, qərar qəbul etdim. Inşallah Elif Şafakın bütün romanlarını oxuyacam. Roman haqqında çox yüksək fikirdə olmasam da oxumağa dəyərli olduğunu deyərdim. Romanı bitirdikdən sonra özümə suallar verirəm. Bu romandan sonra məndə nə dəyişdi? Mənə nə hədiyyə verdi bu roman? Tam olaraq cavab verə bilməsəm də sanki şüuraltım bu suallara cavab tapıb saxlayır gələcək zamana. Qış ehtiyatı kimi bir şey... 

Mən bu romanın bəzi obrazlarında özümü müəyyən qədər gördüm. Çünki sən özünü digər insanların aynasında görüb kəşf edirsən. Yaxın dostum Ağabala Əliyevin bu yaxınlarda mənə xatırlatdığı “ İnsan ki romanda özünü tapmadı, o romandan çox şey əldə etmir” fikri mənim üçün bir daha təsdiqləndi. Bu isə roman oxumağımın ikinci səbəbidir. Özümü axtarmaq. Aşk romanından sonra bu roman bir az natamam qaldı amma olsun yenə də müxtəlif, ilk baxışda bir birindən asılı olmayan amma eyni binada yaşayaraq qonşu olan insanların həyatını oxumaq mənə zövq verdi. Elif Şafak bu romanda da obrazların psixoloji vəziyyətlərini çox yaxşı təsvir etmiş və empatiyadan ustalıqla istifadə etmişdir. Görünür ki, yazıçının keçmişdə cinlər, təriqətlər, pərilələ əlaqədar hansısa problemi olub. Çünki demək olar bütün romanlarında bunların izi var. Bit palas romanında yazıçı İstanbul həyatını Bonbon plasın tmsalında çox detallı izah edir. Yazıçı bir bir Bonbon Palasın ( Bit Palas ) mənzillərini yavaş yavaş aralayaraq orada yaşayan insanların həyatına süzülür,onların keçmişini, bu gününü bütün xırdalıqları ilə təsvir edir. Elif Şafakın ustalığı və özünəməxsus yazı üslubu bu romanda daha da bilinir çünki yazıçı böyük riskə gedərək romanı hərəsi ayrı ayrı müstəqil hekayəyə çevriləbiləcək kiçik kiçik hissələrdən ibarət olmaqla yazıb. Romanın obrazlarının heç bir ortaq keçmişi və gələcəyi yoxdu. Sadəcə onları birləşdirən, yanaşı olan müsəlman və qeyri müsəlman qəbirsanlıqların üzərinə uzun zaman öncə tikilən Bonbon Palasda yaşamalarıdır. Yazıçının dili istifadə edərək insanları, hadisələri, hissələri təsvir etməsi, obrazların reaksiyaları və keçmişləri arasında qurduğu səbəb-nəticə əlaqələrini çox yaradıcı olduğunu gördüm. Yeni bir anlayışla da tanış oldum bu yaxınlarda. Rentgen kitap. Yəni insanların içini göstərən. əlbəttə bu 100 % mümkün olmasa da ən azından nə isə bir şeydir. Çox uzun uzun yazıb sizlərin də canını sıxmaq istəmirəm amma son olaraq onu da deyim ki, Elif Şafakın bütün kitabları sizə mütləq nə isə hədiyyə edəcək !

Comments

  1. Elif Safak oz ferqli uslubuyla diqqeti celb edir...Onun amma butun eserlerinde bu tekrarciliq biraz sixicidir...3 romanini oxudugum tek yazardir :) amma hamisinda Isstanbulu tesvir edir,ferqli insanlar kesisen heyatlar..En boyuk ozelliyi,genis kitleye xitab elemesidir...Yeni herkes ozunu tapir onun romanlarinda..tam olmasa da qismen

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi