Happy Feet



Onun atası və anası necə lazımdırsa elə də tanış oldular. Musiqidən sevgi, sevgidənsə yumurta əmələ gəldi. Hər şeyin normal olacağını hesab etdilər. Yaxşı normal nə deməkdir? Mən normalam, sən normalsan. Normadan fərqlənmək nə deməkdir? Məncə animasiya bunu çatdırmaq istəyir. Biz bəlkə də həddindən artıq stereotipli yaşayırıq. Animasiyada pinqvinlər musiqi vasitəsiylə özlərinə tay tapırlar. Amma Mablın səsi bərbaddır. Uşaqlıqdan hamıdan fərqlənir. Daxili aləmini ritmik rəqs hərəkətləri ilə bildirir.  
Fərqlilik: Olur. Olur ki, cəmiyyətə çox fərqli bir üzv gəlir. O fərqlidir sadəcə. Belə üzvlər tarix boyu olub və olacaq. Yaxşı biz bu zaman nə etməliyik? Onu hamıdan təcrid etmək, təzyiq göstərmək nə dərəcədə doğru və ədalətlidir? Başqa çıxış yolu yoxdur?  Deyirəm bəlkə o fərqlilikdən faydalanaq? Bilirəm ki, fərqlilik və yenilik hər zaman qorxuludur və özü ilə bərabər risk də gətirir. Riskin və qorxunun nisbətləri fərqlidir yəni bu dəyişimdən aslıdır. Ən əsası isə cəmiyyəti formalaşdıranlardan. Animasiyada yaşlı pinqvinlər hansı ki, Mablın rəqs edə bildiyini amma oxumağı bacarmadığını görüb onu təcrid edirlər. Elə bu dəm pinqvinlərin yemək problemi yaranır. İnsanlar gəmilərlə onların balıqlarını ovlayırlar. Mabl bunu tapır və axrına çıxacağına söz verir. Diqqət edin. Başqa kim belə düşünmüşdü? Mühafizəkar yaşlılar sadəcə məntiqsiz olaraq özlərini və digərlərini aldadaraq gözləyirdilər. Halbuki Mambl onları xilas etdi. Tabuları olan cəmiyyət isə sadəcə təslim oldu. Başqa yolu da yox idi.
İnam: Ən əsası isə Mablın inamı mənə təsir etdi. O şübhə eləmirdi ki, problemi həll edə biləcək. Bu çox vacibdir. ”İnam çox vacibdir “ fikri banal səslənsə də bəlkə də bir çoxumuzda məhz bu fikri başa düşməyə ehtiyac var. Oldu əlbəttə ki, Mabl da ruh düşkünlüyü yaşadı amma qəlbinin dərinliklərində olan inam…Yəni kim deyə bilərdi ki, fərqli pinqvin olan Mabl, gərəksiz hesab olunduğu rəqs etmək bacarığı ilə bütün pinqvinləri xilas edəcək? Ətrafımıza da yaxşı yaxşı baxaq. Lazımsız bacarıq və ya lazımsız hesab etdiyimiz hər nəsə bir gün bizi xilas edə bilər, bir gün bizə çox faydalı olar bilər.
İnsanlara mesajlar – Harmoniyada yaşamalıyıq!: Animasiyada antropogen təsirlər nəticəsində canlıların necə əziyyət çəkdiyini və hətta məhv olmaq dərəcəsinə çatdırıldığı vurğulanır. İnsan da pinqvin də bu planetdə yaşayır. İnsandır yalnız bu planeti dəyişdirməyi bacaran amma bu o demək deyil ki, biz digər canlıları təhlükəyə atmalıyıq. Amma edirik. Ana təbiət buna görə bizdən qisas alır və alacaq. Mablın zooparkdakı rəqsi bütün dünyaya səs salır və epizodlardan birində yüksək rütbəli insanlar bunun nə olduğunu başa düşmək istəyirlər. Səbəbini başa düşürlər. Başa düşürlər ki, pinqvinlərin yeməklərini oğurlayırlar. Onlardan biri isə belə deyir : “ Mən onlarsız (Pinqvinsiz) da yaxşı yaşayıram ”.  Məncə bu fikir çox şeyə işarədir. Axı pinqvinlər neynəsinlər ki, insan hər il daha çox istəyir. Belə hesab edirəm ki, animasiya sizə təbiətlə harmoniyada yaşamaq, onu dəstəkləmək və qorumağın necə vacib oduğunu başa düşməyə kömək edəcək. Harmoniyada yaşamağı yavaş – yavaş özümüzdən itələyirik.Nə bilim. Bio tarazlığın pozulması məhvə gətirəcək. Nəzərə də alsaq ki, əsas bir səhvdən digərləri yaranır onda işimiz çətin ola bilər.  Arzu edirəm ki, hamımızın içində Mambl oyansın. Səbələri tapsın və uğuruna inansın.
                                                                                                           İMDb Məlumat

                                                           

Comments

  1. Əla yazmisan. Bir sozle cox beyendim. Menim ucun fərqli o kəsdir ki o heqiqeten fərqlidir:).. yani fərqli hec zaman men fərqliyəm deməz ki... Onsuz da O fərqlidir. ele bir özəlliyi varki onun üçün xususidir, basqalari ucunsə yad ve qeyri normal:)) insanlar da beledir fərqli hesab etdiklərini özlərindən uzaqlaşdırırlar. dünya durduqca da bu bele davam edecək.Bu həqiqi fərqlilər üçün açıq aşıkar imtahandır...

    ReplyDelete
    Replies
    1. Bilirsən ailənin tək övladıyam. Çox vaxt da dostlarım tərəfindən uzaqlaşdırılmağa məruz qalmışam. Xüsusiylə də məktəb illərində. Onsuz da ailədə tək idim cəmiyyətdə də yalnızlığa düçar oldum. Məhz ona görə bu animasiyanı çox yaxşı başa düşürəm.....

      Delete
    2. bununla men de qarsilasmisam ozun bilirsen hemin sinifden cixmagimin en boyuk sebebi de ele bu idi.. duzu pesman deyilem cox yaxsi dostlar qazandim.. bir qapi baglananda digeri acilar. bunun ozu ele insana cox sey oyredir. teklikde bele ne ise etmeye calisir insan.. digerlerile nisbette daha derin ve dusunceli olur.

      Delete
    3. Hə bilirəm. O sinifdə mənim də çox problemlərim oldu. Bir təhər dözdüm amma elə gərək mən də çıxardım. Hər nəsə. Şükür bu günümüzə

      Delete
    4. elbette her seye gore Sukurler olsun.

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi