Liderin Edə Biləcəyi Ən Böyük Səhvlər
Liderlərin Edə biləcəyi Ən Böyük Səhv Nədir?
Harvard Biznes Məktəbi - Simpozyum
Liderin edə biləcəyi ən böyük səhv nədir? sualını Harvard Biznes Məktəbinin professor heyəti cavablandırır:
Bill George, Harvard Biznes Məktəbi,
Professor:
Son iyirmi ildə liderlərin etdiyi və tez-tez rast gəlinən və məni məyus edən ən böyük səhv, idarə etdikləri təşkilatlarda öz şəxsi maraqlarını, təşkilatın maraqlarına qurban vermələridir. Onlar öz maraqlarını şəxsi məşhurluq, çoxlu pul və güc üçün təşkilatın maraqlarının üstünə qoyurlar. Peter Druckerin dediyi kimi, liderlik bunlarla ( şəxsi güc, pul və populyarlıq ) əlaqədar deyil. Liderlik məsuliyyətdir. Mən fikirləşirəm ki, bu sizin işçilərinizə, müştərilərinizə, hissədarlarınıza qarşı olan ən dərin məsuliyyətinizdir və onların inamını qazanmaq yaxşı liderliyin əsasıdır.
Evan Wittenberg, Harvard Biznes Məktəbi, Qlobal lider inkişaf etdirmə mərkəzinin sədri, Google
Düşünürəm ki, liderin edə biləcəyi ən böyük səhv inamı itirməkdir. Çünkü bu liderlərlə onların əlaqədə olduqları arasında olan ən dəyərli faktordur və inamın qırılmasından sonra geri qalan bütün proseslər gerçəkləşməyəcək.
Professor
Məncə liderlərin edə biləcəyi ən böyük səhv daima bildiklərinə əminlik hissinin hakimiyyəti altında qalmaqdır.Ətrafımız dayanmadan və proqnozsuz dəyişilir və inkişaf edir. Biz əgər bildiklərimizi stabil olaraq saxlasaq, dayanmadan və sürətli olaraq dəyişən şərtlərlə ayaqlaşa bilməyəcəyik. Biz bildiyimiz kimi hərəkət edəcəyik ki, bu da bizi uğurdan uzaqlaşdıracaq.
Andrew Pettigrew, Said Biznes Məktəbi, Oxford Universiteti, Professor
Fikirləşirəm ki, bu dəyərləri lazım olan yerə çatdırmamaqdır. Dəyərləri alan amma onları çatdırmayanlar liderlər bu gün liderlərin edə biləcəyəi ən böyük cinayəti edirlər. (Dəyərlər deyərkən qaynaqlar nəzərdə tutulmuşdur - müəllifdən)
Gianpiero Petriglieri, İNSEAD,
Deyərdim ki, öz vizyonlarından (arzu, xəyal) həddindən artıq təsirlənmək onların etdiyi ən böyük səhvdir. Bilirsiz bu yaxşı liderin əksidir. Çünki belə olduqda onlar iş görmə qabiliyyətlərini itirirlər ki, bu da onları tamamilə və yalnızca arzu etdiklərinin üzərinə fokus edir və qarşılarına yeni məqsəd qoymaqda çətinlik çəkirlər. Belə olduqda onlar ətraflarını tam izləyə bilmirələr və istədikləri alınmadığına görə çox hirsli olurlar. Axı bu normaldır. Çünki arzu etdiyi onun bütün həyatına təsir göstərir. Onun bütün həyatı olur. Əlbəttə bu çox vacibdir amma bütün karyeralarını və planlarını sadəcə bir vizyona bağlamaq bəzən uğursuz nəticələrə səbəb olur.
Carl Sloane , Harvard Bizne Məktəbi, Əməkdar Professor
Öz təcrübəmnən deyə bilərəm ki, lovğalıq və dikbaşlıq, təşkilatın uğurunu və səviyyəsini öz şəxsi imiciylə qarışdırmaq liderin yol verdiyi ən böyük səhvdir. Bu o deməkdir ki, lider insanlarla sosial məsafələr yaradaraq, insanları özündən uzaqlaşdırır və bu da böyük səhv etmək şənslarını da artırır, insanların rəğbətini itirir.
Jonathan Doochin, Harvard Colleci,
Liderlik İnistitutu
Liderin edə biləcəyi ən böyük səhv onun potensiyal olaraq çox sürətli hərəkət etməsidir. Çünki belə olduğu təqdirdə bir çox nəticələr üzərində fikirləşməyə imkan tapmadan səhvlərə yol verilir. Liderin edə biləcəyi ən böyük səhvlər də məhz burada ortaya çıxır. Səhvlərə yol verdikləri təqdirdə bir addım geri çəkilərək, komandadan üzr istəməli və lazım olanı etdikdən sonra işə davam etməlidir. Bu həm qısa zaman periodu həm də uzun zaman periodu üçün firmanın strategiyasına effektiv əməl olunmasını təmin edəcəkdir.
Scott Snook, Harvard Biznes Məktəbi, Dosent
Liderlərin edə biləcəyi iki böyük səhv var. Mənim liderlərlə olan araşdırmalarım və şəxsi təcrübəm göstərir ki, liderlərin yol verəcəyi iki ən böyük səhv: səmimi olmamaq, sadəcə özün olmaq yəni daha da irəliyə can atmamaq və böyüməməkdir.
Lider yetişdirmə mərkəzinin direktoru
Belə düşünürəm ki, liderllərin edə biləcəyi ən böyük və xarakteristik səhv özlərini əks etdirməməlidir. Heyran olduğum, izlədiyim və şagirdi olduğum liderlər arası kəsilmədən özlərini inkişaf elətdirir və davranışlarının ətrafındakı insanlara necə təsir göstərdiyini müşahidə edirdilər. Effektiv liderliyin göstəriciləri də məhz budur. Ona görə də uğursuz liderlər vaxt keçdikcə çoxlu səhvlərə yol verən və bu səhvlərdən öyrənməyən, davranışlarının ətrafındakı insanlara necə təsir göstərdiyini analiz etməyən və ən əsası öz-özlərinə qarşı səmimi olmayanlardır.
Qeyd: Məqalə aşağıdakı videonun tərcüməsi əsasında hazırlanmışdır
Comments
Post a Comment