Vicdanlı İşğal - Biznes Maceraları
Dürüst iş adamı rəqiblərinin işini ələ keçirməməlidir. Bəs yaxşı, əgər sənə qarşı haqsız oyun oynanılırsa dürüst olmaq sərfəlidir?
Bir dəfə sahibkar Yuri Barzov, onun gələcək həyatına təsir göstərəcək oyunun iştirakçısı oldu. (Hal –hazırda Agvir.com şirkətinin sahibidir). Bütün iştirakçılar bir-biriləri ilə rəqabət aparan komandalara bölündülər (2-4 adam olmaqla). Komandalar da iki – iki bir biriylə, biznesin davam etdirilməsi üçün şərtlərin mövcud olduğu “sülh” təşkil etdilər. “Sülhlər” də komandalara yaxşı gəlir təmin edirdi. Buna baxmayaraq komandalardan ən çox pul qazananı axırda yoldaşlarını oyundan kənarda qoyan komanda oldu. (Halbuki sadəcə hər komanda öz “sülhünü” axıracan davam etdirməliydi). Yuri Borzov və onun kontr-agenti hamıdan çox, düz 10 gediş oyunu davam etdirə bildi. Borzov 11 – ci gedişdə “sülh”lə əlaqədar yoldaşlarına kələk gəlmək qərarına gəldi. “Bu mənim əməkdaşlıq etdiyim adamlardan birinin çox əsəbiləşdirdi” – deyir Yuriy Borzov – “O qışqırmağa başladı ki, mənim başımı qopardacaq”. Uğura belə bir üsulla nail olmağı Yuridə peşmançılıq hissi yaratdı. Yaranmş vəziyyət haqqında isə Wharton Biznes Məktəbinin professoru, Stüart Daymond deyir: “Nəticədə real və böyük miqdarda pulun olduğunu və nəyə qadir olduğunuzu düşünün”. Tezliklə tale Yuri Borzova bənzəri işdə özünü sınamaq imkanı verdi. Satqınçılıqla boşanma: Bir neçə il bundan əvvəl Borzov, Serqey Vorobyov və Qeorqi Abduşelişvili ilə headhunter şirkət olanWard Howell International şirkətinə sahibləndilər (partnyorlar müxtəlif hissələrə sahib idilər). Şirkətə Barzovun rəhbərlik etdiyi E-xecetive.ru internet layihəsi də məxsusdur. Digər iştirakçılar layihəyə o qədər də maraq göstərmirdilər. Yurinin özü də vaxt keçdikcə headhuntinqə maraqını itirdi. Hissədarlar aktivləri bölüşdürmək istədilər. Onlar belə qərar gəldilər ki, Borzovun payını əsas biznesdə olan onun internet layihədəki partnyorlarının paylarına dəyişdirsinlər hansı ki, kifayət qədər ədalətli görünürdü və sözdə olaraq razılaşdılar. Ward Howellin əsas partnyoru Qeorqi Abduşeleşvili belə razılaşmanın olduğunu təsdiqlədi. Yurinin dediklərinə görə bir müddət sonra əməkdaşları özlərini qəribə aparmağa başladılar. “Mən onlardan razılaşmaları imzalamağı xahiş edirdim amma onlar prosesi uzadırdılar”, - deyə Yuri açıqlayır. Əvvəl-axır əməkdaşlarından biri ona yaxınlaşıb dedi: “Gəl obyekti satıb, pulu da bölüşdürək”. Xəbər Yurini şoka saldı. İş adamı “Mənə kələk gəldilər!”, - deyə düşünməyə başladı. Oğurluğa haqq: Borzovun əməkdaşlarının motivi var idi əslində. Çünkü aktivləri əməkdaşların dəyərləndirdiyindən daha baha satmaq mümkün idi. “Onlar elə hesab edirdilər ki, mən bunu bilirdim və sadəcə onları manipulyasiya edirdim” – deyir Barzov. O özü isə elə hesab edirdi ki, əməkdaşları razılaşmanı pozaraq onu aldadıblar. Sonra o belə qərara gəldi ki, özü digərlərinin payını ələ keçirə bilər. Şirkət özü hissədarların reestirini (qeydiyyat) aparırdı və o özü müdir vəzifəsini icra edirdi. Eyni zamanda onun qarşısında “əməkdaşlarını vurmaq” faktı narahat etmirdi. “Mənim simmetrik və qarışılıqlı davranışlar göstərməyə haqqım var idi” deyirdi Barzov. Haqq hesabı həll etməzdən qabaqsa onun əxlaqi dilemmalarla da başa çıxması lazım idi. Yırtıcıya qarşı: Barzov qərarlarının labüd nəticələrini hesablayıb, özünün iki müxtəlif obrazını gördü. Hücumdan imtina edən, hansı ki, bu zaman o başqalarının gözündə elə necə var idisə elə də qalacaqdı. Yəni iş qurmağı bacaran birisi kimi amma bu zaman da o qalibiyyəti partnyorlarına vermiş olacaqdı və təbii olaraq da daha az pul qazanacaqdı. “Şirkəti onların əlindən alsaydım, mən buna bənzər qruplarda (yəni oğurluqla məşğul olan insanların qrupunda) çox yaxşı reputasiya- təcrübə qazanardım” – deyir Barzov. “Mənim tələbkar,qəddar və güzəştə getməyən biznesmen olaraq qəbul edəcəklərdi. Hətta bəzi yaxınlarının bu obrazdan xoşları gəldi və ona biznesi ələ keçirməyi məsləhət gördülər. Bu zaman da mənim tamam başqa həyatım başlayacadı”, – deyə Yuri mühakimə edir. “Partnyorlarla mübarizəm çox uzun çəkə bilərdi. Yırtıcılıq imici isə mənə rahat kredit cəlb etməyi və aqressiv rəqiblərin əhatəsinə daxil olmağı məcbur edəcəkdi. Sonrakı dövrlərdə də bənzər vəziyyətlər yaranacaqdı və mən yenə də məcbur olacaqdım biznes istismarçılığı ilə məşğul olum”, – deyə Yuri bildirir. Seçiminin nəticələri haqqında düşünərək o müxtəlif arqumentləri nəzərdən keçirdirdi. “Soyğunçu bizneslə məşğul olmaq artıq gecdir. Qiymətli hər şeyi artıq bölüşdürüblər”, – deyə Yuri izah edir. Yuri özünə yaxın hesab etdiyi sahibkarlarla söhbət etdi və onlar onu biznesi ələ keçimə fikrindən daşındırdılar. Yuri Stüart Daymondun təlimlərindəki xatirələrini yada salıb qərar verdi. Öz qumluq sahəm: “Belə bir vəziyyət təsəvvür edin: Bir oğlan uşağı qumdan ev düzəltdi və bundan həzz aldı. İkinci oğlan isə onu həzz almaq üçün tapdaladı” deyir Barzov. “Hələ mən təlimdə başa düşmdüşdüm ki, mənə tapdalamaq maraqlı deyil”. İşğalçı olmaq istəmədiyini başa düşüb, qərara gəldi ki, partnyorları ilə razılaşsın. Bununla da alıcı axtarışına çıxdı. Nəticədə şirkət çox uğurlu formada satılmışdı. Əməkdaşlar 2 milyon dollar qazanmağı planlaşdırsalar da, nəticədə 3 milyon dollar qazanc əldə olundu. Barzov da itirən tərəf olmadı. Partnyorlar onun Wall Howelldə olan hissəsini aldılar. Yuri doğru hərəkət etdiyini hesab edir. “Hal-hazırda onlar mənim haqqımda biznes oğrusu kimi danışmırlar” – deyir – “Ona görə də mənim üçün ən yaxşısı bazarda insanlarla razılığa gəlməkdir”.
Qəhrəmanımızın partnyorlarına qarşı cavab zərbəsi vurmaq istəyini başa düşmək olar. Bu bizim biyoloji xüsusiyyətimizdir – göz gözə, diş dişə. Ədalət hissi ilə əlaqədar aparılan axrıncı araşdırmalar göstərir ki, insan ədalətsiz hesab etdiyi davranışa qarşı cavab reaksiyası verəndə, onun beynində həzz mərkəzi aktivləşir. Buna baxmayaraq müvəqqəti həzz gələcəkdə əzab hissinə çevrilə bilər. İngilis dilində əla bir ifadə var: right but sorry. Bunu mənası budur ki, sən davranışı edərkən haqlı ola bilərsən amma sonra bu haqlılığında yaman peşman olacaqsan. Qisasdan doğan bu cür davranış nümunələri bu kateqoriyaya aid edilir. Kim bilir, incimiş partnyorlar qəhrəmanımıza daha ciddi zərbə də vura bilərdilər. Yaxşı bəs o nə dərəcədə haqlı idi? – çətin sualdır. Çünkü partnyorlar öz aralarında bu planı qurarkən onlar heç bir hüquqi pozuntuya yol verməmişdilər. Halbuki Barzov biznesi ələ keçirməyi planlaşdırırdı ki, buda qanuna ziddi idi. Niyə bu cür pozuntuları Rusiyada cəzalandırmırlar? Pavlovun “Reflekslər Şəraitində Həyat” nəzəriyyəsinə tamamən uyğun olan bir məsələ var. İş adamları elə buna görə də cəzalandırılan davranışlara yol vermirlər. Körpə uşaq kimi. Körpə uşaq özünü müəyyən davranışlarla sərhədləndirir. Çünkü bilir ki, başqa davranışlara yol versə cəzalandırılacaq. Böyüyəndə isə daha böyük motivlərin təsirləri altında əvvəllər sərgilədiyi davranılardan imtina edir. Bizim qəhrəmanımız isə özünü əsl yetkin şəxsiyyət kimi göstərdi. Psixoloq Bob Kiqan böyük insanların şüurunun inkişafını üç kateqoriyaya ayırır: Birinci – sosiallaşmış şüurdur (socialized mind). Bu kateqoriyanın sayəsində insan həm özü həm də referans qrupların (özünə yaxın hesab etdiyi insanlardan əmələ gələn qrub) köməkliyi ilə qərarlar verir. İkincisi – müstəqil şüur (self-authoring mind). Bu kateqoriyası kifayət qədər inkişaf edənlər kiminsə istəyinə qarşı gedib, öz şəxsi istəklərini reallaşdırmağa çalışırlar. Bu insanlar özləri müstəqil olaraq nəyin yaxşı nəyin pis olduğunu müəyyənləşdirə bilirlər. Üçüncü - özüdəyişən şüur (self-transforming mind). Şəxsiyyəti bu inkişaf mərhələsində insan tez-tez öz dəyərləri və nizam intizamı ilə əlaqədar geriyə baxır, düşünür və dəyişiklik edir. Yuri qərar verərkən çalışdı ki, referans qruplardan faydalansın. Müxtəlif insanların fikirlərini dinlədi. Bununla o sosiallaşmış şüur (socialized mind) nümayiş etdirdi. Sonra o öz daxilinə nəzər yetirərək, “mən kim olmaq istəyirəm? İşğalçı yoxsa yaradıcı?” sualına cavab axtarmağa başladı. Müstəqil şüur da (self-authoring mind) özünü burda göstərdi. Bu kateqoriya insanda vicdan adlı anlayışı formalaşdırır. Belə şeylər əslində Rusiyada nadirdir. Rusiya biznesmenləri çox vaxt birinci kateqoriyaya əsasanıb, ibtidai hisslərin hegemonluğu altında qərarlar verirlər. Biz (Rusiya) bazar iqtisadiyyatına körpə uşaq kimi daxil olduq və hələ də böyüyə bilmirik.
Секрет фирмы №8 , Стр 84 – 87, 8 Август 2010, Константин Коротов – Профессор Берлинской Бизнес-Школы ESMT
Comments
Post a Comment