Exam Psixoloji Trilleri
Bir böyük şirkət boş bir vakansiyaya işə qəbul elan edir. Bu iş elə belə adi bir iş deyil. Çünki şirkət özü adi şirkət deyil. “Əgər şirkəti ölkə kimi təsəvvür etsək, o dünyanın səkkizinci böyük iqtisadiyyatı ola bilər” deyir imtahan verənlərdən biri. Əslində burdakı mesaj aydındır. Şirkət sağlamlıq şirkətidir və dünyada tibb sənayesi qədər gəlir gətirən sahələr azdır. Uğur qazanmışlar əvvəlki sınaqları keçdilər və son imtahana girirlər. 80 dəqiqə və sadəcə 1 sual var. Kağıza zərər vermək, otaqda olan silahlı polis və ya imtahan nəzarətçisi ilə əlaqə yaradmaq qəti qadağandır. Bunu etməklə özlərini diskvalifikasiya etmiş olurlar. Kağızda isə sual görsənmir. Başqa sözlə sual yoxdu amma eyni zamanda da var.....
Film nə haqqındadır? Film eyni məqsədə doğru hərəkət edən 8 nəfər və onların bir biriləri ilə olan münasibətlərindən gedir. Onlardan sadəcə biri finiş xəttinin keçə biləcək. Əsas problem sualı tapmaqdır. Sualı tapmaq üçün əməkdaşlıq edib, bir birilərinə şərti adlarla müraciət edirlər: Ağ, qara, sarı, qəhvəyi və s. Ağ qərara gəlir ki, hamını oyundan çıxardsın və sadəcə özü qalsın. Buna baxmayaraq digər insanlar da sadəlövh olmurlar. Psixoloji məqamlar filmin ilk kadrlarından etibarən adama təsir edir. İnsanlar ən böyük arzularını gerçəkləşdirmək üçün nələr edə bilərlər? Bax filmin bizə vermək istəfiyi sual budur. Filmi çəkən rejisor ( Stuart Hazeldine ) bizə bu sual ətrafında fikirləşməyə çağırır. Insan əlbəttə ki, arzularının arxasınca getməlidir amma digər insanlarla rəqabət apararkən də insanlığını itirməməlidir.Bu gün dünyada əzici rəqabət mühiti var. Şəxsən bu məni müəyyən qədər rorxudur. Çünki təbiətən elə insanlar var ki, onlar yırtıcı deyillər.
Obrazların xarakterləri: Obrazların xarakterləri müxtəliflik ərz edir. Otaqdan birinci çıxarılan – səbirsiz və tələsgən. Sarışın – ağıllı, təmkinli, səbrli. Qarabuğdayı – saf. Ağ – qəddar. və s Çünki seçim edənə xarakter çox vacibdir və onları diqqətlə izləyir. Bu filmdə minimum yatırım ( investisiya ) maksimum məna var. Belə fikirləşmək olardı ki, aktyorlar rol oynamırlar. Sadəcə gizli kameraya çəkiliblər. Yəni aktyor performansı bu dərəcədə yüksəkdir. Son olaraq onu deyə bilərəm ki, bu filmə baxdıqdan sonra, öz universitet imtahanlarıma olan həyəcan hissi sanki yox oldu. Yəni bizim girdiyimiz imtahndı? :)
Yaxın Dostum Fəridə Əsədovanın şərhi: Filmə baxdım. Kağıza bax özünü gör. Həyat mübarizədir deyib bir birimizi yox edərkən, ən çox özümüzü məhv etdiyimizi unuduruq.Güclülər zəif görünənləri əzsələr belə, sonunda dünya onlara da qalmır. Əslində Allah da bizdən belə bir sual soruşur. Görəsən sual nədir? Bəs cavab? Sadəcə bizə " Mən sənə şah damarından da yaxınam " demirmi? Sadəcə bir sual var: Sualın var mı? Ətrafına bax. Çox asan cavabı var əslində: " Xeyr " Nə sualım ola bilər ki?
Comments
Post a Comment