Paulo Keolyo - Rio Pyedranın Sahilində Oturdum və Ağladım



Paulo Ceolhonun Əlkimyagər romanından sonra oxuduğum ikinci kitabı. Təəsüratlar normal və gözlədiyim kimi.. Öz mədəniyyətinin əfsanələrindən də bəhrələnərək yazıçının yazmış olduğu bu roman dünyanın 23 dilinə tərcümə olunub və 4 milyon oxucuya çatdırılıb.  Paulo Keolyanunromanlarında elə gözəl fikirlər var ki, ömürlük yadımda qalıb. Kimyəgar romanıyla oxşarlığı var. Yəni xəyallarımız və məqsədlərimiz olmalıdır və mütləq onların arxasınca getməliyik. Roman uşaqlıq eşqi və Tanrısal gücə varma arasında qalmış birisinin həyatı haqqındadır. Paulo Ceolhonun romanlarını oxuyanda məndə elə hisslər yaranır ki, sanki bunları yaşamışam. Roman sevginin həyat mərkəzinə çevrilməsi, inamını itirən insanın inamının, sevdiyi şəxs tərəfindən geri qaytarılması haqqındadır.  Vacib həyat dərsi çıxır əslində bu romandan. Sevgini göstərmək üçün təkcə bir yol yoxdur. Sadəcə müəyyən hərəkətlər yoxdur. Sevgi qəlbdədir və mütləq digərlərinə təsir edir.  Elə ona görə həmin şəxs ( romanda adı verilmiyib, əlbəttə bunda da bir məna var ) uşaqlıq eşqini seçir. Buna baxmayaraq Tanrını unutmur. Düzdü ona verilən güc geri alınır amma əvəzində ürəyinin dərinliklərində olan həqiqi sevgi anlayışı iki dəfə artır. Paulo Celho yaradıcı bir yazardır. Ceolhonun duyğusal dilindən sevgini və dinlə bütünləşmiş həyat fəlsəfəsini oxumaq bəzən məni təəcübləndirdi bəzən isə duyğusallaşdırdı. Sonra da bir baxdım ki, kitab artıq bitib. Yəni sevgi...Bir birini sevən iki nəfərin keçirdikləri hisslərin təsviri xoşuma gəldi. Roman haqqında beynimə çox fikirlər gəlmir amma vaxt ayırıb oxumağa dəyər kitab olaraq qiymətləndirirəm. Tələsmədən və diqqətlə.

Yaxın dostum Fəridə Əsədovanın romanla bağlı fikirləri: Seçimlərin arasında əzilib qalmaq çox çətin və ağır hissidr. Çünkü sevdiyi insanın qəlbində ilahi sevgini görüb," görəsən mənə nə qədər yer ayırıb? "deyə düşünmək insanı dəli eləyir. Və ya qəlbinin müəyyən bir hissəsində önəmsədiyi birisi olaraq qalmaq da çox acı vericidir. Əsərin sonu bir az mənasız qalır. Bəyənmədiyim məqamlar çox idi. Bir çox məqamların cavabları isə islam dinində mövcuddur. Əgər Əlkimyagər əsəri ilə müqayisə etsək, Əlkimyagər daha yüksək pillədədir və daha yadda qalandır mənim üçün.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi