Brain Music


Səs qeyri-adi enerji mənbəyi ola bilər

Alimlər gözlənilməyən nəticəyə gəlmişlər: musiqi beynin yaradıcı sahələrini «oyadır» və onları enerjiylə qidalandırır. Eşitmə qabiliyyətinin öyrənilməsi sahəsinin mütəxəssisi Alfred Tomatis deyirdi: «Bəzi səslər bir fincan qəhvədən heç də pis təsir etmir» 












Tomatis belə bir kəşf edir:
«Qulaq təkcə eşitmək üçün deyil, həm də beyni və bədəni enerjiylə təmin etmək üçün yaradılmışdır. Beyin hüceyrələri kiçik akkumulyator kimi işləyirlər. Onlar orqanizmin maddələr mübadiləsinin vasitəsilə deyil, səslərin köməyilə enerji yığırlar»


Musiqi beyni enerji ilə təchiz edir və intellekti gücləndirir. Amerikalı alimlərmüəyyən etmişlər ki, mütaliə zamanı, diqqətin cəmlənməsində və yaddaşın yaxşılaşdırılmasında musiqinin çox böyük köməyi var. Əsas nəticələr məktəb yaşına çatmamış uşaqlar üçün əldə olunmuşdur. Bu tip faydalı musiqini «Brain music», «Relaxing music», «Meditation music» və s. adı ilə axtarıb, yükləyib, dinləyə bilərsiniz 

UPD, Sevimli musiqi ürəyi sağlam saxlayır

Merilend Tibb Məktəbindən olan tədqiqatçılar izah etmişlər ki, sevimli musiqi səslənən zaman insanın keçirdiyi emosiyalar qan damarlarının fəaliyyətində özünü müsbət şəkildə göstərir. 3 il əvvəl ABŞ Kardioloqlar Assosiasiyasının elmi sessiyasında alimlər ürəyin fəaliyyətinə gülüşün müsbət təsir etdiyini bildirmişdilər. İndi onlar öz tədqiqatlarının bundan heç də az əhəmiyyətli olmayan digər tərəfini də təqlid etmişlər.
Merilend Tibb Məktəbi nəzdində ürək xəstəliklərinin profilaktikasının tədqiqat şöbəsinə rəhbərlik edən professor Maykl Miller bildirir ki, o, musiqini dinləyənə qədər və ondan sonra ürəyin müxtəlif fəaliyyətlərindən, həmçinin ürəyin müxtəlif mahnılara — kədərli, şən, oynaq və s. mahnılara reaksiyasından heyrətə gəlmişdir. Tədqiqatların gedişində 10 nəfərdən ibarət sağlam, siqaret çəkməyən könüllülər qrupundan bir neçə həftə onlarda müsbət emosiyalar yaradan musiqi dinləməyi xahiş etmişlər. Həkimlər nəticələri müqayisə edərək müəyyən etmişlər ki, sevimli musiqini dinləyəndən sonra musiqisevər insanın damarı, orta hesabla, demək olar ki, 26 faiz genişlənir. Eyni zamanda həyəcanlı musiqi dinləyən zaman qan damarları 6 faiz daralır.
Millerin firincə, bu, insanın gündəlik həyatında ürək xəstəliklərinin müalicəsi üçün primitiv strategiya üsulu ola bilər.





Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi