Şeytanın Vəkili



Bu filmdə olan hər şeydən xoşuma gəldi. Çox gözəl çəkilib. Çoxdanın filmi olsa da bu yaxınlarda baxdım.  Film heç vaxt məğlub olmayan vəkil haqqındadır. Onun üçün fərqi yoxdur ki, müdafiə etdiyi şəxs günahkardır yoxsa yox. Onun üçün əsas olan onun karyerasıdır, şöhrətdir. Heç vaxt da məğlub olmaq istəmir. Haqsızlığı müdafiə etdiyini bilsə belə....

<< Şübhə yoxdur ki, şöhrətpərəstlik mənim ən sevdiyim günahdır .O çox fundamentaldır. Özünü bəyənmişlik təbiətdən gələn narkotikdir >> - Şeytan

Süjet Xətti: Filmdəki şeytan necə də doğru deyir. Filmdə olan bu kimi sitatlar adamın beynində sanki ömürlük ilişib qalır. Bu misralarda insan oğlunun bütün günahları və zəifliyi öz əksini tapır. Bizlər beləyik. Bunu inkar etmək lazım deyil. Böyük miqdarda uğur və pul qazandıqca çox insanların gözləri şeytan tərəfindən bağlanır. Hətta filmin baş qəhrəmanı olan Kevin sevgini belə şöhrətpərəsliyə qurban verərək, ikinci plana itələyir. Mənə elə gəlir ki, hər bir insanın qəlbində, ruhunda həm qaranlıq həm də işıqlı tərəflər var. Filmdə də ruhun qaranlıq hissəsinin oyanışı əks olunub.

Hüquqşünaslıq. Şərin böyük gücü?: Filmdə vəkil, haqsızlıq  və günah törədmiş insanları müdafiə edir və qalib gəlir. Real həyatda da belədir. Ağır seçimdir. Şöhrətpərəsliyə məğlub olmamaq və doğru yolla daima addımlamaq çətindir. İnsan vicdanı və prinsipləri arasında uyğunluğu tapmayanda nə olur? Bəs prinsiplər qalib gələndə? Deyəsən bu məqamda onun qəlbinin bir hissəsi ölür. Şeytanın filməki digər bir sitatı: <<Hər zaman qalib gəlmək olmaz, Kevin. Bir gün məğlub olmalısan. >> Əslində bu elədiklərinə baxmağa çağıran bir çağırışdı və məğlub olmaq deyərkən, şeytanın yəni öz içində olan qaranlığın üzərində qalibiyyəti nəzərdə tutur. Yəni filmdə sanki tez – tez bu fikir hiss olunurdu: “ Bax ha, seçim səndən aslıdır. ” Əslində əlbəttə ki bu belədir. Biz hər gün seçimlərlə qarşılaşırıq. Əsas olan nəyi istədiyimizi bilməkdir və öz – özümüzə yalan danışmamaqdır.

Aktyorlar: Bu filmin əsas üstünlüyü ilk növbədə onun aktyor heyəti və mövzusudur. Al Paçino (Al Pacino ), Kianu Rivas (Keanu Reeves ) və Şarliz Teron ( Charlize Theron ). Təkcə sadalamaq kifayət edir ki, aktyor seçimi və performansı barədə təsəvvürümüz yaransın. Filmdə Al Paçinonun mimikaları, jestləri, göstərdiyi emosiyanal çıxışları bu rola ondan başqasının yaraşmadığını göstərir. Amma aramızda qalsın. Film mənə o qədər təsir edib ki, bu yaxınlarda Al Paçinoya bənzər birisini bahalı bir maşında yolun yanından keçərkən gördüm. Bir az şok oldum amma tezliklə keçdi. Al Paçino əsl şeytandı. Əsl şeytan....
Dəfələrlə baxmaq və hər dəfə də müxtəlif detalları görüb başa düşmək olar. “ Şeyatının Vəkili ” insannın günahları ilə əlaqədar qorxulu, nəfəskəsici və intriqalı bir filmdir. Hansı ki, sonra insan həzz və fikir burulğanına düşür. Film hansı ki, öz mövzusu üzrə tayı bərabəri yoxdur və 10 da 10 qiymətinə layiqdir. Yazımı bu sitatla bitirmək istəyirəm:

<< Şübhə yoxdur ki, şöhrətpərəstlik mənim ən sevdiyim günahdır .O çox fundamentaldır. Özünü bəyənmişlik təbiətdən gələn narkotikdir >> - Şeytan
<< Bax amma toxunma. Toxun amma dadına baxma. Dadına bax amma udma. >> - Şeytanla dialoqdan. 

           

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi